Çr04242019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

İbrətamiz

Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizi incidirlər. Biz onlarla necə rəftar etməliyik?
İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”.
Əhli-Beyt (ə) davamçılarından biri İmam Sadiqdən (ə) soruşur: “Bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?”.
İmam (ə) buyurur: “Bəli, qohumluq haqqını heç bir şey qət etməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”. (Erfan)
Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onları tərk edəm”.
Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər”.
Deyir: “Bəs nə edim?”.
Həzrət (s) buyurur: “Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”.
Bir gün İmam Kazım (ə) şagirdi Əli ibni Əbu Həmzəyə buyurur: “Tezliklə qərbli bir şəxs səninlə görüşəcək və səndən mənim barəmdə soruşacaq. Cavabında de: “O, bizim İmamımızdır ki, İmam Sadiq (ə) onu özündən sonra imam təyin etmişdir”. Halal və haramdan soruşacaqdır, onun məsələlərinin cavabını ver”.
Əbu Həmzə soruşur: “Bəs o şəxsin nişanəsi nədir?”.
İmam (ə) buyurur: “O, uzunboy və güclüdür. Adı Yəqub ibni Yəziddir ki, öz qövmünün rəhbəridir. Əgər mənim yanıma gəlmək istəsə, onu mənim yanıma gətir”.
Əbu Həmzə nəql edir: “Kəbənin yanına getdim və təvaf etməklə məşğul oldum. Anidən ucaboylu və güclü bir kişi mənim yanıma gəldi və dedi: “Sənin sahibin barəsində sənə sual vermək istəyirəm”. Dedim: “Hansı sahibim barəsində?”. Dedi: “Musa ibni Cəfər (ə) barəsində”. Dedim: “Adın nədir?”. Dedi: “Yəqub ibni Yəzid”. Dedim: “Haradansan?”. Dedi: “Qərb əhlindənəm”. Dedim: “Məni necə tanıdın?”. Dedi: “Yuxu aləmində görmüşəm, bir nəfər mənə dedi: “Əli ibni Əbu Həmzə ilə görüş, nə istəsən, ondan soruş”. Səni axtardım və nəhayət burada tapdım”.
Dedim: “Bir qədər burada əyləş ki, mən təvafımı sona çatdırım, sonra sənin yanına gələrəm”.
Təvafı sona çatdırdım və Yəqubun yanına gəldim.
Onunla söhbət etdim və başa düşdüm ki, ağıllı bir insandır. Məndən istədi ki, onu İmamın (ə) yanına aparım. Onu İmamın (ə) yanına apardım. İmam Kazım (ə) onu görən kimi buyurdu: “Ey Yəqub ibni Yəzid! Dünən gəlmisən və filan yerdə səninlə qardaşın arasında dava düşüb. Bir-birinizə söyüş söymüsünüz. Bu cür rəftar mənim dinimin və ardıcıllarımın yolu deyil. Biz heç bir davamçılarımıza deməmişik ki, rəftarları belə olsun. Allahdan qorx, sizin aranızda tezliklə ölüm üzüdən ayrılıq düşəcək. Qardaşın bu səfərdə vətənə çatmazdan əvvəl öləcək. Sən də etdiklərindən peşman olacaqsan. Siz qohumluq əlaqəsini kəsmisiniz və küsmüsünüz. Allah ömrünüzü qısaldıbdır”.
Yəqub dedi: “Ey Allahın Rəsulunun oğlu! Mənim vəzifəm nədir, mənim ölümüm nə zaman olacaqdır?”.
İmam (ə) buyurur: “Sənin də ölümün gəlib çatmışdır, ancaq sən filan mənzildə bibimi sileyi-rəhm etmisən, Allah da sənin ömrünün 20 həccini (ilini) təxirə salmışdır”.
Əbu Həmzə deyir: “Sonrakı ili Yəqubu Məkkədə gördüm və mənə xəbər verdi ki, qardaşı vətənə çatmazdan əvvəl vəfat etdi və elə yoldaca onu dəfn etdi”.
Beləliklə deyə bilərik ki, qohumlarımız bizim üzərində haqları olan insanlardırlar. Hər nə qədər əqidələri bizdən fərqli olsa da, hər nə qədər bizə qarşı yersiz rəftarlar göstərsələr də, yenə də onlarla əlaqəni kəsmək olmaz. Çünki qohumluq əlaqəsini kəsmək – Allahın bəyənmədiyi və ona görə cəza verdiyi bir əməldir.

Hesablaşma fürsəti

 Hər gün bir neçə dəqiqə özünüzlə hesablaşırsınızmı?
İmam Əli (ə) buyurub:

“Hesablaşmanın bəhəri nəfsin islah olunmasıdır”.
“Qürər əl-hikəm”, c. 3, səh. 394.

Ağıllı insan alış-verişdə ziyana uğramasına razı olmaz. “Fayda”nın və “zərər”in tanınması önəmlidir.
Çoxları “mənfəət” və “zərər”i bir-birindən ayırd edə bilmir, bir ömür ziyan içində yaşayır, ancaq özünü qalib hesab edir. Çox yaxşı olar ki, (həyatımızda) “nəfsimizlə hesablaşma”ğa da yer verək.
Əxlaqi və tərbiyəvi hesablaşma proqramı insan ömrünün xeyir və ziyanının tanınması, xərclədiyi ömür sərmayəsinin səmərəli olması məqsədi daşıyır. Yalnız özünü tanıyan biri “özünütərbiyə” dən danışa bilər.

Qəribədir! İnsan özünün azacıq maddi və ticari sərmayəsi, bank yatırımlarını hesab-kitab edir, lakin ömrünü düşünmədən bada verir, ruhi zərbələri ziyan hesab etmir.
Özünlə hesablaşmanın nəticəsi nəfsin islah olunması, saflaşdırılmasıdır.
Hər gün bir neçə dəqiqə özünüzlə hesablaşırsınızmı?

DÜNYА QӘFLӘT, YОХSА TӘKАMÜL VАSİTӘSİDİR?

   Dünyаyа bахış iki cürdür. İnsаn dünyаyа еlә bаха bilәr ki, dаhа dа kаmillәşәr. Аmmа еlә bахış dа vаr ki, insаnı qәflәtdә sахlаyаr. Qurаni-kәrimdә dünyаnın cаzibәdаrlığı fitnә аdlаndırılır. “Fitnә” “imtаhаn” dеmәkdir. İmtаhаnın isә iki nәticәsi оlа bilәr: mәqbul vә yа qеyri-mәqbul. “Әnfаl” surәsinin 28-ci аyәsindә buyurulur: “Bilin ki, vаr-dövlәt vә övlаdlаrınız sizin üçün аncаq bir imtаhаndır.” Bu imtаhаndа vәzifәsini lаyiqincә yеrinә yеtirәn şәхs Аllаhа yахınlаşır, qәflәtdә qаlаn isә uçurumа yuvаrlаnır. Qurаn хәbәrdаrlıq еdir ki, dünyа sizi аldаtmаsın: “Dünyа hәyаtı sizi аldаtmаsın.” (“Lоğmаn” surәsi, аyә: 33.) Qurаn әmr еtmir ki, dünyа nеmәtlәrindәn uzаqlаşаq. Sаdәcә, хәbәrdаrlıq оlunur ki, dünyа hәdәf yох, vаsitәdir. Hәzrәt Әli (ә) buyurur: “Dünyа оnа ibrәt gözü ilә bахаnlаrı bәsirәt sаhibi, оnun zinәtlәrinә аldаnаnlаrı isә kоr еtdi.” (“Nәhcül-bәlаğә”.)
  Dеmәk, dünyа hәm bәsirәt gözünü аçа bilәr, hәm dә kоr еdә bilәr. Dünyаyа vаsitә kimi bахаnlаrın bәsirәt gözü аçılаr. Dünyаnı özünә qiblә еdәnlәrin isә bәsirәt gözü tutulаr. Dünyа еynәk kimidir. Еynәkdәn bахаn hәqiqәti, еynәyә bахаn оnun şüşәsini görür. Bu insаn (еynәyә bахаn) üçün еynәk kömәk yох, pәrdәdir. Әgәr insаn dünyа vә оndа оlаnlаrı Аllаhın nеmәti kimi qәbul еtsә, оnlаrа nәzәr sаldıqdа Аllаhı хаtırlаyаcаq. Аllаhı хаtırlаyаn insаn isә hаlаl-hаrаmа diqqәt yеtirib оlub, vәzifәlәrinә lаzımıncа әmәl еdәcәk. “Аli-İmrаn” surәsinin 92-ci аyәsindә охuyuruq: “Sеvdiyiniz şеylәrdәn hаqq yоlundа sәrf еtmәyincә yахşılığа nаil оlmаyаcаqsınız.” İnsаn Аllаh yоlundа sеvdiyi şеylәrdәn sәdәqә vеrmәklә dünyа mаlınа mәhәbbәtdәn yаха qurtаrmаlıdır. İnsаn vаr-dövlәtә о qәdәr hәrisdir ki, sәdәqә vеrәndә dә әzik, cırıq mаnаtlаrı vеrir. Tәmiz vә şах pullаrı sәdәqә еtmәklә dünyаyа оlаn qоrхulu bаğlılıqdаn хilаs оlun. Әks tәqdirdә dünyаpәrәstlikdәn qurtulmаq çәtin оlаcаq

İblisin аğlаmаsı

Pеyğәmbәr (s) buyurub:

“Bir mömin öz mömin qаrdаşınа sаlаm vеrәndә lәnәtlәnmiş İblis аğlаyаrаq dеyәr: “Vаy оlsun mәnә! Bunlаr bir-birindәn аyrılmаdıqları (müddət boyunca) günаhlаrı bаğışlаnacaq.” (“Müstәdrәkül-vәsаil”, c. 8, sәh. 359.) “Bir-birinizlә görüşәndә sаlаm vеrin ki, kinlәr qәlblәrdәn çıхsın.” (“Nәhcül-fәsаhә”, sәh. 610.)


Günаh аğаc yаrpаqlаrı kimi tökülür

İmаm Sаdiq (ә) buyurmuşdur:

“Әgәr iki mömin bir-biri ilә görüşsә, Аllаh hәmişә оnlаrа rәhmәt gözü ilә bахаr. Оnlаrın günаhlаrı аğаc yаrpаqlаrı kimi tökülәr.” (“Üsuli-kаfi”, c. 2, sәh. 182.)

Əməlləri qeyd edən mələklər haradadır?

Qurani-Kərimin “Qaf” surəsinin 17 və 18-ci ayələrində bəhs edilən iki mələk göydədirlər, yoxsa insanla birgə hərəkət edirlər.
Allah insanın əməllərinə şahid deyil? Bu iki mələyi bu iş üçün təyin etmişdir? Bu iki mələk qiyamət günü şəhadət verəcəklər, yoxsa yox?
Bu sualların cavablarını Quranda, hədislərdə axtaraq. Allahın iki mələyi insana nəzarət edər. Onlar həmişə insanla birlikdədirlər. Bir an belə ondan ayrılmırlar. Ölümdən sonra da Allahın işlərini Onun köməkçiləri görürlər. Bu iki mələk də Onun köməkçiləridir. Allah Təala “Qaf” surəsinin 17-ci ayəsində buyurur: “(Yada sal) o zamanı ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onu sağında və solunda oturub qəbul edirlər”. Bu ayədən göründüyü kimi, onlar daima insanlarla birlikdədirlər. Yəni hara getsələr və harada olsalar onlara nəzarət edərlər. Onun sözlərini və əməllərini qeyd edərlər.O zaman ki, insan bilir ki, onun əməllərinə kimsə nəzarət edir, özünü yığışdırır və özünü günahdan saxlayır.
Məsumlardan (ə) belə nəql edilir: “O zaman ki, mömin insan dünyasını dəyişir, bu iki mələk deyər: “Pərvərdigara! Bəndənin ruhunu aldın, bizim vəzifəmiz nədir? Cavab gələr: Göylərimiz Mənə ibadət edən mələklərlə doludur, yerim də Mənə itaət edən məxluqlarımla doludur. Siz bəndəmin qəbrinə gedin və orada zikr deyin ki, Qiyamət gününə qədər onu bəndəmin əməl dəftərində yazın””.
Başqa bir hədisdə deyilir: “O zaman ki, mömin sübh namazı qılmaq istəyir, iki mələk yanında hazır olar. O mələklər ki, gecəni onun məmuru idilər, göyə qalxarlar. O zaman ki, günəş batar, bu iki mələk hazır olar. Gündüz məmur olan iki mələk isə göyə qalxarlar. Bunlar həmişə bir-birini əvəz edərlər, o zamana qədər ki, ölüm çatar. Bu zaman ona deyərlər: “Allah bizim tərəfimizdən sənə xeyirli mükafat əta edir. Biz o qədər sevindik ki, yaxşı işlərdə, yaxşı sözlərdə və iştirak etdiyin xeyirli məclislərdə bizi özünlə apardın. Biz bu gün sən istədiyin kimiyik. Allahın yanında sənə şəfaət istəyəcəyik””.
“Allah əməllərimizə şahiddirsə, bəs niyə iki mələyi məmur etmişdir?” sualına gərək deyək ki, Allah hər şeyə şahid və nazirdir. Mələklərə ehtiyacı yoxdur. Çünki həmin mələklərdən də agahdır, mələklər üçün gizli olanlar da Onun üçün agahdır. Ancaq Onun iradəsi belə qərara almışdır ki, insana iki mələyi məmur etsin ki, onun əməllərini bir-bir qeyd etsinlər. Axirət günü əgər əzaba və İlahi cəzaya layiq görülərsə, Alahın şahidləri çox olsun. Əgər günahkar bunları qəbul etməsə, bədən üzvləri şahidlik edəcəklər.
Allah ona görə iki mələyi insana məmur etmişdir ki, Qiyamət günü günahkarlar başa düşsünlər ki, inkar üçün yer yoxdur. Çünki bu günü Allah bütün inkar qapılarını insanların üzünə bağlayar. “Fussilət” surəsinin 20-ci ayəsindən də bunu başa düşmək olur.
Dünya və axirətdə mühakimə etməyin fərqi çoxdur. Belə ki, dünyada hakimin hökmü icra edilir. İstər günahkar günahını qəbul etsin, istərsə də etməsin. Ancaq axirətdə məhkum olunan zaman İlahi əzaba düçar olar. Ona görə də Allah çox sayda şahidlər gətirir ki, günahkara şahidlik etsinlər. Bu şahidlərdən bəziləri insanıın əməllərini yazan mələklərdir. Əgər günahkar bunları qəbul etməsə, bədən üzvlərindən şahidlik etməsini istəyər.
Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: “Mən Rəsulallahdan (s) eşitmişəm ki, buyurub: “Qiyamət günü yetişən zaman, xeyir və şər əməlləri yazan iki mələk yenə insanın sorağına gələrlər, əməl dəftərini açar və boynuna atarlar. Həmişə onunladırlar. Biri “sayiq” (yaxşı əməlləri yazan mələk) kimi və o birisi “şəhid” (pis əməlləri yazan mələk) kimi””.
Sonuncu sualın cavabını Quranın “Mutəffifin” surəsinin 7-10 və 18-21 ayələrində daha aydın görmək olar.