Çr06192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Rəcəb ayının 13-cü günü

1- Təqvalıların mövlası həzrət Əmirəlmöminin imam Əlinin (ə) təvəllüdü

2. Əyyamul-beyzin (e`tikaf günlərinin) başlanğıcı

 

Təqvalıların mövlası həzrət əmirəl-möminin imam Əli (ə) (həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl) rəcəb ayının 13-də beytul-həram olan Kəbə evində dünyaya göz açdı ki, nə ondan qabaq nə də sonra kimsə orada doğulmayıb və bundan sonra da, doğulmayacaqdır. (Şiə mənbələrindən əlavə, əhli-sünnənin çoxlu mənbələrində də, imam Əlinin (ə) Kəbə evində dünyaya göz açması qeyd olunub ki, burada o mənbələrdən bəzilərinə işarə etməklə kifayətlənirik: “Təzkirətul-əhvaz;s-7”, “Əl-fusulul-məhmə;s-14”, “Murucuz-zəhəb;c-2, s-2”, “Nurul-əbsar;s-76”, “Kifayətut-talib;s-37”, “Nəzhətul-məcalis;c-2, s-204”).
Fatimə binti Əsəd Kəbədə
Nəql olunur ki, rəcəb ayının 13-ü cümə axşamı günü həzrət Əbu Talibin əziz həyat yoldaşı Fatimə binti Əsəd, doğuş sancısı hiss etdi. Əbu Talib, Fatiməyə kömək etmək üçün Qüreyş qadınlarınını çağırmaq istədikdə, evin bir küncündən qulağına bir nida çatdı: “Ey Əbu Talib! Səbr et. Allahın vəlisinə günaha batmış əllər toxunmamalıdır”. 
O günün səhəri həzrət Fatimə binti Əsəd bir nida eşitdi: “Ey Fatimə! Bizim evimizə gəl”. Həzrət Fatimə binti Əsəd özünü əzab-əziyyətlə Məscidul-hərama çatdırdı. Bir neçə nəfər ilə məsciddə əyləşən Abbas ibn Əbdül Mütəllib gördülər ki, Fatimə binti Əsəd Məscidul-hərama daxil oldu və Kəbə evinin müqabilində dayandı və üzünü göyə tutub belə dedi: “Ey Tanrı! Mən Sənə, peyğəmbərlərinə (ə) və Sənin tərəfindən gələn kitablara inanıram. Cəddim İbrahimin (ə) kəlamını təsdiq edirəm. Bu evi tikən odur. Səni and verirəm bu evi tikənin haqqına! Bətnimdə mənimlə danışan bə ünsüyyətdə olan övladımın haqqına ki, yəqin bilirəm o, Sənin nişanələrindəndir! (Səndən istəyirəm ki, bu uşağın) doğuşunu mənim üçün asan et!”. (Əmaliye Şeyx Tusi; s-1511. Biharul-ənvar; c-35, s-36).
Birdən Məscidul-həramda olanlar təəccüblə gördülər ki, Kəbə evinin divarı aralandı və Fatimə binti Əsəd içəri daxil oldu. Nə qədər çalışdılar ki, Kəbənin qapısının qıfılını açsınlar alınmadı və anladılar ki, burada Allahın bir hikməti var. Fatimə binti Əsəd buyurur: “Kəbə evinə daxil olanda Həvva, Sara, Asiya, Musa ibn İmranın (ə) anası və İsanın (ə) anası Məryəmin gəldiyini gördüm; Onlar mənə salam verdi və qabağımda əyləşib övladımı dünyaya gətirməkdə mənə kömək etdilər”. (Rovzətul-vaizin; s-78. Biharul-ənvar; c-35, s-13).

Əmirəlmöminin gəldi!
Şiə aləminin rəhbəri, həzrət Əli (ə) rəcəb ayının 13-cü günü cümə Kəbə evində dünyaya gəldi. Yerə qədəm qoyan kimi səcdəyə düşdü. Allahın təkliyinə həzrət Məhəmmədin (s) peyğəmbərliyinə və özünün vilayətinə şəhadət verdi. Cənnət qadınlarını salamlayıb, onların hər biri ilə söhbət etdi. Sonra Allah peyğəmbərləri: Həzrət Adəm (ə), Nuh (ə), İbrahim (ə), Musa (ə) və İsa (ə) gəlib Həzrəti (ə) salamladılar: - “Salam olsun sənə Allahın vəlisi, Allah peyğəmbərinin xəlifəsi!”. Həzrət (ə) onların cavabında buyurdu: “Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə!”. Sonra mələklər gəlib yeni doğulmuş mübarək körpəni göylərə aparıb yenidən gətirdi və yenə də, apardılar; Fatimə binti Əsəd (s.ə) buyurur:
İkinci dəfə onu gətirəndə cənnətin ağ ipək parçasına bükülmüş halda gətirdilər və mənə dedilər: “Onu görənlərin gözündən qoru çünki o, aləmlərinin Rəbbinin vəlisidir. Onun vilayətini və imamətini qəbul etməyən cənnətə girməz. Ona tabe olanın xoş halına və ondan üz döndərənin vay halına! O, Nuhun (ə) gəmisi kimidir; ona bağlanan nicat tapar və ondan geridə qalan isə boğulacaqdır”. (Əli (ə) vəlide kəbə; s.32).
-    Əli (ə) Peyğəmbərin (s) qucağında
Həzrət Fatimə binti Əsəd (s.ə) Allahın üç gün qonağı olandan sonra övladını  qucağına götürüb Kəbə evindən çıxmaq istədikdə hatifdən bir nida gəldi: “Ey Fatimə! Bu körpənin adını Əli qoy; çünki mən Əliyyi-Ə`la (ucalardan uca) olan Allaham və onun adını Öz adımdan götürmüşəm; ona ədəb öyrətmişəm və Öz işlərimi ona tapşırmışam”. (Məaniul-əxbar; s.62. Biharul-ənvar; c.35 s.9).
2. Əyyamul-beyzin (e`tikaf günlərinin) başlanğıcı
Rəcəb ayının 13-cü günü “Əyyamul-beyz” ayini başlayır və üç gün davam edir.  Bü müddətdə möminlər, şəhərlərdə olan məscidlərdə Allahları ilə raz-niyaz edirlər. Bu əməl “E`tikaf” adlanır. E`tikafda olanlar (mötəkiflər) üç gün oruc tutub ibadət etməklə dünyəvi həyata bağlılıqdan ayrılmaqla aləmlərin Rəbbinə yaxın olmağa səy edirlər.
E`tikaf Peyğəmbərimizin (s) və məsum  İmamlarımızın (ə) önəm verdiyi sünnətlərdən biridir. E`tikaf, dərin təsirə malik olduğu üçün,  onlar xüsusən bu üç gündə möminləri onu yerinə yetirməy şövq ediblər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə