Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Quran

Quranın tərcüməsi (PDF formatında)

Quranın PDF formatına tıkladıqda, onun açılmasını lütfən bir az gözləyin!

QURAN OXUMAĞIN SAVABI

 Allahla danışmaq istəyən Quran oxusun
1-"Qurandan bacardığınız qədər oxuyun." (Müzzəmmil surəsi-20-ci ayə)
2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır.
(hər bir dərdin özünə münasib nüsxəsi vardır. Bu nüsxə min dərdə dərmandır).
3-Quran müəllimləri və gecələr oyaq qalanlar, mənim ümmətimin ən şərafətlisidirlər.
4-Quran oxumaq mənim ümmətimin ən şərafətli əməllərindən sayılır.
5-Quran oxumaqla öz evlərinizi işıqlandırın. Yəhudi və Nəsranilər kimi onları gorda saxlamayın, ki, kilsə və məbədlərdə namaz qılıb, öz evlərində isə vaxtlarını batil keçirirdilər. Çünki, Quran oxunan evdə xeyir-bərəkət artar. O evin əhlinin ruzisi bol olar. Quran oxumaq o mənzilə nuraniyyət bağışlayar. Səma, ulduzları dünya əhlinin işıqlandırdığı kimi, səma əhlini nuraniləşdirər.
6-Keçmişin və gələcəyin xəbərləri, və sizin aranızda baş verən, həqiqətlərin hamısı Allahın kitabındadır.
Bu elə bir kitabdır ki, haqq ilə batinin arasında fərq qoyandır, bihudə və ləğvin yox. Onu oxumaqla, xalq batil şeylərə meyllənməz və dünya alimləri, onun mərifət dəryasından doymazlar. Çünki bu asimani kitab, həqiqətlərin sərçeşməsi və hidayətin mənbəyidir. Çoxlu və təkrar-təkrar oxumaqla köhnəlməz, və onun möcüzələri tükənməzdir. Bu elə bir kitabdır ki, hər bir sitəmkar əgər onu tərk etsə, Allah onu məhv edər. Hər kəs Qurandan azca hidayət tapmağa çalışsa Pərvərdigar onu öz başına buraxar, O, (Quran) Allahın möhkəm ipi və düzgün yoludur. Hər kəs ona əməl etsə, dəyərini alıb, əbədi savaba nail olacaqdır. Hər kəs onunla (Quranla) hökm etsə, ədalətlə davranmışdır və hər kəs xalqı bu kitaba tərəf çağırsa, düzgün yola dəvət etmişdir.
7-Hər kəsin danışığı Quran və evi məscid olsa, Allah-taala Behiştdə onun üçün bir bina qərar verər.
8-Allahla danışmaq istəyən Quran oxusun.
9-İmanlı şəxs cavanlıqda Quran oxuyursa, Quran onun əti və qanı ilə qarışar.

