Şn08172019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Siddiqə - “tamamilə doğru danışan” deməkdir

Fatimənin (ə) mübarək adlarından biri də Siddiqədir. Ərəb lüğətlərində bu adın mənası “tamamilə doğru danışan”dır.
Bəli, o həzrətin ən çox yayılmış adlarından biri olan o ad əsla yalan danışmamış, həmişə sözü ilə əməli düz gələn, vücudunda – bütün həyatında elm, əməl və düşüncə baxımından bir əyrilik olmayan şəxs mənasını daşıyır. Doğrudan da, pakların pakı Fatimə (ə) belə bir şəxsiyyətin ali nümunəsidir – “Siddiqə”  olmağın ən aşkar, ən parlaq təzahürüdür.
Sözdə və əməldə sadiqlik və düzlüyün, iman və saflığın ən ali mərhələlərindən biridir. Bu xüsusiyyətləri daşıyanlar xüsusi imtiyazlara layiq şəxslərdir. Belə siddiq şəxslər – tamamilə doğru danışanlar peyğəmbərlər sırasında vəsf olunmuşlar və rütbəyə, məqama görə ənbiyaların arxasındadırlar – hətta şəhidlərdən və yaxşı əməl sahiblərindən də öndədirlər. Allah-təala Qurani-Kərimdə bu barədə belə buyurmuşdur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar), etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər, şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşdırlar.”
Bu şərif ayənin təfsir və izahı ilə bağlı elə ayələr də vardır ki, İbrahimi, İdrisi və Məryəmi bu cür doğru danışanlar sırasında hesab edir. Belə ki, buyurur: “İbrahimi də yad et... Həqiqətən, o, büsbütün doğru danışan bir zat – bir peyğəmbər idi."
Başqa bir yerdə də buyurur: “İdrisi də yad et. O, həqiqətən, həddindən artıq doğru danışan bir zat – bir peyğəmbər idi."
Yenə də başqa bir yerdə belə buyurur: “Məryəm oğlu Məsih ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişdir. Onun anası isə çox doğru danışan bir qadın idi.”
Bütün bunlar göstərir ki, siddiq (tamamilə doğru danışan) olmaq ən yüksək xüsusiyyət və ən ali məqamdır  və Allah-təala səma kəlamında bu məqama, rütbəyə peyğəmbərlik rütbəsinin yanında yer verib və onu olduqca yüksək dəyərləndiribdir. Fatimənin (ə) adlarından biri olan “Siddiqə”nin əhəmiyyətini, dəyərini və eləcə də bu adın mənasının o həzrətin şəxsiyyətinə uyğun gəlməsini bu səma kəlamlarından yaxşıca dərk etmək olar.
Zəhra – “üzü parlayan”, “nur saçan”
Zəhra – “üzü parlayan”, “nur saçan” deməkdir
O həzrətin adlarından biri də “Zəhra”dır. Böyük şəxslər, alimlər, fəqihlər, tarixçilər, hədisçilər belə deyirlər: “O həzrətə ona görə “Zəhra” deyiblər ki, o, bəzən ibadət mehrabında oturan zaman ondan səma əhlinə nur saçılırdı. Necə ki, səma ulduzları öz sakinləri üzərinə işıq salır.”
“Biharul-ənvar”da Şeyx Səduq Əmalidən, o isə İbn Əbbasdan və sonuncu Tanrı Elçisindən (s) rəvayət edir ki, bir dəfə o həzrət buyurdu: “Qızım Fatimə dünya xanımlarının xanımıdır. Mənim bir parçamdır. Gözümün işığı, qəlbimin, ruhumun və canımın meyvəsidir. O, qadınların hurisidir. İlahi dərgahında, öz ibadət mehrabında oturarkən onun nuru, işığı göylərin mələklərinin əli üzərinə düşür, necə ki, ulduzların nuru yer üzünün sakinlərinə işıq saçır.”

Fəxr Razinin təfsiri, 33-cü cild, s. 844, səhifə sayı: 78 - 79
Nisa surəsi, 69-cu ayə
Məryəm surəsi, 40-cı ayə
Maidə surəsi, 75-ci ayə

Yazının tərtibində tərcümə olumuş kitabların elektron versiyasından istifadə olunub

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə