Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Surələrin fəziləti

Şəfa verən, qızdırmanı salan, göz və diş ağrılarını götürən – “İxlas” surəsinin fəzilətləri

 

  Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Tövhid” (“İxlas”) surəsini oxuyar, ilk ayəni oxuyan zaman Allah ona min dəfə nəzər salar, ikinci ayəni oxuyan zaman Allah min duasını yerinə yetirər, üçüncü ayə ilə min istəyini ona verər, dördüncü ayə ilə dünya və axirət hacətlərindən min dənəsini rəva edər”. (Tebyan)
“İxlas” surəsi Quranın 112-ci surəsidir, Məkkədə nazil olmuşdur və 4 ayəsi vardır. Bu surənin başqa adları da vardır, o cümlədən: Tövhid, Səməd, Əsas, Cəmal, Mane, Nur, Təcrid, Vilayət.
  Bu surə - Quranın ən dəyərli surələrindəndir ki, onu oxumaq və onun haqqında təfəkkür etmək çox tövsiyə edilir.
İmam Baqir (ə) buyurur: ““Tövhid” surəsi Quranın üçdə birinə bərabərdir”.
İmam Rza (ə) buyurur: “Hər kim “Tövhid” surəsini oxuyar və ona imanı olar – tövhidi tanımış deməkdir”.
Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, bu surəni çoxlu oxuyun, çünki Quranın nurudur.
Əmirəl-möminin (ə) buyurur: “Hər kim “Tövhid” və “Qədr” surəsini gecə və ya gündüz 100 dəfə oxuyarsa, Allah öləndən sonra qəbrində nur qərar verər və bu nur qarşısında və arxasında qərar tutar və onunla behiştə qədər birlikdə olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim üç gün keçər və “Tövhid” surəsini oxumaz, xar olar və iman bəndi (halqası) ondan götürülər. Əgər o halda ölərsə, küfr halında ölmüş olar”.
Həzrət Sadiq (ə) buyurur: “Hər kim gün ondan keçər və 5 vacib namazlarında “Tövhid” surəsini oxumaz – ona deyilər ki, sən namazqılanlardan deyilsən”.
Tövhid surəsinin bərəkətləri.
1. Şəfa verəndir. İmam Baqir (ə) buyurur: “Hər kimə “Həmd” və “Tövhid” surəsi şəfa verməzsə, başqa heç bir şey ona şəfa verməz. Bütün xəstəliklər bu iki surə ilə müalicə olunar”.
2. Qızdırmanın müalicəsi. Hər kim Həzrət Fatiməni (s.ə) və övladlarını sevirsə, qızdırmağa düçar olan zaman 100 dəfə “Tövhid” surəsini oxusun və sonra Allahı Fatimənin (s.ə) haqqına and versin ki, şəfa tapacaqdır.
3. Göz ağrısı. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni göz ağrısına oxuyarsa, Allahın qüdrəti ilə ağrı sakitləşər”.
4. Diş ağrısı. İmam Baqir (ə) buyurur: “Nə zaman diş ağrısı hiss etsən, əlini ağrı olan yerə qoyub “Həmd” və “Tövhid” surələrini oxu və ondan sonra “Nəml” surəsinin 88-ci ayəsini oxu ki, ağrısı sakitləşər”.
5. Təhlükəsizlik. “Tövhid” surəsi – Allahın möhkəm qalasıdır ki, ora daxil olanları amanda saxlayar.

Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

“Hədid” surəsi Mədinədə nazil olmuşdur, Quranın 57-ci surəsidir, 29 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Hədid” surəsini oxuyar, o kəslərdəndir ki, Allah və Rəsuluna (s) iman gətirmişdir”.

Həzrət Peyğəmbər (s) Bərad ibni Azibə buyurur: “Əgər Allahı əzim adı ilə çağırmaq istəyirsənsə, “Hədid” surəsinin ilk on ayəsini və “Həşr” surəsinin son ayələrini oxu”.


İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazlarında “Hədid” və “Mücadilə” surəsini oxuyarsa, onu yerinə yetirməyi davamlı edərsə, Allah ona ölənə qədər heç bir zaman əzab verməz. Nə özü və nə də ailəsi heç bir pislik görməz. Heç bir şiddətli yoxsulluq ona çatmaz”.

Bu surənin fəzilətləri:
1. İlahi əzabdan amanda olmaq.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Hədid” surəsini oxuyarsa, Allaha lazımdır ki, ona İlahi əzabdan aman versin. Behiştdə ona nemət versin. Hər kim bu surəni oxumağı davamlı edərsə, zindanda və ya zəncirdə olarsa, Allah nicat yolunu onun üçün asan edər”.

2. Döyüşdə igid olar.
Hər kim “Hədid” surəsini yazar və özü ilə gəzdirərsə, əgər müharibədə iştirak etsə, heç bir ox və ya dəmir bir şey bədəninə daxil olmaz. Döyüşdə ürəkli olar. Əgər bədəninə dəmir parça daxil olubsa, ona oxunarsa həmin saatda və ağrısız çıxar.

“Tovhid” surəsinin fəziləti

(İxlas)
1-İmam Baqir (ə) buyurdu: Bir kəs gün ərzində beş dəfə namaz qıla, və onların heç birində "Qul huvəllahu əhəd" surəsini oxumasa, ona xitab olunar ki, ey Allahın bəndəsi sən namaz qılanlardan deyilsən.
2-İmam Sadiq (ə) buyurdu: Bir şəxs həftə ərzində "Qul huvəllahu əhəd" surəsini oxumasa, və elə həmin halda ölsə Əbi Ləhəbin dinində ölmüşdür.
3-İmam Sadiq (ə) buyurdu: Hər kəsə bir xəstəlik yaxud giriftarçılıq üz versə, onu dəf etmək üçün "Qul huvəllahu əhəd" surəsini oxumasa, və elə o hadisənin səbəbi ilə ölsə, o şəxs od əhlindən olacaqdır.
4-İmam Sadiq (ə) buyurdu: Bir kəsin Allaha və Qiyamət gününə imanı vardırsa, özünün vacibi namazların qıldıqdan sonra "Qul huvəllahu əhəd" surəsini oxumağı tərk etməsin. Çünki hər kəs namazını qılıb qurtardıqdan sonra onu (Tovhid surəsini) oxusa, Allah dünya və axirətin xeyrini verər, onun atasını, anasını, övladlarının ata-anasının hamısını bağışlayar.
5-İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) Səd bin Məazın cənazəsinə namaz qılıb buyurdu: Doxsan min mələk onun cənazəsinə namaz qıldılar, Cəbrail də onların arasında idi.
6-İmam Sadiq (ə) buyurdu: Hər kəs öz yatağında uzanıb, "Qul huvvəlahu əhəd" surəsini on bir dəfə oxusa, Allah onu öz evində və qonuşuluğundakı evləri qoruyacağdır.
7-Əmirəl-möminin (ə) buyurdu: Bir kəs "Qul huvəllahu əhəd" surəsini sübh namazından sonra on bir dəfə oxusa, həmin gündə günaha aludə olmaz, hərçənd ki, bu əməl Şeytanın istəyinin əksinədir.
8-Musa ibn Cəfər (ə) buyurdu: Hər kəs zalım bir hakimin yanına getməmiş "Qul huvəllahu əhəd" surənini oxusa, bu surəni oxumağın xatirinə Allah hər tərəfdən, qarşıdan, arxadan, sağ və sol tərəfdən onu zalımın şərrindən qoruyar. Əgər belə etsə, Allah o zalımdan ona bir yaxşılıq nəsib edər və onun şərrin ondan dəf edər. Həzrət yenədə buyurdu: Hər zaman bir şeydən qorxsan, Quranın hər hansı yerindən istəyirsən, yüz ayə oxu, sonra üç dəfə de: "Allahummə ikşif ənnil bəla" yəni: Ey mənim Pərvərdigarım bu bəlanı məndən uzaqlaşdır.
9-Həfs ibn Ğiyasdan rəvayət olunub ki, o dedi: Həzrət Sadiqin (ə) bir kişiyə belə buyurduğunu eşitdim. Dünyada həmişə qalmaq istəyirsənmi? Dedi: Bəli, Həzrət buyurdu: Nə üçün? Dedi: "Qul huvəllah" surəsini daim oxumaq üçün. Həzrət bir az sükut edib sonra buyurdu: Ey həfs bizim dostlarımızdan və şiələrimizdən bir kəs dünyadan köçsə, və Qur‎anı düzgün oxumağı bacarmasa, qəbirdə ona oxumağı o həddə (dərəcəyə) qədər öyrədəcəklər ki, nəhayət Allah onu Behiştdə yuxarı aparar. Çünki Behiştin dərəcələri Quranın ayələrinin sayı ilə olacaqdır. Onu oxuyana deyiləcək oxu və yuxarı (yüksəyə) qalx.
10-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs İxlas sursini oxusa, elə bilki, Quranın üçdə birini oxumuşdur. Allaha, Mələklər, səmavai kitablara, Allahın Peyğəməbərlərinə və Qiyamət gününə iman gətirmiş kəslərin sayı qədər ona onə həsənə verilər.
11-İmam Cəfər Sadiq (ə) buyurdu: Hər kəs özünün müstəhəb namazlarında Tovhid Qədr və “Ayətəl-kürsü” ayəsini oxusa, Allah onu insanların ən fəzilətli əməllərinə əməl etməkdə madam ki, bir kəs onun kimi yaxud ondan çox oxumasa, müvəffəq edər.
12-İmam Sadiq (ə) buyurdu: Hər kəs dörd rükət namaz qılsa, və hər bir rükətdə əlli dəfə "Qul huvəllahu əhəd" surəsini oxusa, bütün günahları bağışlanmayınca üzünü qiblədən döndərməsin.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər bir şey üçün nur vardırsa, Quranın da nuru Tovhid surəsidir.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kim "Qul huvəllahu əhədi" oxusa, Allah ona birinci ayəni oxumağın səbəbinə min (rəhmət) nəzəri edər, ikinci ayəni oxumağın səbəbinə onun min xahişini (istədiyi) qəbul edər, və dördüncü ayəni oxumağın səbəbinə onun min hacətini qəbul edər.
İmam Sadiq (ə) buyurdu: Yatan zaman Kafirun və Tovhid surəsini oxusa, Allah onun üçün şirkdən uzaq olmağı yazar.
Hər kəs sübh vaxtı Tovhid, Qədr surəsini və “Ayətəl-kürsü”nü on bir dəfə oxusa, malını ziyanvericilərdən qorumuşdur. Hər bir kəs günəş çıxmazdan əvvəl Tovhid və Qədr surəsini oxusa, həmin gün şeytan nə qədər çalışsa da onu günaha aludə edə bilməz.
Allah bir kəsə təzə paltar əta etsə, dəstəmaz alıb, iki rəkət namazı Həmd, ayətəl kürsü, Qulhuvəllahu əhəd və İnna ənzəlnah oxumaqla qılsın, sonra Allaha onun övrətini (bədənini) örtdüyünə və xalq arasında ona gözəllik bəxş etdiyinə xatir şükr etsin. Sonra isə bu duanı oxusa, "La həvla vəla quvvətə illa bəllahil əliyyil əzim", o paltarda günaha düşməz, bu nəticəsində paltarının sapının sayı qədər mələk onun üçün təqdis, bağışlanmaq və rəhmət tələb edər.
6-Deyirlər ki, cümə axşamı gecəsinin üçdə bir hissəsi keçəndən sonra, dəstəmazlı halda "Allahus-səməd" kələməsini zikr etməyin çox böyük təsiri vardır.
7-Cümə axşamı "Allahus-səməd" xətmini qırx bir min dəfə oxusun. (çox təcrübə olunmuşdur). Yoxsulluğun aradan qaldırılması, ruzinin çoxalması və Behişt qapısının açılması üçün hər gün yüz dəfə "La ilahə illəllahul məlikul həqqul mubin" zikrini desin.
Deyirlər qüdrətli olmaq üçün (bir kəs ki ona nail olmaqda acizdir) üç cümə axşamında və hər dəfədə iki rəkət namaz qılsın, hər rəkətdə on dəfə mübarək Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun. Namazın salamından sonra isə yüz dəfə salavat göndərsin.
Peyğəmbərdən (s.ə.v.v) rəvayət olunub. Həzrət buyurdu: Cəbrail (ə) mənə elə bir dərman öyrətdi ki, onu bilənin təbib və dərmana ehtiyacı olmaz. Həzrət Əli (ə), Əbubəkr, Ömər, Osman, dedilər: Ya Rəsuləllah O nədir? Bizim elə dərmana ehtiyacımız var. Həzrət buyurdu: Bir qədər yağış suyu toplayıb Fatihə, Tovhid, Fələq, Nas, surələrini və “Ayətəl-kürsü”nü ona oxusun və yetmiş dəfə yeddi gün sübh və şam vaxtı o sudan içsin. Məni peyğəmbərliyə seçən Allaha and olsun. Həqiqətən Cəbrail mənə demişdir bir kəs bu sudan içsə, Allah onun bədənindən hər bir dərdi uzaqlaşdırar və ona bütün dərdə və xəstəliklərdən şifa verib sağaldar. Göz, sinə ağrılarını, sidiyin həbsini, və bəlğəmi qurutmaq, bu nüsxə ilə bütün xəstəlikləri sağaltmaq faydalıdır. İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunub ki, iflici, quluncu, mədə bağırsaq havasını müalicə etmək üçün bu dua çox faydalıdır. Həmd, Qul əuzu birəbbil fələq, Qul əuzu birəbbin-nas, Tovhid surələrini müşk zəfəranla bir qaba yazın, davamında isə bu duanı yazın "Əuzu bivəchillahil əzim və biizzətihilləti la turamu və qudrətihilləti la yəmnəu minhu şəyun min şərri hazəl vəcəi. Və min şərri ma fihi . Və min şərri ma əhzəru minhu." sonra o qabla su için.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

“Fələq” və “Nas” surəsini fəziləti

(Muəvvəzətəyn)
1-İmam Baqir (ə) buyurdu : Hər kəs Vətr namazında "Qul əuzu birəbbil fələq" və "Qul əuzu birəbinnas" (muəvvəzətəyn) surələrini "Qul huvəllahu əhəd" surəsi ilə oxusa, o şəxsə belə xitab olunar. Ey Allahın bəndəsi sənə muştuluq veririk Allah sənin vətr namazını qəbul etdi.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki hər kəs "Qul əuzu birəbbil fələq" və "Qul əuzu birəbbin-nas" surələrini oxusa, bilki Allah tərəfindən nazil olmuş bütün kitabları oxumuş kəs kimi olar. Uqbə ibn Amirdən rəvayətdə deyir: Allahın Rəsulu (s.ə.v.v.) belə buyurdu: Mənə misli olmayan ayələr nazil olmuşdur. O ayələr muəvvəzətəyndir. (Bu rəvayəti Müslüm özünün Səhih kitabında da nəql etmişdir). Uqbədən (s.ə.v.v.) belə rəvayət edib. O həzrət buyurdu: Ey Uqbə Quranda ən fəzilətli iki surəni sənə öyrətməyimmi? Dedim: Ya Rəsuləllah bəli öyrədin! Beləliklə o həzrət muəvvəzətəyni mənə öyrətdi, sonra onu sübh namazında oxudu və buyurdu: Onu (muəvvəzətəyni) yatan və ytağından qalxan zaman oxu.
3-Fəzl ibn Yəsar deyir: Əbu Cəfərin (ə) belə buyurduğunu eşitdim: Allahın Rəsulunun (s.ə.v.v.) cismində şiddətli ağrılar tapılmışdı. Cəbrail və Mikail (ə) o həzrətin xidmətinə gəldilər. Cəbrail (ə) o həzrətin baş tərəfində Mikail (ə) isə onun ayaq tərəfində oturdu. Beləliklə Cəbrail (ə) "Qul əuzu birəbbil fələq" surəsini Mikail isə "Qul əuzu birəbbin-nas" surəsini oxuyub o həzrəti dua etdilər və Allaha sığındılar.
Pis adət olan vasvaslığı aradan qaldırmaq üçün ərəb ayının on dördündə Nas surəsini bir qaba yazıb onu yuyub, o qabdan su için və onunla dəstəmaz alın. İnşaallah tezliklə vasvaslıqdan nicat tapar.
Deyirlər əgər Həmd və muəvvəzətəyni müqəddəs türbətlə yazıb, qadın və kişiyə içirtsəniz qadın oğlan uşağına hamilə olar. Əsəb xəstəliyini müalicə etmək üçün çoxlu nüsxələrdənbir neçəsini burada qeyd edirəm.
1-Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü. İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (fələq və nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı. Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar.
2-İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş ayrı bir hədisdə yazılıb ki, xəstənin yanında əyləşib Həmd, Fələq, və Nas surələrinin hər birini on dəfə bihuş olmuş xəstəyə oxusanız, o ayılar.
3-Bu xəstəliyə qarşı ər-Rəhman surəsini kağıza yazaraq, “Ayətəl-kürsü”nü isə onun haşiyəsində yazıb özünüzdə saxlayın.
4-Ləyl surəsini əsəb xəstəliyinin təsirindən bihuş olmuş adamın qulağına oxusanız ayılar.
5-Cin surəsini oxuyub əsəbdən bihuş olmuş şəxsə tərəf üfürsən o ayılar.
6-Bu ayəni oxusan və yaxud yazıb onun suyunu içsən əsəb xəstəliyin sağalar.
Ayə-"Bismillahir-rəhmanir-rəhim. Fəxələfə min bəədihim xəlfun əzaus-səlatə vəttəbəuş-şəhəvati fəsəvfə yəlqunə ğəyyən." (Məryəm 59) "Və səlləllahu əla Muhəmmədin və alihi əcməin."
Yeddi ədəd mərci böyüklüyündə həb, yeddi ədəd qara dənə və yeddi damcı balı suda yaxud yağda qarışdırın. Sonra isə Həmdi, Muəvvəzətəyni “Ayətəl-kürsü”nü, Hədid surəsinin əvvəlinidən (1-ci ayədən 5-ci ayəyə )"tərcəul umur" -a qədər və Həşr surəsinin (21-ci) "Ləv ənzəlna " ayəsindən həmin surənin sonuna qədər düzəltdiyiniz məcuna oxuyun və sonra onu için. İnşaallah şifa taparsınız.
"Məkarimul-əxlaq" kitabında yazılıb ki, bütün xəstəliklərə və dərdlər xatir bu ayələri bir kağıza yazın və xəstə şəxsin paltarına bağlayın inşaallah şifa tapar.
"Bilhəqqi ənzəlnahu və bilhəqqi nəzzələ vəma ərsəlnakə illa mubəşşirən və nəzirən."(əl-İsra-105) "Və nunəzzilu minəl Qurani ma huvə şifaun və rəhmətun lilmuminin". (əl-İsra-82) "Vəma Muhəmmədun illa rəsulun qəd xələt min qəblihir-rusulu, əfəin matə əv qutilə inqələbtum əla əəqabikum . Vəmən yənqəlib əla əqibəyhi." (Ali-İmran-144) "Və amənu bima nuzzilu əla Muhəmmədin və huvəl həqqu min rəbbihim, kəffərə ənhum səyyiatihim və əsləhə baləhum ". (Muhəmməd-2) "Makanə Muhəmmədun əbaəhədin min ricalikum və lakin rəsuləllahi və xatəmən-nəbiyyin." (əl-Əhzab-40) "Vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum, tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittəvrati və məsəluhum fil incili kəzərin əxrəcə şətəhu".(əl-Fəth –29) " Və mubəşşirən birəsulin yəti min bəədi ismuhu əhməd. Fələmma caəhum bilbəyyinati qalu haza sihrun mubin" (əs-Səf-6) ."Vələv ənnə Quranən suyyirət bihil cibalu əv quttiət bihil ərzu əv kullimə bihil məvta .Bəl lillahi əmru cəmiən"(ər-Rəd-31). "Əlməlikul yəvmə lillahil vahidil qəhhar" (Ğafir-16) Və sonda bunu desin, "Bismillahi əlməktubi əla sabiqil-ərşi. "
Bəd nəzəri dəf etmək üçün əllərini üzünün müqabilində tutub, Həmd, Tovhid, və Muəvvəzətəyn surələrini oxusun, və əllərini üzünə çəksin.
Rəvayətdə yazılıb; bir nəfər qızdırmadan İmam Sadiqə (ə) şikayət edib dedi bir aydır ki, qızdırıram. Təbiblərin dediklərinə əməl etdim, ancaq qızdırmam düşmədi. Həzrət buyurdu: Köynəklərinin düymələrini aç, başını köynəyinin içinə daxil edib azan və iqamə de, sonra yeddi dəfə Həmd yeddi dəfə Fələq və yeddi dəfə Nas surəsini oxu. O şəxs dedi: İmamın dediyi kimi etdim elə bil ki, zindandan azad oldum.
Dünya malı kəsb etmək (əldə etmək) üçün bu surələri, (Şəms, Ləyl, Kafirun, Tovhid, Fələq, Nas ) yeddi dəfə oxusun, və sonra desin: "Allahumməcəl li fərəcən və məxrəcən."
Hacətlərinizin qəbul olunmasına xatir ömrünüzdə bircə dəfədə olsa bu xətmə əməl edin:
Şənbə günü Fəth surəsini on dəfə oxuyun. Yekşənbə günü (bazar) Yasin surəsini on dörd dəfə, duşənbə günü (birinci gün) Vaqiə surəsini on dörd dəfə se şənbə günü (ikinci gün) Ərrəhman surəsini on dörd dəfə, çaharşənbə günü (üçüncü gün) Qul uhiyə (Cin) surəsini on dörd dəfə pəncşənbə günü (dördüncü gün) Təbarək (Furqan) surəsini on dörd dəfə, cümə günü Əlif-lam-mim səcdə (Səcdə) surəsini on dörd dəfə oxuyun, və bu surələri oxuyanda onların hər birisini bir məsuma hədiyyə edin. Şübhəsiz ki, hacətiniz qəbul olunacaq., inşəaallah.
Bir şəxs sinə atrısından İmamların (ə) birinə şikayət etdi, Həzrət buyurdu: Qurandan şifa tələb et (al). Çünki Allah Quranda özü buyurur: "Sinədə olanların (dərdlərin) şifası (dərmanı) Qurandır". Məkarim-Əxlaq kitabında yazılıb ki, sinə ağrısı üçün aşağıdakı ayəni oxuyub ona üfürün.
"Və iz qətəltum nəfsən fəddarətum fiha Vəllahu muxricun ma kuntum təktumun" (Bəqərə-72).
Şifa ayəsini yazıb deyin: "Və nunəzzilu minəl Qurani ma huvə şifaun və rəhmətun lilmöminin" (Əl-İsra-82).
Körpəsinə süd verən qadın bu ayəni yazıb onu yuyub suyunu içsə, südü çoxalar.
"Summə qəsət Qulubikum min bəədi zalikə fəhiyəl kəlhicarəti əv əşəddu qəsvətən. Və innə minəl hicarəti ləma yətəfəccəru minhul ənhar. Və innə minha ləma yəşşəqqəqu fəyəxrucu minhul mau, və in minha ləma yəhbitu min xəşyətillahi, və məllahu biğafilin əmma təələmun." (Bəqərə-74).
Böyrək ağrısından və hər cür qəm-qüssədən nicat tapmaq üçün bu ayəni səhər vaxtı yazıb özündə saxlasın.
"İn yəmsəskəllahu bizurrin fəla kaşifə ləhu illa huvə, və in yəmsəskə bixəyrin fəhuvə əla kulli şəyin qədir. Və huvəl Qahiru fəvqə ibadihi, vəhuvəl həkimul xəbir." (Ənam 17-18)
İbn Əbbasdan nəql olunub ki, hər kəsin qulağı ağrıyırsa,
1-Aşağıdakı ayəni oxumağı davam etdirsin. "Fəmən yəstəmiil ənə yəcid ləhu şihabən rəsədən." (Cin-9). Sonra bunu desin. "Kəən ləm yəsməha kəənnə fi uzunəyhi vəqrən" (Loğman-7).
2-Bir şəxs İmam Məhəmməd Baqirin (ə) hüzuruna gəlib qulağının ağır eşitməsindən şikayət etdi. İmam buyurdu ki, əlini qulağına sürtüb bu ayələri oxu. "Ləv ənzəlna hazəl Quranə əla cəbəlin lərəəytəhu xaşiən mutəsəddiən min xəşyətillah, və tilkəl əmsalu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun. Huvəlla-hulləzi la ilahə illa huvə, alimul ğəybi vəşşəhadəti, huvəllahulləzi la ilahə illa huvə, alimul ğəybi vəşşəhadəti, huvərrəhmanur-rəhim. Huvəllahulləzi la ilahə illa huvəl məlikul quddu sussəlamul möminul muhəyminul əzizul cəbbarul mutəkəbbiru, Subhanəllahi əmma yuşrikun. Huvəllahul xaliqul bariul musəvviru ləhul əsmaul husna, yusəbbihu ləhu ma fissəmavati vələrzi, vəhuvəl əzizul həkim." (Həşr-21-24)
3-Qulağını əlinlə tutub aşağıdakı ayəni üç dəfə oxu: "Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra." (Taha-55).
4-Bu ayəni yazıb özündə saxla. "Və iza Quriəl Quranu fəstəmiu ləhu və ənsitu ləəlləkum turhəmun." (Əraf-204) "Kəən ləm yəsməha kəənnə fi uzunəyhi vəqrən, fəbəşşirhu biəzabin əlim" (Loğman-7)
Dəful humum kitabında, hakimə qalib gəlmək üçün onun müqabilində (qarşısında) dayanıb de: "Həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim." (Həşr-129) və sonra bu ayələri də onun qarşısında oxu: "Kətəbəllahu ləəğlibənnə ənə və rusuli innəllahə təviyyun əziz." (Mucadilə-21). yaxud bu ayəni oxu: "Yunicillahul-ləzinət-təqəv biməfazə-tihim, la yəməssuhumus-suu və lahum yəhzənun" (Zumər-61).
Xəzanətul əsrar kitabında nəql olunub ki, hər kəs aşağıdakı ayəni ceyran dərisinə yazıb özündə saxlasa, bütün qorxu-hürkülərdən amanda qalar.
"Ya məşərəl cinni vəlins inistətətum ən tənfuzu, latənfuzunə illa bisultan. Fəbiəyyi alai rəbbikuma şəvazun min narin və nuhasin fəla təntəsiran." (ər-Rəhman-33-35).
«İddətud-daimi» kitabında imamlardan rəvayət edilib ki, əgər bir şeydən qorxsan Quranın hansı yerindən istəyirsənsə yüz ayə oxu və sonra bu cümləni üç dəfə de: "İdfə ənnil bəla"
Bir hədisdə belə nəql olunub. Həzrət Rəsul (s.ə.v.v) bu duanı həzrət Əmirəl-mömininə (ə) öyrədib buyurdu: Müşkülə düşən zaman [Quranın] bu zikrini oxusan, Mütəal Allah oxuduğun kələmələrin bərəkətinin xatirinə sənə o giriftarçılıqdan nicat verər. "Bismillahir-rəhmanir-rəhim. La həvlə vəla quvvətə illa billahil əliyyil əzim iyyakə nəəbudu və iyyakə nəstəin."
Mömin "Bəhrun-nəhafe" kitabında yazır, bir kəs müşküllə yaxud giriftarçılıqla qarşılaşsa, vəondan çıxış yolu tapa bilməsə, bu ayəni oxusun nicat tapar. "Bismillahir-rəhmanir-rəhim. Və ufəvvizu əmri iləllah innəllahə bəsirun bil ibad." (Ğafir-44) ondan sonra bunu de: "İlahi mağaradakı kişinin hörməti xatirinə ki onun ayaqları ilanın ağzındadır, ruzisi qeybdən gəlir, və o Allahın zikrinə məşğuldur, mən çəng atıb Mustafanın ətəyindən yapışıram ki, hacətim rəva olsun.".
Misbah kitabında yazılıb, hər kəs Tur və İnfitar surəsini oxusa, həbsdən xilas olar inşaallah.
Quran ayələrinin xüsusiyyətləri haqqında belə yazılıb, hər kəs aşağıdakı ayəni vacibi namazları qılandan sonra bir həftə ardıcıl (cümə günü əsr namazından başlamaqla) oxusa, Allah-taala onun işlərini asanlaşdırar və onun borcunu boynundun götürər. "Əlanə xəffəfəllahu ənkum və əlimə ənnə fikum zəfən. Fəin yəkun minkum miətun sabirətun yəğlibu miətəyni. Vəin yəkun minkum əlfən yəğlibu əlfəyni biiznillahi vəllahu məəssabirin." (Ənfal-66)


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

“Təbbət” surəsinin fəziləti

(Ləhəb, Məsəd)
1-İmam Sadiq (ə) buyurur: "Təbbət yəda əbi Ləhəb" surəsini oxuyan zaman Əbu Ləhəbə nifrin edin. Çünki o Nəbiyyi-Əkrəmin (s.ə.v.v) Allah tərəfindən gətirdiklərini təkzib edən kəslərdən idi.
2-Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə vardır ki, hər kəs Təbbət surəsini oxusa, Allah onu Əbi Ləhəblə bir evdə yerləşdirməyəcəyinə ümidvaram.
Bu surəni bütün ağrılara oxu, inşaallah ağrı sakitləşər.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.