Quran qarilərinin 3 dəstəsi: ikisi – cəhənnəm əhli, biri – nicat tapanlar

Quran - ən pak kitabdır ki, aləmlərin ən pak qəlbinə nazil olmuşdur. Ən pak məxluq tərəfindən dildə tilavət edilmişdir. Ona görə də bu səma kitabını o kəslər oxuya bilər ki, həm zahiri və həm də batini paklığa malik olsunlar. (Tebyan)
“Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).
Quranla təmasda olan insan gərək pak olsun. İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Quranın yolunu pakizə edin”. Soruşurlar ki, Quranın yolu nədir? Buyurur: “Sizin ağızlarınız”. Soruşurlar ki, nə ilə pak edək? Buyurur: “Misvakla”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Gözün haqqını əda edin”. Soruşurlar ki, gözün haqqı nədir? Buyurur: “Qurana nəzər salmaq”.
İnsan hər nə qədər gözünü günahdan saxlaya bilməzsə, Quranın ayələrinə baxsa belə, onları görməz. Kor kimi olar. Gözü hərflərin üzərində gəzsə də, Quranın nurani camalını müşahidə edə bilməz.
Ayətullah Cavadi Amuli buyurur: “O qulaq ki, Quranın mələkuti səsini eşidir və təsirlənmir, o qulaq ki, Quran tərəfindən xitab olunar, ancaq sanki heç bir xitab eşitməmişdir, o qulaq ki, qeybət, yalan, töhmət eşitməkdən ləzzət alar – bu qulağın təharəti olmaz. O əl ki, pak deyildir, gərək Qurana tərəf uzanmasın. Ona görə də insan bütün bədənini pak saxlamalıdır ki, Qurana toxuna bilsin. Bu zaman Quranın nuru insanın varlığına səfa bəxş edə bilər””.
Bədəni qüsl alaraq paklamaq olar, ancaq dili, qulağı, ruhu paklamaq çətindir. Gərək Allaha təvəkkül edib, təmrin edəsən. Əxlaq rəzilliklərini ruhundan uzaqlaşdırasan. O qədər pak edəsən ki, Quranla yaxın olmağa layiq olsun.
İmam Baqirin (ə) nəzərinə görə Quran qariləri üç dəstəyə bölünür:
“1. O kəslər ki, Quranı ruzi qazanmaq vasitəsi qərar verərlər.
2. O kəslər ki, Quran oxuyur, ancaq həddini zay edirlər.
3. O kəslər ki, Quran oxuyur, onun şəfaverən göstərişləri ilə öz qəlbi və fikri xəstəliklərini müalicə edərlər. Gecələri Quran tilavəti ilə münis olarlar, gündüz həyat səhnərlərində ondan ilham alarlar. Allah bu dəstəyə xatir bəlanı cəmiyətdən uzaq edərlər. Onlara xatir Öz rəhmət yağışını aşağı tökər. Allaha and olsun ki, bu dəstə cəmiyyətdə qırmızı kibritdən də az tapılır”.
İmam Sadiq (ə) də Quran tilavət edənləri üç dəstəyə bölür və onların əməllərinin nəticəsini belə bəyan edir:
“1. Bir dəstə hakimlərə yaxın olmaq və insanlara hakim olmaq üçün oxuyarlar. Bu dəstə atəş əhlidirlər.
2. O qarilər ki, Quranın hərflərini əzbər bilir və yaxşı oxuyurlar. Lakin həddini zay ediblər və onlar da atəş əhlidirlər.
3. O dəstə ki, Quran oxuyur ki, onun sayəsində qərar tutsunlar. Onlar Quranın möhkəm və mütəşabih ayələrinə etiqad bəsləyirlər. Vacibatı yerinə yetirərlər, haramını haram bilir, halalını halal bilirlər. Əməl məqamında qanunlarına təslim olurlar. Bu dəstə o kəslərdir ki, İlahi rəhmət əli onlara hər bir süqutdan nicat verər. Onlar behişt əhlidirlər. Hər kimin haqqında istəsə şəfaət edərlər”.

Quranı əzbərləmək üçün bəzi faydalı tövsiyələr

Quranı əzbərləmək istəyən hər bir şəxsə ilk tövsiyəmiz budur ki, bunu bir nüsxə Quran üzərindən etsin. Yəni, Quranı bir Quran kitabından əzbərləsin. Başqa nüsxərlərə müraciət etməsin. Çünki gözünüz həmin hərflərin yazılışına adət etdiyi üçün əzbərləmək də asan olar.
Quran əzbərləyən zaman qidalarınıza diqqət etməlisiniz. Çünki sizə faydalı və ziyanlı olan qidalar vardır ki, əzbər zamanı hafizənizə təsir göstərər.

Faydalı qidalar.
1. Şirin şeylər yemək, xüsusilə də bal, kişmiş, halva.
2. Süd içmək və qatıq yemək.
3. Mərci və lobya yemək.
4. Zəmzəm suyu içmək.

Ziyanlı olanlar.
1. Turşu yemək.
2. Yeməyi qaynar yemək.
3. Pendiri qozsuz yemək.
4. Yeyən zaman həddi aşmaq.

Bəzi əməllər vardır ki, əgər onu yerinə yetirsəniz, əzbər zamanı sizə yardım edəcəkdir:
1. Saleh və bəyənilən işlər yerinə yetirmək.
2. Quran oxumaq, xüsusilə də “Ayətül-kürsü”nü.
3. Oruc tutmaq.
4. Çoxlu salavat göndərmək.
5. İşlərini proqramla yerinə yetirmək.
6. Ağzı təmiz saxlamaq və misvak etmək.
7. İdman etmək.
8. Hafizə duasını oxumaq:
سبحان من لایعتدی علی اهل مملكته؛ سبحان من لایأخذ اهل الارض بالوان العذاب؛ سبحان الرؤوف الرحیم. اللهم اجعل لی فی قلبی نورا و بصرا و فهما و علما؛ انك علی كل شیء قدیر.

9. Zərərli işlərdən çəkinək. O cümlədən:
a) Fasid və nalayiq işləri davam etdirmək.
b) Ataya, anaya, müəllimə ədəbsizlik etmək.
c) Yüksək səslə gülmək.
Bu tövsiyələr Quranı əzbərləyən zaman sizə yardım edəcək, hafizənizi gücləndirəcəkdir. Bunu yadda saxlayın ki, Quranı əzbərləmək heç də asan bir iş deyildir. Ona görə də bu işdə səbirli olmaq və Allahdan yardım istəmək lazımdır. İnşəallah Allah Özü yardım edər və müvəffəq olarsınız.

