Çr10162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Suallar və cavablar

İnanclı bacı və qardaşların nəzərinə!

Sizi maraqlandıran sual və şübhələrinizi bizimlə bölüşün! Eləcə də, sizin hər biriniz, əlinizdə olan dəyərli dini yazıları saytın istifadəçilərinə təqdim etmək istəyirsinizsə, lütfən onu elektron ünvanımıza göndərin! Göndərdiyiniz sual və şübhələr "Sizin suallarınız" bölümündə yayımlanır. Sual, ŞübhəYazılarınızı göndərmək üçün buraya klikləyin!

Dəstəmazda bir dəfə yumaq dedikdə, nə nəzərdə tutulur?


DƏSTƏMAZIN HÖKMLƏRİ

SUAL 16: Dəstəmazda bir dəfə yumaq dedikdə, nə nəzərdə tutulur?

CAVAB: Cənab Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Fazil Lənkərani və Ayətullah Məkarim Şirazi: Dəstəmazda bir dəfə yumaqda dəstəmaz üzvünün tamamilə yuyulması nəzərdə tutulur; istər bir ovuc su ilə yuyulsun, istərsə də bir neçə ovuc su ilə. Demək, dəstəmaz üzvü tam şəkildə yuyulduğu təqdirdə, bir dəfə hesab olunur.

(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 248.)

Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Safi, Ayətullah Nuri Həmədani, Ayətullah Vəhid Xorasani: Dəstəmazda bir dəfə yumağın meyarı insanın niyyətidir. Belə ki, insan bir dəfə yumaq məqsədilə dəstəmaz üzvünə, məsələn, on dəfə (və yaxud on ovuc) su tökərsə, bütünlüklə, bir dəfə hesablanar və onun dəstəmazı batil olmaz.

“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 248; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 102; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 249; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 254.

 
 

Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10  mərcəi-təqlidin fətvası əsasında  hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır:
1. Sualların cavabları mənbələrə əsaslanmışdır;
2. Sualların cavablarının dəqiqliyi ilə bağlı xatircəmlik əldə etmək üçün möhtərəm mərcəi-təqlidlərin dəftərxanalarının sual-cavab şöbəsi ilə də əlaqə saxlanılmışdır;
3. Sualların cavablarında imam Xomeyninin fətvası ilə yanaşı, aşağıda adıçəkilən mərcəi-təqlidlərin də fətvaları nəzərə alınmışdır:
–Ayətullah Seyid Əli Xamenei;
–Ayətullah Seyid Əli Hüseyni Sistani;
–Ayətullah Şeyx Hüseyn Vəhid Xorasani.
–Ayətullah Şeyx Hüseyn Nuri Həmədani;
–Ayətullah Şeyx Lütfullah Safi Qolpayiqani;
–Ayətullah Şeyx Məhəmmədtəqi Bəhcət;
–Ayətullah Şeyx Məhəmmədfazil Lənkərani ;
–Ayətullah Şeyx Mirzə Cavad Təbrizi;
–Ayətullah Şeyx Nasir Məkarim Şirazi;
 
Allah-Taaladan Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin genişlənməsində xidmət göstərən hər bir kəsə tövfiq diləyirik!

Şahidlik

Sual: Mən, bir davanın şahidi olmuşam. Mənim məhkəmədə şahidlik etməyim vacibdirmi? Onu da  deyim ki, məhkəmədə şahidlik etmək üçün başqa şəhərə getməliyəm.  Bunun üçün də mənə maddi vəsait lazımdır.  Əgər getsəm üstəlik də qazancımdan olacaq və zərərə düşəcəyəm. Nə etməliyəm?


Cavab: Şahidlik vacibdir. Lakin sizin şəraitinizə görə bütün xərclərinizi və zərərlərinizi şahidlik etdiyin şəxs ödəməlidir. 

Sual 9: ("Amin" sözü haqqında)

 

 

 

Sual: Nə üçün bütün dinlərdə duadan sonra (xristian və yəhudi) "amin" deyirlər? Müsəlmanlar üçün onun yerinə deyə biləcəkləri başqa söz yoxdurmu?

Cavab: Bəli, “Amin” sözü yəhudi və xristian dinində də istifadə olunur. Yəhudilər, onu “bəli”, “əlbəttə” “həqiqət” mənasında istifadə edir. O da, duanı təsdiqləmək mənasını ifadə edir.

Xristianlar da o kəlmə “əhd,-ilqar”, “şəriklik”, “ilahi qəbu et” və duanı təsdiqləmək mənasında istifadə edirlər.

İslamdan öncə ərəbistan yarımadasında bütpərəsliklə yanaşı daha öncə yəhudi və xristian dini də yayılmışdı. Hər iki dində “amin” sözü istifadə olunurdu. Ona görə də o kəlmənin ərəb dilinə necə keçməsini təsəvvür etmək olar.

Bu kəlmə Quranda istifadə olunmasa da yaddan çıxarmaq lazım deyil ki, “amin” kəlməsi bir ilahi kəlmədir. Bir dinə və ya məzhəbə məxsus deyil. Məsələn, namaz ərəb dilindədir. Lakin Allah belə istəyib ki, hər millət onu ərəb dilində oxusun. Amin kəlməsi də belədir. Bəlkə də o sözün kökü həzrət Adəmə (ə) qədər gedib çatır.   Peyğəmbərimizin (s) və onun Əhli-beytinin (ə) nə dedikləri və nə etdikləri bizim üçün çox əhəmiyyətlidir. İslamın yayıldıdğı ilk zamanlarda müsəlmanlar, o kəlmə ilə yaxşı tanış idi. Peyğəmbər (s) də o kəlmədən istifadə edib. (“Əl-möcəmül-Müfəhrəs” kitabıdan).

(İbn Mənzur, öz kitabında o kəlmənin mənası haqqında Peyğəmbərdən (s) bir hədis də yazıb: - “Amin (sözü), mömin bəndələri üçün Allahın möhürüdür”). Bizim istifadə etdiymiz “amin” də “ilahi qəbul et” deməkdir.

 

 

 

 

 

 

 

 

 

 

 

Sual: 10 (Hicaba görə məni lağa qoyurlar...)

 

 

 

Sual: Salam. 25 yaşlı ali təhsilli xanımam. Çarşaba- hicaba çox meyilliyəm. Ali təhsilimi bitirdikdən sonra ailəm-xüsusilə öncə anam hicabıma qarşı çıxdı, sonra da qardaşım məni lağa qoydu.Hicabı çox sevirəm, lakin qorxumdan onu gizləyirəm, küçədə-yolda başımdan çıxarıram. Lütfən bu barədə mənə yol göstərin.

Cavab: Salam hörmətli xanım!
Afərin!
Əli (ələyhis-salam) buyurduğu bir kəlama əsasən bəyənilmiş əxlaqları qazanmaq xoşagəlməz hallara dözməklə əldə olunur. Başqa bir hədisdə o həzrət buyurub: "Savab, məşəqqətlə əldə olunar." Məşəqqəti daha çox olan əməlin savabı daha da çox olacaq. Necə ki, Peyğəmbər (s) buyurub: "Ən üstün əməl, daha çətin olan əməldir".
Ata-anaya itaət etmək övlada o zamana qədər lazımdır ki, onlar onu günaha tərəf çəkməsinlər. Fərz edək ki, ana və qardaşı narahat etmək çətindir; Bəs, Allahı və övliyanı narahat etmək necə??!!....  (Burada cavab, ən qısa halda, ixtisarla yayımlanıb)

www.sibtayn.com

Sual 8: (Orucun batil olma səbəbi)

 

 

 

Sual: Oruc şəxs namaz halında ikən sinəsindən bəlğəm ağız fəzasına daxil olarsa, orucu batil olurmu?


Cavab: Oruc olarkən namaz əsnasında bəlğəm sinədən ağzın fəzasına gələrsə, onu çıxarmaq lazımdır. (Məsələn, dəstmala silməklə). Əks təqdirdə namaz batil olar.