Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Əqidə

Allahı necə vəsf edək?

Biz insanlar maddi və fiziki varlıq olduğumuz üçün vəsfimiz də maddidir. Metafizika aləmindən biliklərimiz az və məhduddur. Biz, Tanrı ilə ünsiyyət qurmaq istəyir və onu ləms etməyə can atırıq. Bu yolda hisslərimiz və müşahidələrimizdən yardım alırıq. Onların tanıtımı isə məhduddur. Buna görə bəzən Allahı da məhdud bir obyekdə, müəyyən bir məkanda və müəyyən bir formada canlandırırıq.

Bəs Allahı necə vəsf edə bilərik?

İmam Hadi (ə) buyurub:

“Xaliq yalnız özünün vəsf etdiyi kimi vəsf edilər.Xaliq necə vəsf edilə bilər?! Hal bu ki hisslərimiz onu dərk edə bilməz. Xəyallarımız ona çata bilməz. Fikirlərimiz onu müəyyənləşdirə bilməz. Gözlər və qəlblər onu ehtiva edə bilməz. O vəsf edənlərin vəsfindən də böyükdür. Allah keyfiyyətləndirənlərin keyfiyyətindən də ucadır.”

Buna görədir ki biz namazlarda intensiv şəkildə “Allahu Əkbər” deyirik.

Bir şəxs “Allahu Əkbər” (Allah daha böyükdür) zikrinin mənası haqda soruşduqda, İmam Sadiq buyurdu: Allah daha böyükdür, yəni sizin vəsfiniz və düşündüyünüzdən də böyükdür.

Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?

  Cəbr və ixtiyar o mövzulardandır ki, insanı davamlı olaraq düşünməyə vadar edir. İnsanların bir çoxu belə təsəvvür edirlər ki, Allah əvvəlcədən insanın səadət və bədbəxtliyini müəyyən etmişdir. Ona görə də bu yolda səy göstərməsinin heç bir faydası yoxdur. Ancaq əgər düzgün təfəkkür etsək, görərik ki, bu məsələ Allahın ədaləti ilə uyğun gəlmir.
Allah Təala Quranda buyurur: “Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir”. (”Nəcm” 39-41).
O şey ki, insana dünya və axirətdə nəsib olar, səy və təlaşına görə olar. Heç bir xəzinə səy göstərmədən insana nəsib olmaz. Ona görə də Qiyamət günü Allahın razılığı və behişt o kəsə nəsib olar ki, dünyada səy göstərmişdir. Nəinki o kəsə ki, Allah guya əvvəlcədən onun taleyini belə yazmışdır.
Ramazan ayının dualarından birində İmamlarımız (ə) mehriban Allaha belə dua edirlər: “Əgər bizim adımız saədətlililərin dəftərindən yoxdursa, bu ayda bizim adımızı səadətlilərin dəftərinə keçirt”. (Erfan)
  Bu duadan da aydın olur ki, insan üçün əvvəlcədən təyin edilmiş bir dəftər yoxdur ki, ona əsasən əvvəlcədən bir dəstə xoşbəxt olsun, bir dəstə bədbəxt. İnsan öz hərəkət və əməlləri ilə özünü xoşbəxt və ya bədbəxt edir.
"Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz, onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir". ("Bəqərə" 110).

Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz

 Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz
İslаmın nәzәrindә insаn ruh vә bәdәndәn tәşkil оlunmuş bir mәхluqdur. Bәdәn özü mаddi birlәşmәlәrdәn ibаrәt оluduğu üçün оnа mаddәnin qаnunlаrı hаkimdir. Yәni hәcmi, kütlәsi vаrdır, yаşаyışı zаmаn vә mәkаn çәrçivәsindәdir, isti, sоyuq vә s. kimi mаddi hаdisәlәr оndа tәsir qоyur, tәdricәn köhnәlir vә sоlur (qоcаlır), nәhаyәt bir gün Аllаhın әmri ilә yаrаndığı kimi bir gün dә pаrçаlаnıb аrаdаn gеdir.
Lаkin insаnın ruhu mаddi dеyildir. О, yuхаrıdа qеyd оlunаn mаddi хüsusiyyәtlәrә yох, еlm, duyğu, fikir, irаdә, mәhәbbәt, kin, sеvinc, kәdәr, qоrхu, ümid vә s. kimi qеyri-mаddi хüsusiyyәtlәrә mаlikdir. Ürәk, bеyin vә digәr bәdәn üzvlәri öz fәаliyyәtlәrindә ruhа vә ruhi хüsusiyyәtlәrinә tаbеdir vә bәdәn üzvlәrindәn hеç birini insаnı idаrә еdәn mәrkәz hеsаb еtmәk оlmаz.

Аllаh tааlа Qurаndа buyurur:

“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan – nütfədən xəlq etdik.
Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik.
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Muminun 12-14)

İslаm prizmаsındаn ölümün mәnаsı
İslаmın nәzәrindә ölümün mәnаsı yох оlub аrаdаn gеtmәk dеyil, ölmәz vә әbәdi оlаn ruhun bәdәnlә әlаqәni kәmәsidir. Dеmәli bәdәn аrаdаn gеdir, ruh isә bәdәnsiz öz yаşаyışını dаvаm еtdirir.

Ucа Аllаh buyurur:

(Axirətə inanmayanlar) dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”

Әziz pеyğәmbәrimiz buyurur: Siz yох оlmursunuz, әksinә bir еvdәn bаşqа bir еvә köçürsünüz.(Səcdə, 10-11)

Allahın vədi dəyişməz

 

  Vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil
Əgər insan öz qəlbi, əli, dili və nəhayət, bütün gücü ilə Allaha yardıma qalxsa, onun yeganə məqsədi ilahi qanunların və səmavi hökmlərin icrası olsa, şübhəsiz, özü də Allahın yardımından faydalanacaq. Çünki Allah-Taala öz səmavi kitabında Onun yoluna yardım edən bəndəsinə yardım vəd edir. “Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.” (Muhəmməd-7)
Bu ilahi vədi daha çox iki cəhətdən nəzərdən keçirmək lazım gəlir:
Əvvəla, vəd edən Allahdır və Allahın vədi əksər insanların vədi kimi əsassız və puç deyil. Bu vəd dəyişməz bir vəddir, Allah lazım bildiyi vaxt onu gerçəkləşdirəcək.
İkincisi, Allahın qüdrəti bitib-tükənməzdir. Təbii ki, Allah qeyri-məhdud qüdrəti ilə məhdud insana yardım etsə, kimsədə bu yardıma qarşı çıxmaq gücü olmayacaq.
“Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” (Ali-İmran-160)

İnsanın 3 əməl dəftəri

İmam Rza (ə) buyurur: “O zaman ki, Qiyamət günü olar, imanlı insan Allah dərgahında qərar tutar. Allah Özü onu hesaba çəkər. Əməllərini ona göstərər.
O, ilk əməl dəftərinə nəzər salar ki, orada günahları qeydə alınmışdır və onu görən zaman rəngi dəyişər. Bədəninə titrətmə düşər.
Sonra başqa əməl dəftərinə baxar ki, orada yaxşı əməlləri və onların savabları qeyd olunmuşdur. Onu görən zaman sevinər.
Ondan sonra Allah mələklərə əmr edər ki, səhifələri gətirsinlər ki, orada heç bir əməl qeyd olunmamışdır. Mələklər həmin səhifəni möminin qarşısına qoyar. O zaman ki, mömin həmin səhifəyə baxar, başa düşər ki, həmin səhifədə (savablar qeyd edilmişdir), ancaq əməl yazılmamışdır.
Allaha ərz edər: “Allahım, izzət və cəlalına and olsun ki, bu səhifələrdə əməl görmürəm”. Allah ona buyurar: “Düz deyirsən. Siz o (yaxşı) əməlləri niyyət etmisiniz (ancaq yerinə yetirməyə müvəffəq olmamısınız). Biz həmin əməlləri sizin üçün qeyd etmişik”. Sonra möminlərə həmin əməllərin niyyətinə görə mükafat verər”. (İslami saytlara istinadən)