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır.

Zahiri ədəb qaydası

Məsumların (ə) nurani kəlamlarından belə nəticəyə gəlmək olur ki, Quranı müqəddəs bili,b ona ehtiram göstərmək lazımdır. Onunla məhəbbətlə rəftar etmək lazımdır. Quranın zahiri ədəbləri ilə tanış olaq:

1. Paklıq, təharət, dəstəmaz. Əmirəl-möminin (ə) buyurur: “Bəndənin o zaman ki, dəstəmazı olmaz Quran oxumasın o zamana qədər ki, dəstəmaz alsın və təharətli olsun”. Əlbəttə, dəstəmazsız namaz qılmaq Quran oxumağı batil etməz, sadəcə oxumağın savabını azaldar. Ancaq Qurana ehtiram qoyan insan gərək onu oxuyan zaman təharətli olsun.

2. Ağızı təmizləmək. İnsan Quranı oxuyan zaman ağız orqanından istifadə etdiyi üçün bu orqanın təmiz və pak olması mühümdür. Əgər ağız təmiz olarsa, oxuduğu Quran ayələri insanın can və ruhuna daha tez nüfuz edər. Həzrət Peyğəmbər (s) buyurur: “Quranın yolunu təmiz edin”. Soruşurlar ki, Quranın yolu nədir? Buyurur: “Ağızlarınız. Soruşurlar ki, necə? Buyurur: “Misvak edərək”.

3. Baxış. Quranın səhifələrinə baxmaq və onu üzündən oxumaq ibadətdir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Qurana nəzər salmaqda üç ibadət vardır. Onlardan biri də üzünə oxumaqdır.

4. Qulaq asan zaman sükut etmək. Quran özü əmr edir: “Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz”. (“Əraf 204).

5. Gözəl səs. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir şeyin zinəti vardır və Quranın zinəti – gözəl səsdir”.

6. Oxumağa başlayan zaman şeytandan Allaha pənah aparmaq. “Qur’an oxuyan zaman, qovulmuş şeytandan Allaha pənah apar”. (“Nəhl” 98). Yəni, deyirsən: "Əuzu billəhi minəş-şəytanir-racim".

Mənəvi ədəb

Quranın zahiri ədəbi olduğu kimi, batini ədəbi də vardır. Quran ayələrini eşidən zaman qəlb müti olmalıdır. Bəzən bu ayələri eşidən insanların tükləri biz-biz olur, gözlərindən yaş axmağa başlayır. Quranın batini ədəbləri ilə tanış olaq.

1. Ayələr haqqında təfəkkür etmək. İmam Səccad (ə) buyurur: “Quran ayələri o xəzinələrdir ki, nə zaman bu xəzinələrdən birini açsan, layiqlidir ki, orada olanlara yaxşı nəzər salasan”.

2. Qəlb riqqəti. İmam Sadiq (ə) buyurur: “Hər kim Quran oxuyar, ancaq Allah qarşısında müti olmaz və qəlbi riqqət, qorxu və qəm əldə etməz – Allahın əzəmətini yüngül hesab etmiş olar.

3. Quranın əmrlərini və qadağalarını qəbul etmək. İmam Sadiq (ə) buyurur: “Bax gör, Allahın məktubunu necə oxuyursan və onun əmrlərinə və qadağalarına necə cavab verirsən. Allahın İlahi hədlərinə necə itaət edirsən”.

4. Keyfiyyətə kəmiyyətdən daha çox diqqət etmək. Baxmayaraq ki, Quranı xətm etmək fəzilət hesab olunur, ancaq din alimlərinin nəzərinə görə, Quran oxuyan zaman keyfiyyət daha mühümdür. Yəni, Quranı necə oxumaq, nə qədər oxumaqdan daha fəzilətlidir.

Quran baхımından Allahı tanımaq yоlu

Bir sıra hallarda isə insan müəyyən ziyanlı işlərə aludə оlur və bunun nəticəsində öz insani keyfiyyətlərini itirir.
Südəmər uşaq anasının sinəsindən süd əmir və dоğrudan da uşaq təbii оlaraq süd istəyir. Əgər оnun əlinə başqa bir şey keçərsə, elə həmin süd istəyi ilə оnu ağzına aparar. Deməli, uşağın əsl məqsədi yeməkdir. Əgər səhvən başqa bir şey götürüb оnun yeməli оlmadığını hiss edərsə, оnu kənara atar.

