Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Şölələr arasından (10-cu hissə)

 
Mən Fatiməyəm . . .
Yavaş-yasaş hiss edirəm ki, ömrümün son anlarıdır. Məni bu hala salanlar da bunu hiss edir. Bədənim əriyib gedib, ruhdan başqa bir şeyim qalmayıb. Düşmənlər təəccüblü şəkildə əl-ayağa düşüb.Düşünlər ki, bu son günlərdə mən və peyğəmbərlik sülalsi ilə barışıq yaratmaq üçün bir plan qoysunlar Bu ona görə deyil ki, onlar mənim halıma ürəkləri yanır və peşman olublar.  Onlar gündən-günə daha çox sevinir, etdikləri cinayətin üzərində möhkəm durublar.  Hiylə vasitəsi ilə öz cinyatələrini ört-basdır etmək istəyirlər. Ona görə də indiyədək neçə dəfə həyat yoldaşım Əmirəlmöminindən (ə.s) mənə yoluxmaq üçün icazə istəyiblər.  Həqiqətən də həyasızlığın bir həddi olur. Görəsən bəşər,  insanlıqdan və hər bir şeydən bu qədər uzaq ola bilərmi?! Amma qoy gəlsinlər. Qoy məni yoluxmağa gəlsinlər. Elə bir iş görüm ki, qiyamətədək özlərinə və ölənlərinə lənət edib mənə baş çəkəməyə nə üçün gəldiklərinə heyfsilənsinlər!
 
İndi də iş o yerə çatıb ki, Allah dinini, məsumları, Allahın höccətlərini, vəhy sülaləsini ələ salmaq istəyirlər.
"Hiylə edənlərə (qarşı) Allah da tədib tökər. Allah (hiylələrə qarşı) ən  yaxşı tədbir tökəndir."  (Ali-İmran, ayə: 54.)
Həyat  yoldaşımdan sonuncu dəfə icazə istəyəndə qapını arxasında oturmuşdular ki, bəlkə bu şəkildə icazə ala bilsinlər.
Əmirəlmöminin  (ə) də mənim yanıma gəlib buyurdu: “ Ey azad qadın, filan və filan (Əbu Bəkr və Ömər) səni yoluxmaq istəyirlər. İcazə verirsənmi?”
Mən dedim: “ Ev sənin və mən azadə də  sənin həyat yoldaşın. Hər nə istirsənsə et!”
-    Elə isə üzünü ötr!
Mən də üzümü örtdüm və divara tərəf yönəltdim.  O ikisi daxil olub salam verdilər, amma cavabsız . Onların salamının cavabına verməməyimin səbəbi təkcə cavab verməyin vacib və onun haram olmadığından deyil. Əgər onların salamın cavabın versəydim, həmişəlik deyəcəkdilər ki, Fatimə onların müsəlmanlığın qəbul edirdi. O ikisi də yaxşı bilirdi ki, cavabsız salam onların küfr və nifaqın göstərir. Amma onlar bununla da həya etmədi. Gəlib mənimlə üzbəüz oturdular, üzümü digər tərəfə tutdum. Yenə də mənim önümə gəldilər və bir neçə dəfə. Onlar vəziyyətin başqa dəfələrdən fəqli olduğunu anlayanda dilə gəlib üzr istəməyə başladılar. Onların cavabında isə təkcə bunu dedim:  “Atamla görüşüb sizin cinayətinizdən şikayət etməyincə mən sizinlə bir kəlmə də danışmayacağam. “ O iki nəfər, özlərini eşitməzliyə vurdular. Yenə də üzr və halallıq istədilər. Gördüm ki, hələlik onların üzdə görünən bu qədər həyaslzlıq, rüsvaylıq və abırsızlığı kifayətdir. İndi isə bunları mühakimə edib son kəlamı demək vaxtı çatıb. Həyat yodaşım Əmirəlmömininə (ə) tərəf üz tutdum:
“Mən ki, bunlarla danışmıram.  Əgər düz deyirlərsə hər nə istəyirəmsə edəcəyəm.” Onlara xitab edərək dedim:  “ Sizi Allah and verirəm, xatirlayırsını ki, peyğəmbər (s) gecə yarısı sizi çağırıb buyurdu: Fatimə mənim canınımın bir parçasıdır.  Mən ondanam. Hər kəs onu incitsə məni incitmişdir. Hər kəs məni incitsə Allahı incitmişdir.  Məndən sonra hər kəs onu incitsə məni həyatda olduğum zaman incitmiş kimidir. Hək kəs mən həyatda olan zaman onu incitsə sanki məndən sonra incidib?
Dedilər : Bəli.
Mən dedim: “Əlhəmdulillah. Ey Allah və ey burada hazır olanar, şahid olun ki, bu ikisi məni incidib, həyatımda və ölüm anlarımda! Sizinlə danışmayacam, Allahla görüşməyincə və sizdən Ona şikayət etəyincə. Hər namazımdan sonra sizə nifrin edirəm.”
Bunu görən Əbu Bəkr və Ömər anladılar ki,  iş əvvəlkindən daha da pisləşdi. Həmişəki hiylələrinə əl atmağa başladılar:
Əbu Bəkrin ah-naləsi, Ömərin bağırması. Əbu Bəkr ah-amana başladı və Ömər onun başına bağırdı ki, “burda elə də narahatlığa səbəb yoxdur”. Sonra qalxıb getdilər.
Artıq mənim ömrümün qalan günləri ötüb keçdi. Bu gün mənim həyatımın son günüdür. Dünən gecə atamı yuxuda gördüm. Bəla və din düşmənlərinin zülmündən ona danışdım. O, mənə müjdə verdi ki, artıq tezliklə onun yanına gedəcəyəm. Bəli, bu gün mənim son günümdür, sabah isə övladarımın yetim qalacağı ilk gündür. Onları çağırım yuyundurum, saçlarına darağ vurum, mə`sum çöhrəlrinə baxım. Onların sabahını düşünəndə qərarım kəsilsə də, zəhmətlə təbəssüm edirəm. Çətinliklə əlimi yuxarı qaldıracam və onlar da analarının bir az yaxşılaşdığını görüb sevinəcəklər.
Balalarıma etdiyim nəvaziş yavaş-yavaş başa çatır. İndi özümü Rəbbimlə görüşə hazırlamalıyam. Əsmaya deyirəm ki, su gətirsin. O, su ilə dəstəmaz alıram.  Özümün namaz paltarımı geyinirəm. Yenə də övladlarım, məndən ayrılmağa dözmür. Bir bəhanə ilə onları babalarının məzarı üstə göndərdim ki, mənim üçün gedib dua etsinlər. Otaqda, dünya və bu şəhərin adamlarından ayrılma üçün özümü səhmana salıram. Əsmaya deyirəm ki, “Yasin” surəsini oxusun. Tilavət sona çatanda məni çağırsın. Cavab versəm, heç.  Əgər cavab verməsəm, dördyaşlı Zeynəbim evdarlıq edib yetimlik qüssəsinə dözsün ...        

Administrator
www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə