Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Həzrət Mehdi (ə.f) -in ziyarəti - (səs) dinlə

İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi

İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra mühüm məsələ qeyb məsələsi olmuşdur. Onun həyata keçməsi Məsumlardan (ə) gələn hədislərdə və eləcə də Əhli-təsənnün mənbələrində nəql edilmişdir. İmam Həsən (ə) də çalışırdı ki, insanları bu məsələdən agah etsin və övladının İlahi məqamını onların yadına salsın.

  Bu məsələ adi insanlar tərəfindən çətin qəbul olunurdu. Ancaq İmam (ə) yavaş-yavaş qeyb fikirini onların zehninə daxil etmişdi. İnsanlara başa salırdı ki, bu həqiqəti qəbul etməlidirlər.

  İmamın (ə) dostları və tərəfdaşları məktub vasitəsilə onunla əlaqə saxlayardılar. İmam Zaman (ə.f.) ağa haqqında ondan soruşardılar və lazımi cavabı da alırdılar. İnsanlar İmama (ə) hansısa məbləği göndərmək istəyəndə yağ satan bir mömin olan Osman ibni Səidə müraciət edərdilər və o da həmin pulu yağ tuluqlarında gizlədir və İmama (ə) çatdırardı.

  İmam Həsən Əsgərinin (ə) dövründə Abbasi xəlifələri qeyb məsələsindən çox narahat olur və tax-taclarının təhlükəyə düşdüyünə görə yuxuları ərşə çəkilərdi.

  Mötəmid Abbasi İmamı (ə) kəskin nəzarət altına alır və yaxınları ilə görüşməsinə belə icazə vermirdi. Tək rabitə yolu məktub idi. İmamın (ə) xəstə olmağı xəbəri Mötəmidin qulağına çatır və əmr edir ki, evini nəzarət altında saxlasınlar.

  İmamın (ə) şəhadətindən sonra da ətraflı şəkildə evini axtarırlar. Evin altını üstünə çevirirlər. Ondan sonra İmamın (ə) övladı olub-olmamasını dəqiqləşdirmək üçün həyat yoldaşlarını müayinə edirlər.

  Abbasi xəlifəsi Peyğəmbərin (s) dəfələrlə xəbər verdiyi zühur mövzusundan çox narahat idi. Çünki o, zülmə və cəhalətə qalib gələcək və ədaləti bərqərar edəcəkdi. Onlar Peyğəmbərin (s) nəslini öldürərək, bu zühurun qarşısını almaq istəyirdilər. İmam Əsgəri (ə) yazdığı məktubda bu mövzuya işarə etmişdi: “Elə bilirlər ki, məni öldürməklə nəslimi kəsəcəklər. Halbuki Allah onların istəklərini inkar etmişdir. Sonra Allah məni dünyadan aparmamışdan qabaq canişinimi və İmamı nişan verdi. O, görünüş və əxlaq baxımından Peyğəmbərə (s) ən çox bənzəyən insandır. Allah onu qeyb dövründə qoruyacaqdır. Sonra onu zahir edəcəkdir və o, da zülm baş alıb getmiş dünyada ədaləti və bərabərliyi bərqərar edəcəkdir”.

  İmam Həsən Əsgərinin (ə) nəzərində Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətləri belədir: “Bizim davamçılarımız nicat tapmış və pak firqələrdir ki, dinimizi mühafizə edənlərdir. Onlar zülmkarlar qarşısında bizim qalxanlarımızdır. Tezliklə həyat bulağı (bəşərin müjdəçisi) zühurundan əvvəl onlara parlayacaqdır”.

İmam Zaman (ə) zühur edən zaman birinci bu sözü deyəcək

  İmam Zaman zühur edəndən sonra birinci bu ayəni oxuyacaq
Dünyanın sonuna bir gün qalsa belə bir xilaskar gəlib, yer üzündə ədaləti bərpa edəcək. Bu məsələ təkcə Quranda deyil digər səmavi kitablarda da gəlib və bütün dinlərin ortaq cəhətlərindən biridir.

  Dünyanın sonuna bir gün qalsa belə Allah o günü o qədər uzadar ki ədaləti Mehdinin vasitəsilə bərpa etmək mümkün olsun. İmamın zühuru üçün bir çox əlamətlər deyilibdir. Onlardan biri də İmamın Kəbədə evində xilaskar olmasını bəyan etməsidir.

İmam Zaman ilk sözünü necə başlayacaq?

  İmam Baqir (ə) buyurub:“Onun deyəcəyi ilk söz bu ayə olacaq: “Əgər möminsinizsə, (bilin )(ki,) Allahın saxladığı (Bəqiyyətullah) sizin üçün daha xeyirlidir”(Hud-86). Ayədən sonra İmam deyər: Allahın Bəqiyyətullahı və sizin üçün yer üzündə saxladığı mənəm. Mən onun canişini, və sizin üzərinizdə olan höccətiyəm.

Bu zaman ona salam verən bütün müsəlmanlar deyərlər: Salam olsun sənə ey Bəqiyyətullah” (Kəmaluddin, səh-331, hədis-16).

Həzrət Mehdi, (ə.c) hakim olacağı labüddür

  Qurani-Kərim Həzrət Mehdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Mehdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri[1] ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.

1) “Biz kitabdan [Tövratdan, yaxud lövhi–məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”[2]

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş “zikr” (kitab) sözü əslində “nəyisə xatırlamaq” mənasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki “zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran “zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, “Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: “O, [Quran] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd–nəsihətdir].” Belə olduqda isə ayənin mənası “Biz kitabdan [Tövratdan] sonra Zəburda da…” yox, “Biz kitabdan [Qurandan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” [3] olur.

  Mərhum Şeyx Müfid (“Əl-İrşad” kitabında) Həzrət Mehdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir. [4]  Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş “saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.[5]

Quranın görkəmli təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: “Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah–taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq–ədalətlə dolduracağına qədər uzadar.”[6]

Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın “Əhdi-qədim” hissəsində yer tapmış “Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: “…Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: “…Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”[7]

2) “Yer üzündə zəif düşüb əzilənlərə [nemət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”[8]

Həzrət Əli (əleyhissəlam) Mehdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.[9]

Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy “Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.[10]

3) “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin–amanlıqla [arxayınçılıqla] əvəz edəcəyini vəd buyurmuşdur.”[11]

Mərhum Təbərsi bu ayənin təfsirində deyir: “Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Mehdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: “And olsun Allaha ki, onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah–taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq–ədaləti bərpa edəcək” – deyə buyurmuşdur.”

Təbərsi daha sonra əlavə edib deyir: “Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”[12]



www.ahliman.info

[1] Günbatan günəşi, səh. 140–151.

[2] “Ənbiya” surəsi, ayə 106.

[3] Məhdi – böyük bir inqilab, səh. 121–122.

[4] Əl-İrşad, səh.346.

[5] Məcməül-bəyan, c.7, səh.66.

[6] Məcməül-bəyan, c.7. səh.67.

[7] Tövrat. “BRİTSH FAİN BABLE SWİSTS” kompaniyası. Londan çapı 1856, səh.1030.

[8] “Qəsəs” surəsi ayə 6.

[9] Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.

[10] Məqatilüt-talibin, səh.359.

[11] “Nur” surəsi, ayə 55.

[12] Məcməül-bəyan, c.7, səh.152.

Ən fəzilətli insanlar dünya tarixinin bu dövrünün insanlarıdır

İmam Zamanın (ə.f) qeybdə olan dövrü, ən fəzilətli insanlar dünya tarixinin bu dövrünün insanlarıdır.
İslaminSesi.info - Ən fəzilətli insanlar dünya tarixinin bu dövrünün insanlarıdır. Bu haqda hədisi Əllamə Məclisi qiymətli Biharul-Ənvar əsərində (cild-52, səh-122) gətiribdir.

İmam Səccad(ə) buyurur:

“İmamın qeybdə olduğu dövrün insanları ki, onun qeybdə olmasını düşünürlər, onun zühur etməsini gözləyərlər bütün zamanların ən fəzilətliləridirlər. Çünki Allah Təala onlara elə dərrakə, ağıl və bəsirət verib ki, qeybət onlar üçün müşahidə kimidir (sanki qeybdə olan imamı müşahidə edirlər.) Allah onları peyğəmbərin(s) yanında qılınc ələ alıb, cihad edən şəxslər kimi hesab edir. Həqiqətən onlar ixlaslıdırlar. Onlar sədaqətli şiələrdir və istər gizlində istərsə də aşkarda insanları Allahın dininə çağırarlar.”