Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Hədis-Rəvayət

İmam Əli (ə)-ın Kumeylə etdiyi tövsiyələrdən...

Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır"...
1-Hər gün Allahın adını çək və Ona təvəkkül et.
2-Bizi xatırla, adımızı dilinə gətir və bizə salam göndər.
3-İnsanların yerinə yetirdiyi elə bir əməl yoxdur ki, mən onu görməyim.
4-Bizdən qeyrisindən (və bizə əsaslanmayan) elm və hədis öyrənmə.
5-Hər bir işə və hərəkətə qarşı elmin və mərifətin olsun.
6-Yemək yeyəndə, Allahın adını çək ki, zərər çəkməyəsən.
7-İnsanlara yaxşılıq et, paxıllıq etmə, Allah-taala bu işə görə sənə çoxlu savab verər.
8-Yoldaşlarınla gülərüzlə rəftar et və xidmətçilərinin səhvlərini bağışla və onları ittihamlandırma.
9-Yeməyi qurtarandan sonra Allaha ucadan həmd-səna et ki, başqaları da sənin səsini eşidib, Allaha həmd-səna etsinlər, bununla sənin savabın böyük olar.
10-Doymamışdan bir az öncə, süfrədən çəkil ki, suya və havaya da yer qalsın; bu göstərişə əməl etsən, yemək sənin üçün bərəkətli olar. Bədənin sağlamlığı az yemək və içməkdədir.
11-Zəkat verən, möminlərə yardım edən, yaxın adamları və qohum-əqrəbası ilə əlaqəsini möhkəmlədən şəxsin mal-dövlətində xeyir-bərəkət olar.
12-Yaxın adamlarından olan möminlərə başqalarından artıq yardım et, fəqirlərə sədəqə ver; çünki sədəqə bəlaları dəf edir.
13-Sənə tərəf əl uzadan şəxsi əli boş qaytarma, hətta bir xurmanın yarısı qədər verəməklə olsa belə.
14-Möminin ən gözəl zinəti təvazökarlığıdır.
15-Möminin gözəlliyi iffətindədir.
16-Möminin şərəfi və başıucalığı boş-boş danışmağı tərk etməsindədir.
17-Alçaq adamlarla mübahisə etmə, hətta sənə nalayiq sözlər desələr də belə. Səbirli ol və Allah-taalanın "cahil adam onunla mübahisə etdikdə, o cavabında salam verər" – deyə buyurduğu şəxslərdən ol!
18-Həmişə haqq söz de!
19-Pərhizkarlarla dostluq et və fasiqlərdən uzaq gəz!
20-Münafiqlər və xainlərlə əlaqə yaratma.
21-Zülmkarların qapısını döymə və onlarla kəsb-ticarət etmə. Məbada, onlara baş əyib, ehtiram göstərəsən!
22-Yoxsulluğunu camaata açıqlama, izzətlə yaşa və fəqirlik müqabilində səbir et.
23-Səni çətinliklərdə yalqız qoymayan və müsibət üz verdikdə yardım göstərmək üçün əlindən gələnini əsirgəməyən şəxs sənin qardaşın sayılır.
24-Mömin möminin aynasıdır, onlar bir-birlərilə qardaşdırlar və qardaşa qardaşdan əziz bir şəxs olmaz.
25-Əgər bir şəxs sənə bir söz deyib, onun sirr olaraq saxlamasını səndən istəsə, onu faş etməkdən həzər et, əks halda tövbən də qəbul olunmaz.
26-Çətinliklərdən amanda qalmaq üçün "La hovlə və la quvvətə illa billahil-əliyyil-əzim!" zikrini yaddan çıxartma.
27-Sənə hər bir nemət əta olunduqda, onun artması üçün "Əl-həmdu lillah" de!
28-Ruzin təxirə düşdükdə, tövbə et və Allahdan bağışlanmağını dilə ki, işlərin öz qaydasına düşsün.
29-Vacib olan əməllərin tərk olunmasına qəti icazə verilməmişdir.
30-Allahın sənə əta etdiyi minlərlə nemətin müqabilində, Ona təşəkkür etməyi və Onu yad etməyi unutma.
31-Allahı yad etməyənlərdən olma.
32-İstifadə etdiyin yeməklər halal olmasa, Allah-taala sənin şükrünü və zikrini qəbul etməz.
33-Hər bir şəxsin əmanətini – kimliyindən asılı olmayaraq, – özünə qaytar.
34-Allah-taala bizi Öz əxlaqına doğru yönəltmiş, onu öyrənməyi və insanları ona rəğbətləndirməyi bizə əmr etmişdir.
35-Allaha and olsun, camaatın mənim əmrimə tabe olması üçün, onlara heç vaxt yalvarmaram!
36-Bəziləri bu fani və yalan dünyadan ləzzət aldılar, biz isə əbədi axirət aləmindən fadalanıb ləzzət alacağıq.
37-Bizi yaxşı əməllərə sövq edən Allahın təqvalılara əta etdiyi behiştin yüksək mərtəbəsidir.
38-Behişt fikrində olmayanları ağır və əbədi əzabla müjdələ.
39-Namaz qılmaq, oruc tutmaq və sədəqə vermək (təklikdə) mühüm deyildir, əhəmiyyət kəsb edən məsələ təmiz qəlbə, doğru niyyətə və xalis əmələ malik olmaqdır.
40-Mən Allaha hər bir halda itaət və sitayiş edirəm. (Sən də həmişə Allaha itaət və sitayiş et!)

Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin...

Rəsuli-Əkrəmdən (s) olan gözəl moizələr
Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz. Şəhvət düşkünü olan qəlb məlaikələr aləminə pərvaz etməkdən məhrumdur. Bu fəzilət din işlərində hər bir kişiyə kifayət edər ki, namazına vaxtlı-vaxtında riayət etsin. Yalançılığın əvvəlinci əlaməti budur ki, eşitdiyin hər bir şeyi nəql edəsən.

  Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün səy və himmətini (ciddi-cəhdini) axirətə yönəldib. Sizlərdən ən yaxşınız odur ki, fəqirliyə razı olsun, camaatdan kənar gəzsin və özünün din və təqvasını qorusun (bir halda ki, onlarla əlaqə saxladıqda özü günaha düşsün və onları islah etmək qüdrətinə də malik olmasın.) Sizlərdən ən yaxşısı odur ki, Allah ona özünə malik olmaqda kömək etsin.

  Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.

  Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin. Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd, az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər.

Əmirəlmöminin İmam Əli (ə) buyurur

 

“Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır”
Həzrət Əli (ə) buyurur: “Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”

Həzrət Əli (ə) buyurur: “Kim özünü hesaba çəksə, səadətə yetişər.”

Həzrət Əli (ə) buyurur: “Məsləhət edən şəxs xatadan amanda qalar.”

Həzrət Əli (ə) buyurur: “Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”

Həzrət Əli (ə) buyurur: “Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”

Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”

Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.”

Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”

Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”

Həzrət Əli (ə) buyurur: “Kimə bu dörd şey verilsə, ona dünya və axirət xeyri verilmişdir: danışıqda düzlük, əmanəti qaytarmaq, qarnı (haramlardan) gözləmək, xoş xasiyyət.”

Həzrət Əli (ə) buyurur: “Yalan dünyada rüsvayçılıq, axirətdə isə əzabdır.”

Həzrət Əli (ə) buyurur: “Ağıl kamillik mərtəbəsinə çatanda, danışıq qısalar.”

20 hədis

 

Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
* * *
Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: “Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
* * *
Hədis 3: İmam Sadiq (ə) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
* * *
Hədis 4: İmam Sadiq (ə) buyurur: “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
* * *
Hədis 5: İmam Sadiq (ə) buyurur: “Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
* * *
Hədis 6: İmam Sadiq (ə) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur.”
Hədis 7: İmam Baqir (ə) buyurur: “Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”
* * *
Hədis 8: İmam Sadiq (ə) buyurur: “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
* * *
Hədis 9: İmam Həsən (ə) buyurur: “Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
* * *
Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
* * *
Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: “Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
* * *
Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
* * *
Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.”
* * *
Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: “Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
* * *
Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
* * *
Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: “Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
* * *
Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: “Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
* * *
Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: “Bir bəndə öldükdə camaat deyər: “Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər: “Özü ilə nə gətirdi?”
* * *
Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: “Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.”
* * *
Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: “İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.”

Həzrət İmam Musa Kazim (ə) buyurur

 “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
İmam Kazim (ə) buyurur: “Mömin tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”

İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşını aldadan şəxs məl`undur.”

İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məl`undur.”

İmam Kazim (ə) buyurur: “Öz (din) qardaşının qeybətini edən şəxs məlundur.”

İmam Kazim (ə) buyurur: “Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”

İmam Kazim (ə) buyurur: “Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”

İmam Kazim (ə) buyurur: “Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”

İmam Kazim (ə) buyurur: “Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”