Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Rəcəb ayının 19-cu günü

Təbuk döyüşü

 

Hicrətin 9-cu ili Rəcəb ayının 19-cu günü İslam və Rum qoşunu arasında Təbuk savaşı baş verdi. Bu hadisə Peyğəmbərin (s) sonuncu döyüşlərindən sayılır. Onun baş verməsi Şamdan Mədinəyə gələn ticarət karvanı oldu. Beləki müsəlmanlara xəbər verdilər ki, Rum padşahı böyük bir qoşun hazırlayaraq Mədinəyə doğru gəlir. Belə olduqda Allah Rəsulu (s) yaxında və uzaqda olan müsəlmanlara döyüşə hazır olma əmrini verdi. Yolun uzun və şiddətli istinin əkinlərdən məhsul yığımı zamanının olmasına baxmayaraq, müsəlmanların çoxu müharibəyə hazır oldu. Amma münafiqlərdən bir qrupu, nəinki bu müharibədə iştirak etmədi, digərlərinə də mane oldurdular. Ona görə də islmanın əziz Rəsulu (s), onarın bəd niyyətlərindən xəbərdar oldu, Əmirəlmöninin (ə) Mədinədə öz yerinə qoydu. Özü isə otuz minə çatan islam ordusu ilə Təbuk vilyatinə yollandı. İslam odursu oraya çatanda Rum odusundan heç bir əsər-əlaməti görmədilər.
Orada müharibə olmasa da müsəlmnların fədakarlığı, şövkəti küflə hər bir zaman hər bir vəziyyətdə mübarizəyə hazırlıqları nümayiş olundu. Bəzi müsəlman sifətli münafiqlər bu hadisəyə görə rüsvay olduqları üçün bəzi tarix kitablarının mətnində o hadisə “Qəzveyi-fazihə” (rüsvamçı hadisə) adı ilə də adlanıb.( Münəthayül-əmal, birinci bölmə, 6-cı fəsl, s. 135)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə