Çr.ax08202019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Tarix

Hz.Musa və Hz.İsanın şəriəti

Şəriət insanların əməllərinin və cəmiyyətin tənzimi üçün nəzərdə tutulmuş qanunlar və hökmlər məcmusudur. Nuh, İbrahim, Musa, İsa və İslam peyğəmbəri (s) kimi böyük peyğəmbərlər şəriət sahibi olmuşlar. Allah qarşısında təslimçilik, Allaha itaət, qeyb və məada iman bütün İlahi dinlərin müştərək prinsipləridir. Bu prinsiplər İslam və din adı ilə tanınır. Amma ümmətlər istedadca fərqləndiyindən onların şəriətinə uyğun qanunlar tənzimlənmişdir.

Həzrət İsanın şəriəti elə Musanın şəriətidir. Tənbeh məqsədi ilə həzrət Musanın şəriətində müəyyən istisnalar mövcud olmuşdur. Amma İsa şəriətində uyğun qadağalar aradan qaldırılmışdır. Bu səbəbdən də bəziləri düşünürlər ki, həzrət İsanın şəriəti Musa şəriətindən fərqlidir.

Müqəddəs kitabın müəyyən məqamlarında Musa şəriətinin və Tövrat hökmlərinin hifzi tapşırılır. Məsələn, Matta İncilində deyilir: “Göy və yer durduqca Tövratdan bir nöqtəni dəyişmək sizə ünvanlanmış daimi bir tapşırıqdır. Ən kiçik hökmü pozan kəs göy aləmində ən kiçik sayılar. Amma əməl edib öyrədən ərş aləmində böyük olacaq.”[1]

Həzrət İsa və onun həvariləri Musa şəriətini qoruyurdular. Hər gün məbədə gedir, digər yəhudilər kimi Musa ayinlərini yerinə yetirirdilər. Onların dinini qəbul edənlərə uyğun göstərişləri yerinə yetirməyi tapşırırdılar. Onları yəhudilərdən fərqləndirən yalnız bir cəhət vardı. Məsihilər inanırdılar ki, həzrət İsa zühuru Bəni-İsrail peyğəmbərlərinin kitabında vəd olunmuş şəxsdir.”[2]

Matta İncilində deyilir: “Bir şəxs gəlib dedi: “Ey yaxşı ustad! Əbədilik tapmaq üçün nə iş görüm?” O dedi: “Nə üçün məni yaxşı çağırırsan? Hansı ki, Allahdan savayı yaxşı yoxdur. Yox əgər əbədiyyət istəyirsənsə, hökmlərə əməl et.”[3]

Eyni İncildə həzrət İsadan belə nəql olunur: “Güman etməyin ki, Tövrat və ya müqəddəs səhifələri aradan götürməyə gəlmişəm. Gəlişim batil etmək yox, tamamlamaq üçündür.”[4] Miladın əvvəllərində də bir qrup məsihi mühafizəkar (“əbiyyun” adlanırdılar) Musa şəriətini qorumaq əzmində idi. Onlar müqəddəs yazıları qoruyur, həftənin 7-ci gününü şənbə sayırdılar. Onların nəzərincə, Məsih imanı Musa şəriəti ilə birləşməli idi.[5]

 

ŞƏRİƏTDƏN UZAQLIQ

Məsihilik fəlsəfəsində gündəmə gəlmiş şəriətdən uzaqlıq məsələsi heç vəchlə qəbul olunası deyil. Əgər güman etsək ki, Allah-taala insanların imkansızlığını görüb şəriəti pərəstişlə əvəz etmişdir, şübhəsiz, yanılmış olarıq. Çünki Məsih özü şəriətin aradan qaldırılmasını batil saymışdır. Bu barədə Matta İncilində deyilir: “Bəli, məsihiyyətdə şəriəti aradan qaldıran Pavlos oldu. O aşkar dedi: “Artıq şəriət zərurətindən azad olmuşuq.”[6]

Pavlos deyir: “Şəriətə əməl etməklə kimsə Allah qarşısında kamil sayılmaz. Yalnız İsa Məsihə imanla ucalmaq olar. Biz özümüz də İsa Məsihə iman gətirmişik. Şəriət yox, İsaya inam yolu ilə yaxşı sayılmışıq. Təkcə biz yox, heç bir insanı şəriətə itaət ucaltmaz.”[7]

Hansı ki, Məsihin qardaşı Yaqub deyir: “İnsan təkcə imanla yox, əməllə adil olur.”[8]

Bəli, şəriət Pavlos və onun tərəfdarları vasitəsi ilə ortadan götürülmüşdür. Pavlosun risalələri şəriətə qarşı çıxışlarla doludur. O bu yolda çox cihad etmiş, üsul və şəriət tərəfdarlarını məğlub etmişdir.[9] Pavlos inanırdı ki, uşaq xətnə (sünnət) olunmamalı, ayinlər yerinə yetirilməməlidir.[10]

Pavlos həvariləri inandıra bildi ki, şəriəti qorumaq şüarlarından əl çəkmək lazımdır. Amma şəriət tərəfdarları da yerində oturmamışdı. Miladi 140-cı ildə Markiyun Pavlosun işini başa çatdırmaq üçün məsihiliyi yəhudilikdən ayırmaq məqsədi ilə Ruma gəldi. O dedi: “Pavlosa tabe olub yəhudi şəriətindən çıxanlar doğru yoldadır.”[11]

Miladi 5-ci əsrdə şəriəti dəstəkləyən və məsihilikdə şəriətin qorunması tərəfdarı olan Plaqiyus müxalif mövqedə dayanmış Aqustinlə üzbəüz gəlməli oldu. Nəhayət, miladi 231-ci ildə əfsəs şurasında Plaqiyus məhkum edildi.[12]

 

 MUSA ŞƏRİƏTİNİN ARADAN GÖTÜRÜLMƏSİ

“Sifri əmali-rusul” kitabında deyilir: “Elçilərin müjdələri nəticəsində bir çox büt-pərəstlər və Barnaba həzrət Məsihə iman gətirdi. Belə ki, yəhudilik ayinləri aradan qaldırıldı. Çünki Məsihə sonda qoşulanlar arasında da xətnə (övladın sünnəti) məsələsi yox idi.”[13]

Antakiyada Pavlos və Barnaba arasında bir tərəfdən, Məsihə iman gətirmiş yəhudilər digər tərəfdən çaxnaşma yarandı. Tərəflərdən biri Musa şəriətindəki xətnə məsələsi üzərində dayanırdı. Bildirilirdi ki, bu ayini icra etmədən nicat tapmaq mümkünsüzdür.[14] Amma Pavlos onlara qarşı çıxdı və məsihiliyə yenicə qoşulmuş bütpərəstlərin müdafiəsinə qalxdı.[15]

Onlar qərara gəldilər ki, Yerusəlimdəki elçi və şeyxlərin yanına gedib onların fikrini öyrənsinlər. Yerusəlimdə onlara bildirildi ki, qeyri-yəhudilər də Musa şəriətinə əməl edib xətnə (sünnət) ayinini yerinə yetirməlidir.”[16]

Pavlos təkid edirdi ki, şəriət hökmlərinə əməl etməkdən danışan bütün insanlar məlundur.[17] Pavlos düşünürdü ki, şəriət Allah tərəfindən olsa da, mələklər vasitəsilə göndərilmişdir və bu onun zəifliyini göstərir.[18] Başqa bir məqamda deyir: “Ey mənim qardaşlarım! Əməli olmayanın imanlıyam deməsinin nə faydası?!”[19] Doğrusu, əgər insan şəriətə əməl etməklə nicat tapmırsa, bəs Məsihdən öncəki peyğəmbərlərin və onların ardıcıllarının işi nədir? Məgər onlar Allaha imandən əlavə göstərişlərə əməl etməklə, iman və saleh əməl yolu ilə nicat tapmadılarmı?

Pavlosun təlimi məsihiləri əməldən çəkindirdi, əmələ münasibət zəiflədi. Əlbəttə ki, əməl olmayan yerdə avaralıq səhnəyə gəlir. Buna görə də məsihilik dünyasında yaranmış fəsada görə Pavlos ittiham edilməlidir. Belə bir məsuliyyət xüsusi ilə məzhəb başçısı üçün yetərincə ağırdır.

