Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Həzrət Zeynəb ələyha salam

"Gözəllikdən başqa bir şey görmədim"

Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, “Allahın Əhli-beytinlə rəftarını necə gördün” sualının cavabında buyurdu:
«Ma rəəytu illa cəmila».
Allah yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.

"Aranızda bir nəfər də müsəlman yoxdurmu..."

Zeynəbin fəryadı və düşmənin daş qəlbi

Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:
«Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi və leytəl cibalə tədəkdəkət ələs-səhli».

 

Səmavi ad

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.
Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

“Ey göz, səy et, çox ağla..."

Həzrət Zeynəb həyatının ən mühüm və əzəmətli dövrü imam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin təvəllüddən imam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni imam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünə məxsus əzəmət və cəlalı ilə nəzərə çarpmışdır. Sanki, imam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi qiyamsız təsəvvür etmək mümkün deyil. çünki, imam Hüseyn (ə) qiyamının hər tərəfli təhlili üçün Zeynəbi öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb Seyyidüş-şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir.
Zeynəb Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə sıx əlaqəsi vardır. Bu səbəbdən Zeynəbin həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.
İmam Hüseyn (ə)-ın İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə bağlı nəql etdiyi ilk macəra “Xüzeyriyyə” adlı bir mənzilə aiddir. İmam bir gecə və gündüz burada qaldı.
Bir səhər Zeynəb imamın xidmətinə yetişib dedi: «Qardaşım, dünən eşitdiyim bir sözü sənə söyləyimmi?» İmam buyurdu: «nə söz?» Zeynəb dedi: Dünən gecə xeymədən çıxdım. Eşitdim ki, qeybdən səda gəlir və deyir: “Ey göz, səy et, çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa edənlərə ağlasın?”
İmam bu sözləri eşidib buyurdu: “Bacı, Allahın hökm verdiyi və öz qəzasında yazdığı olacaqdır.”
Bu hadisə həzrət Zeynəbin öz qardaşı ilə sirdaş və həmdəm olduğunu göstərir.
imam Rza (ə) buyurur:
“Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.” Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!
Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.
Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Atasın zinəti

Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu şəxs öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir...
Həzrət  Zeynəb dünyaya göz açanda, babası, islamın əziz peyğəmbərinə (s) təqdim etdilər. Həzrət onu mübarək əllərinə götürdü, üzünü onun üzünə qoyub ağladı. Həzrət Fatimə (ə.s) buyurdu: “Ey ata, bu ağlamaq nə üçündür, Allah gözlərini ağlar etməsin?!” Peyğəmbər (s) buyurdu: “ Ey Fatimə, Mən və səndən sonra bu qız bəla və müsibətlərə düçar olacaq.” Həzrət Fatimə (ə.s) buyurdu: “ Qızım Zeynəbə ağlayanın savabı nədir?”  O həzrət buyurdu: “Ey canımın bir parçası, gözümün nuru, onun müsibətlərinə ağlayının savabı, qardaşı Hüseynə (ə) ağlayanın savabı kimidir.” (Rəyahinül-şəriət,c. 3, s. 38)
Kərbəla faciəsi.....görünməmiş bəlalar...əsirlik və....
Mədinəyə daxil olduqdan sonra əzəmətli Zeynəbin ömür günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz bir illik həyat Zeynəb üçün çətin oldu. Həmin Zeynəb ki, uşaqlığından cavanlığa və cavanlıqdan imam Hüseynin şəhadətinə qədər olan ömrünü onunla idi və ona məhəbbət bəsləyirdi. Əgər xanım Zeynəbin uca məqamlı səbr və təslimi olmasaydı, kifayət idi ki, imam Hüseyn (ə)-dan sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb təzələməklə can tapşırıb, dünya yaşayışı ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək «Fəsbir səbrən cəmilən» “Gözəl səbr et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbr” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi...


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.