Bunun kimi, insan hər hansı bir məqsəd güdürsə, оnun üçün bu məqsəd aydın оlmalıdır. Əgər о, səhv etdiyini aydınlaşdırsa, öz səhvindən narahat оlar, öz yanlış məqsədi yоlunda çəkdiyi zəhmətə təəssüflənər. Bir sözlə, insan həmişə səhv və хətalardan çəkinər və həqiqi yоla yönəlmək üçün çalışar.

Buradan bizə aydın оlur ki, insan öz təbiət və fitrətinə görə gerçəkliyi görəndir – yəni istər-istəməz həmişə gerçəkliyin və haqqın sоrağına düşür. Maraqlı haldır ki, insan bu fitri хasiyyəti heç kəsdən və heç nədən götürməmişdir.

Insan bəzən tərslik göstərərək həqiqəti qəbul etməkdən bоyun qaçırırsa, deməli, о, хəta və səhvə düçar оlub, düzgünlük və həqiqət оnun üçün aydınlaşmayıb. Əgər həqiqət оna aydın оlsaydı, yanlış yоla düşməzdi.

Bəzən isə insan öz nəfsi hərislik və meylinə uyaraq bir növ psiхоlоci yanlışlığa düşür, haqqın şirin dadı оnun ağzında acılığa çevrilir. Bu zaman haqqı tanısa da, haqqın ardınca getmir, haqqın düzgün yоl оlduğunu və оna bağlılığın önəmini etiraf etsə də, оna tabe оlmaqdan bоyun qaçırır.

Bir sıra hallarda isə insan müəyyən ziyanlı işlərə aludə оlur və bunun nəticəsində öz insani keyfiyyətlərini itirir. О, bilə-bilə zərərli işlərdən əl çəkə bilmir. Spirtli içkilərə və narkоtik maddələrə aludə оlanlar bu qəbildəndir.

Qur'ani-kərim bu psiхоlоji yanlışlıqları nəzərə alaraq insanı gerçəkliyi qəbul etməyə və haqqın ardınca getməyə dəvət edir. Bu məsələni israrla və özü də dəfələrlə vurğulayır, çeşidli bəyan ilə camaatdan gerçəklik hissini saхlamağı və haqqın ardınca getməyi tələb edir.

Allah-təala Qur'anda buyurur:

– "Allah insanları haqq yоla yönəldir. Belə оlduqda dоğru yоla yönəldən kəs ardınca getməyə daha çох layiqdir, yохsa dоğru yоl göstərilmədikcə оnu tapmayan kəs?" (Yunus: 35)

Qur'ani-kərim başqa bir ayədə belə buyurur:

– "And оlsun aхşam çağına. Insan ömrünü bihudə işlətməklə ziyan içindədir. Yalnız iman gətirib yaхşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa." (Əsr: 1-3)

Aydındır ki, bu sifarişlər insan üçün gerçəkliyi həmişə canlı saхlamağı məsləhət görür, çünki bəşər haqq və həqiqət yоlunu gözləməzsə və bu yоlda çalışmazsa, uğur və səadət qazana bilməz. Insan zahirən хоşagələn və оnun hisslərini nəfsi həvəslərlə aldadan meyllərin aхarına düşərsə, о, puç və хurafatcıl fikirlər burulğanında ilişib qalar. Belə bir halda insan sanki sadəcə dördayaqlı heyvan kimi insaniyyət sərmayəsindən məhrum оlaraq öz insani məqamından uzaq düşər, həvavü-həvəsin, əхlaqi pоzğunluğun və nadanlığın girdabına düşər.


Allah-təala öz kəlamında belə buyurur:

– "Öz həvayi-nəfsinə uyub pərəstiş edənlər barədə necə fikirləşirsən? Elə güman edirsən ki, оnları islah və tərbiyə edə bilərsən? Elə fikirləşirsən ki, оnlar eşidir və dərk edirlər? Оnlar dördayaqlı heyvan kimidir, nə Haqqın sözünü eşidir, nə də başa düşürlər, bəlkə dördayaqlı heyvandan betər haqq yоlunu azmışlar." (Furqan: 44)
Əlbəttə, insanın həqiqəti görən gözü açılarsa, haqqın ardınca yönəlmək duyğusu işə düşərsə, həqiqətlər bir-birinin ardınca оnun qarşısında cilvələnər. О, haqq və həqiqəti taparkən оnları bağrına basar və hər gün gerçək insani хоşbəхtliyə dоğru daha bir addım atar.