Bu gün də məsihi dünyasını ağuşuna almış fitnə-fəsad, əxlaqsızlıq Pavlosun fəlsəfəsindən qaynaqlanır. Çünki əksər günahkarlar İsa Məsihi Allahın oğlu olduğuna inanır, ona məhəbbətini bildirir, əməldə isə Məsihin göstərişlərindən boyun qaçırırlar. Onlar ümid edirlər ki, keşiş qarşısında günahları etiraf etməklə bağışlanacaqlar. Guya keşiş qarşısında etiraf insanın vicdanını rahatlaşdırır və yeni günahlar üçün yol açır.

 [1] Matta, 5-18.

[2] “Tarixi ədyan”, Can Binas, səh.611.

[3] Matta, 19-16.

[4] Matta, 5-17.

[5] Matta, 5-17.

[6] Nameyi Pavlos be rumiyan, bab 7, say 6.

[7] Nameyi Pavlos be Ğəllatiyan, bab 2, say 16.

[8] Nameyi Yaqub, bab 2, say 24.

[9] Tarixi ədyan, səh.614.

[10] Tarixi təməddun, 3-cü cild, səh.686.

[11] Tarixi təməddun, 3-cü cild, səh.708.

[12] Cəhani məzhəbi, səh.744.

[13] Əmali-ğəsl, 11-2.

[14] Həmin mənbə, 15-1.

[15] Məcməul-lahutil-kitabi, səh.446.

[16] Əmali rəsulan, 15-5.

[17] Ğəlatiyan, 3-10.

[18] Məcməul-lahutil-kitabi, səh.446.

[19] Nameyi-Yaqub, bab 2, say 14.

Məkkə İslamiyyətdən əvvəl

Ərəbistan
Ərəbistan Asiyanın cənubi-qərbində yerləşir. Sahəsi 3 milyon km-dir. Şimal tərəfdən-İordoniya, Küveyt, İraq, Şam və Fələstinlə, cənubdan Yəmənlə, şərqdən "Fars” körfəzi və qərbdən "Qırmızı dəniz”lə əhatə olunub.
Q
ədim dövrlərdə adı Ərəbistan yarımadası, sonralar "Hicaz və nəhayət, Ərəbistan adı ilə mərufdur.
C
əddə. Bu adın qoyulmağına səbəb ulu nənəmiz Həvvanın (əleyha salam) bu şəhərdə dəfn olunmasıdır. Çünki ərəblər öz ulu nənələrinə "cəddə” deyərlər. Buna görə bu şəhərin adını "Cəddə” qoyublar.

M
əkkə və Mədinə
H
ər iki "Hərəm” təbii quruluşu, coğrafi baxımdan Ərəbistan yarımadasında yerləşir. Din və tarixi əlaqələri çox güclü olduğundan müsəlmanlar bu iki müqəddəs məkanı bir-birindən ayrı hesab etmir, hər ikisini özlərinə doğma sayırlar.

