Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Haqqımızda

Hədəfimiz

“Sibtəyn beynəlxalq müəssisəsi” aşağıdakı hədəfləri əsas tutaraq öz fəaliyyətinə başlayıb:
1. Müasir bəşərin mənəvi ehtiyaclarını nəzərə alıb onun həlli uğrunda dini mövzuların təhqiqi, Əhli-beyt (ə) məktəbinin dəyərli mədəniyyətini üzə çıxarıb onun ədəbiyyatını təhqiqatçılara təqdim etmək.
2. Dini mədərəslrərin təsisi və onlrarın idarə edilməsi, ilahiyyat elmlrənin iranda və digər ölkələrdə müxtəlif dillərdə ibtidai, ali və mütəxəssis səviyyəsində tədrisi, dinin müxtəlif sahələrində istedadların üzə çıxarılmsı.
3. Müasir texniki nailiyyətlərdən yararlanmaqla (internet, dini ədəbiyyatın nəşri, mətbuat, təbliğçilərin göndərilməsi, müasir şəraitə uyğun olaraq dinimizin əlamətddar günlərinin qeyd olunması üçün dini məclislərin təşkili və s.
4. Dünya xalqlarını islam və Əhli-beyt (ə) məktəbinin real düşüncə və ideologiyasınısinin qüdrəti ilə tanış etmək, dini təlimi daha da sadələşdirmək, təbliğ üçün təcrübə olunmuş və təsirli üslublardan faydalanamaq.

Təsisçi

XX əsrin əvvəllərində yaşamış məşhur azərbaycanlı ruhani alimlərdən biri də Seyid Hüseyn Badkubeyidir. Onun övladlarından biri Siddiqə xanımdır. Siddiqə xanım, Seyidin digər övladlar kimi çox dindar, imanlı və müqəddəs bir  insan idi.
Siddiqə xanım həyat qurduqdan sonra yeddi oğul və iki qız övladına sahib oldu. Övladlarını dindar, mömin, imanlı boya-başa çatdırıb onlara Əhli-beyt (ə) məhəbbətini aşıldı. İki oğlu tanınmış  ruhanilərdən və alimlərdəndir. İlk övladı Seyid Məhəmmədəli, Nəcəf hövzəsində görkəmli və tanımış alimlərindən sayılır. İraqda Səddam Hüseyn rejiminin qurbanlarından sayılan Seyid Məhəmmədəli böyük işkəncələrlə qətlə yetirilib şəhid oldu. Onun digər qardaşı Seyid  Mürtəza Musəvidir.
Seyid Mürtəza hal-hazırda Qum və Nəcəf hövzəsinin tanınmış  müctəhidlərindəndir. O, 1950-ci ildə Nəcəf  şəhərində  dünyaya göz açıb. Seyid Mürtəza dini təhsilini Nəcəf hövzəsində böyük din alimlərindən təhsil alıb. O cümlədən: Seyid Məhəmməd Müfti Şiə, Müctəba Lənkərani, Seyid Mürtəza, Mərhum Seyid Əbülqasim Xoyi, Seyid Əbdüləla Səbzivari, Seyid Əli Sistaninin kimi dini xadimlərinin hüzurndan faydalanaraq dini elmləri əxz edib. Seyid Mürtəza Musəvi, “Sərf”, “Nəhv”, “Lümə” , “Məkasib” “Kifayə”, “Məkasib”, “Rəsail” “Əsfar” kimi fənnləri əxz etdikdən sonra xüsusilə “fiqh” elminə ali səthdə yiyələnib.
Seyid Mürtəza, İranda baş verən islam inqilabından sonra Nəcəfdən Qum  şəhərinə hicrət edib. Qum hövzəsində “Məkasib”, “Rəsail” və sair üsul fənninə aid kitabları tədris edib. Seyid Mürtəza hazırda iyirmi ildir ki, fiqhin ali səth üzrə tədrisini davam etidirir.

Seyid Mürtəza Musəvi cənablarına yeni-yeni müəvəffəqiyyətlər arzulayır, Allahdan ona uzun və bərəkətli ömür diləyirik.

“Sibtətn beynəlxalq müəssisəsi”, İranda islam inqilabının qələbəsindən sonra həzrət Ayətullah seyid Murtəza Musəvi İsfəhaninin  başçılığı ilə təsis olunub.
Ayətullah seyid Murtəza Musəvi İsfəhani 1950-cu  ildə Nəcəf şəhərində ruhani ailəsində dünyaya göz açıb. O, ibtidai təhsilini atası mərhum Ayətullah seyid Muhəmməd Musəvi İsfəhanidən alıb. Təhsilini kamilləşdirmək üçün Nəcəfin elm hövzəsinin böyük alimlərindən faydalanıb. Dini elmlərə kamil şəkildə yiyələnən alim, elmini tədris etməyə başlayır. 1980  ildə İraqın “Bəsi” partiyası tərəfindən alim və ruhanilər işkəncələrə məruz qalıb qətl olunduğu üçün Qum şəhərinə hicrət edir. Hal-hazırda mədrəsə və müəssisə təsisindən əlavə dinin təbliği üçün çalşırır, tədris və təlif işləriylə məşğuldur. İslam ölkələrinin cəmiyyətiyləri ilə olan mədəni əlaqələri və camaatın ona geniş muraciətləri, onun dini xeyriyyəçi kimi də fəaliyyət göstərməsinə səbəb oldu. Hazırda hər gün vaxtının çoxunu camaatın problem, sual həllinə və ehtiyaclarını  aradan qaldırmağa ayırıb.

.

“Beynəlxalq Sibtəyn Müəssisəsi” haqqında qısa məlumat

 

 

 

Bismillahir-Rəmanir-Rəhim
“Sibtəyn” sözünün mənası ərəb dilində “iki nəvə” deməkdir. Müəssisənin bu adla adlnması İslamın əziz Peyğəmbərinin (s) qəlbinin reyhanları - həzrət imam Həsən (ə) və imam Hüseynin (ə) xaritrəsi ilə bağlıdır. “Sibtəyn” müəssisəsi dini və mədəni prinsiplər əsasında beynəlxalq miqyasda müstəqil fəaliyyət göstərir. Ərəb, ingilis, fransız, ordu, azəri və.s. müxtəlif  dillərdə xidmət  göstərən bu müəssisə siyasi cinahdan uzaqdır. Müəssisə yalnız dini-mədəni təbliğ uğrunda çalışır. Ümumiyyətlə hər kəsin nəzər və düşüncəsinə hörmətlə yanaşmaq, qanun və qərarlara bağlılıq müəssisənin öhdəyə götürdüyü vəzifələrdəndir.