İbrahim, İsmail və Məkkənin qısa tarixi
H
əzrət İsmail 120 il ömür sürdü. 16 yaşında ikən atası ilə birlikdə Kəbəni bina etməyə başladılar.
H
ərçənd ki, Kəbəni ilk dəfə bina edən Həzrət Adəm (əleyhissalam) idi, amma İbrahim (əleyhissalam) öz oğlu ilə onu təzədən tikdi. Kəbənin tarixi yer üzündə bəşəriyyətin tarixi ilə bir vaxta təsadüf edir.
H
əzrət İsmailin məxsus olduğu qəbilənin adı "Cərhum” idi. Bu qəbilənin camaatı "Hübəl” adında bir büt düzəldib Kəbəyə qoymuşdular və ona sitayiş edirdilər. Zaman ötdükcə bu bütlərin sayı artmış, İslamiyyətədək sayı 360-a çatmışdı.
Sonralar "X
üzaə” qəbiləsi Məkkədə hakimiyyəti ələ keçirdi. Bir müddətdən sonra, "Qüreyş qəbiləsi onları Məkkədən çıxarda bildi. Qusəy ibni Kilab "Xüzaə” qəbiləsi başçısının kürəkəni idi. Məkkənin abadlığına çox çalışırdı. O, "Darun-nədvə”-ni tikdi. Bura müşavirəyə yığışmaq, iş bölgüsü aparmaq üçün nəzərdə tutulmuşdu.
Qus
əydən sonra onun övladları Əbdi Mənaf (Haşim) və Əbdül Müttəlibin nüfuzu Məkkədə artdı. Məkkə böyük bir ticarət mərkəzinə çevrildi. Ərəb qəbilələri buraya ticarət və ziyarət üçün axışıb gəlirdilər. Məkkədə bu vəziyyət başqa şəhərlərin zalım hökmdarlarına heç də sərfəli deyildi. Onlardan biri olan Əbrəhə Yəməndə hakimiyyət başına gəldiyi vaxt (özü xaçpərəst idi) xristianlığı burada genişləndirmək istədi. Bunun üçün də o, ərəbləri Kəbədən çıxardıb kilsələrə tərəf qovurdu. Bununla kifayətlənməyib Kəbəni dağıtmaq üçün ora həmlə etdi. Bu hadisə İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in təvəllüd ilinə, (məşhur "Fil ilinə) təsadüf edir. O ildə düşmənlər Allahın qüdrəti ilə əzaba düçar oldular.
İslam peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) əcdadı
H
əzrət İbrahim (əleyhissalam) və Həzrət İsmail (əleyhissalam) İslam Peyğəmbəri Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadı olmuşlar. Bu iki peyğəmbərin tarixi İslam tarixinin bir həlqəsi olduğuna görə onlar haqqında müxtəsər məlumat veririk.

T
övhid qəhrəmanıİbrahim (əleyhissalam) 
H
əzrət İbrahim (əleyhissalam) elə bir mühitdə dünyaya göz açmışdı ki, burada xalq bütə sitayiş edirdi. O, bütpərəstliyə qarşı üsyan etdi və bunun nəticəsində Babildən Fələstinə sürgün edildi.
"
Əmaliqə” milləti onu yaxşı qarşıladı və Hacəri də ona bir hədiyyə etdi. Hacər və İbrahim (əleyhissalam)-dan dünyaya İsmail (əleyhissalam) göz açdı. İbrahim (əleyhissalam)-a Allah tərəfindən əmr olundu ki, Hacəri və oğlu İsmaili Məkkədə bir dağın ətəyində qoysun. Bura yaşayış üçün münasib olmayan bir yer idi. İbrahim (əleyhissalam) oranı tərk edəndə Hacər soruşdu ki, bizi kimə tapşırırsan? Həzrət İbrahim buyurdu ki, bu işlərin hamısı Allahın əmriylədir. Ondan ümidinizi üzməyin.
Sonra a
ğlaya-ağlaya üzünü səmaya tutub belə dua etdi: "Ey Allah, bu yeri sülh və əmin-amanlıq yeri et! Öz nemətlərini bura yağdır. ("Bəqərə” surəsi, ayə 125)

Z
əmzəm çeşməsinin tarixi
H
əzrət İbrahim (əleyhissalam) gedəndən sonra qızmar səhrada qalan Hacər və oğlu İsmail onlar üçün ayrılmış sudan və yeməkdən bir müddət istifadə etdilər. Azuqə qurtardıqdan sonra Hacərin südü çəkildi. Uşağın halı narahatedici idi. Ana hövlnak halda "Səfa” dağına su axtarmağa gəldi. "Mərvə” dağına baxanda günəş şüasının qaya üzərinə inikasından yaranan parıltını su zənn edib, dağa sarı qaçdı. Lakin ümidi heç oldu. Yeddi dəfə su axtarmaq məqsədilə bu iki dağın arasını qaça-qaça qət edəndən sonra bütün ümidi üzüldü. Əlacsız körpəsinin yanına qayıtdı. Onun can verməsinə tamaşa etdi. Bu vaxt İbrahim (əleyhissalam)-ın duası yadına düşdü və üzünü səmaya tutub Allahdan nicat istədi. Elə bu anda gördü ki, İsmailin ayaqları altından su axır.
Bu h
əyat əlaməti quşları da buraya çəkdi. Bu yerdən aralıda məskunlaşmış "Cərhum” tayfası uzaqdan quşların uçuşunu və bir yerə toplaşmasını görüb həmin yerdə su olduğunu hiss etdi. Və bu məkana gəlib Hacər və İsmailin bir çeşmənin yanında məskən saldığını görüb bura köç etdilər. İsmail böyüdükdən sonra həmin qəbilədən bir qızla ailə qurdu. Həzrət İbrahim (əleyhissalam) Allahın əmri və İsmailin köməkliyi ilə Kəbə evini tikdi.
İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əcdadlarından İbrahim və İsmaildən başqa onun son dörd cəddi–Qüsey, Mənaf, Haşim və Əbdül Müttəlibin tarixinə qısa nəzər salaq.

Qusey
O, M
əkkə əhlinə–Qüreyşə başçılıq edirdi. Kəbənin hökmranlığı onun əlində idi. Qüsey Darün-Nədvənin (ərəblərin məsləhət və məşvərət üçün yığışdığı yer) əsasını qoymuşdur. Miladın 5-ci əsrində vəfat etdi. Özündən sonra iki oğlu qaldı: Əbdud-dar və Əbdu-Mənaf.

Əbdu mənaf
Onun ad
ı Muğuri idi. Xoşəxlaqlı olduğuna görə xalqın ona çox hörməti var idi.

Ha
şim
Ha
şim, Əbdu Mənafın oğlu idi. O, qardaşı Əbdu Şəms ilə əkiz doğulmuşdu. Anadan olanda Haşimin barmağı Əbdu Şəmsin alnına yapışmışdı. Onu ayırandan sonra xeyli qan axdı. Xalq bunu pis mənaya yozub dedilər ki, bu iki qardaş arasında qan davası olacaq.
Ha
şim Zil-həccə ayında Kəbənin divarına söykənib belə xütbə oxuyardı: "Ey Qüreyş! Allah sizi Kəbənin yanında məskun etməklə sizə fəzilət bəxş edib. Onun evinə ziyarətə gələnlər sizin qonağınızdır, onlara hörmət edin! And olsun Allaha ki, əgər qüdrətim olsaydı, sizdən bu baradə əsla kömək istəməzdim. 
Ha
şim Məkkə-Şam və Məkkə-Yəmən arasında ticarətin əsasını qoydu.

Əbdül Müttəlib
Q
üreyşin başçısı.
Əbdül Müttəlib Haşimin oğlu, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in babası idi. Mühit hər bir insanın həyatına böyük təsir göstərir. Amma Əbdül Müttəlibin yaşadığı mühitin insan mənəviyyatına mənfi təsir edən cəmiyyət olmasına baxmayaraq, onun həyatında bu dövrün eybəcərlikləri iz qoya bilməmişdi. O, tovhidə inanmışdı, daim xalqı pis işlərdən çəkindirirdi.
Əbdül Müttəlib Allahla əhd bağlamışdı ki, 10 oğlu olarsa, birini Kəbəyə qurban verəcək. Bu əhd-peyman barəsində heç kimə bir söz deməmişdi. 10-cu oğlan uşağı dünyaya gələndən sonra, ərəb adət-ənənəsinə görə əhdə sadiq qalan Əbdül Müttəlib qalan oğlanlarını başına yığıb öz əhdindən onları xəbərdar etdi.
Onlar bu i
şi başqa yolla həll etmək istəyirdilər. Buna görə təcrübəli bir alimə müraciət etdilər. Həmin alimin məsləhəti ilə belə qərara gəldilər ki, qan bahası dəvələrlə əvəz olunsun, yenidən püşk atılsın. Şərt belə idi ki, püşk dəvələrə düşənə kimi atılsın. Dəvələrin sayı 100-ə çatanda, yəni 10-cu püşkdə Abdullah xilas oldu. Bütün Məkk şadlığa qərq oldu. Amma vəziyyətdən nigaran qalan Əbdül Müttəlib püşk atma mərasimini 3 dəfə yerinə yetirdi və hər dəfə 100 dəvə qurbanlıq üçün təyin olundu.