Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Şəban ayı haqqında məqalələr

Şəban ayının yövmül-şəkk (şəkk günü) oruc tutmaq olar?

  Zəkəriyya ibn Adəm, deyir: İmam Sadiq ələyhis-salamdan şəban və ya ramazan ayından olduğunda şəkk olan oruc haqqında soruşdum, buyurdu: “əgər  şəban ayından oruc tutsam, mənim üçün, ramazan ayında oruc tutmamaqdan daha sevimlidir."

roozeh yom alshak


  Bəşir dedi: “həzrət Sadiq ələyhis-salamdan yövmül-şəkk orucu haqqına soruşdum.Buyurdu: "o günü oruc tut. Əgər o gün şəban ayından olsa, müstəhəbb ibadət etmisən və əgər ramazan ayndan olsa, bu surətdə o oruca müvəffəq olmusan.”

Kafi, c.4, s. 82

Rəsuləllahın(s) ayı

 

Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”

Şəban ayı çox şərəfli aydır və peyğəmbərlərin seyyidi Hz.Məhəmmədə(s) mənsubdur. Hz.Rəsuləllah(s) bu ay başlayandan Ramazan ayına qədər fasiləsiz hər gün oruc tutardı.

  Şəban – qəməri təqvimin səkkizinci ayıdır. Hədislər bu ayı Hz.Məhəmməd(s) ayı elan edirlər, hətta peyğəmbər(s) özü buyurardı: “Hər kim mənim ayımda bir gün olsa belə oruc tutsa, cənnət ona vacib olar”. O Həzrət(s) bu ayı axıra kimi oruc tutar və arada fasilə olmadan mübarək Ramazan ayının orucunu tutmağa başlayardı. Bu ayın əsas bəyənilən əməlinin oruc olması təsadüfi deyil. Şəban, özündən öncəki Rəcəb ayı kimi müqəddəs Ramazan ayına müqəddimədir. İlahi ziyafət və ibadət ayı sayılan Ramazan ayına mənəvi və fiziki baxımdan hazır olmaq üçün Allah Rəcəb və Şəban aylarında oruc tutub, bağışlanmaq diləməyi tövsiyə edir. Bu aylar bəndə üçün bir fürsətdir ki, Rəbbinin mübarək Ramazan ayında dəvətinə ləyaqətlə cavab verə bilsin.

Hz.Əli(ə) buyurur ki, hər kim Allaha daha yaxın olmaq üçün, Peyğəmbəri(s) sevdiyini göstərmək üçün Şəban ayında oruc tutarsa, Allah onu Özünə yaxın edər. Ona görə bu ayda kim nə qədər bacarsa oruc tutmağa çalışsın. Hətta bir şəxs haram qana mürtəkib olsa(birini öldürsə), Şəban ayının orucunu tutmaq onun üçün faydalıdır və günahı bağışlanar. Müstəhəbdir ki, bu ayın hər bazar ertəsi və cümə axşamı oruc tutulsun. Həmçinin ayın son günlərində oruc tutmaqla Ramazan ayının orucu arasında fasilə verməmək bəyənilən əməllərdəndir.

"Peyğəmbəri (s) görmək şövqündə olsaydıq, bu gəncə baxardıq"

Əli Əkbər (ə), Əziz Peyğəmbərimizin (s) bənzəri idi
İmam Hüseyn ələyhis-salam buyurub:
"İlahi, şahid ol ki, elə bir gənc meydana getdi ki, camaat arasında Sənin Peyğəmbərinə (s) daha çox bənzəyirdi. Hər vaxt Peyğəmbəri (s) görmək şövqündə olsaydıq, bu gəncə baxardıq."

Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir

mam Zamanın (ə.f) dünyaya gəlişi Yer əhli üçün xeyir və bərəkət olduğu üçün, həmin günün böyük fəzilətləri vardır. O, Yer üzərində olan sonuncu hüccətdir. 255-ci hicri-qəməri ilinin Şəban ayının 15-i səhəri dünyaya gözlərini açmışdır.

Nimeyi-Şəban o mübarək gecələrdəndir ki, Qədr gecəsinə çox bənzərliyi vardır. Necə ki, Qədr gecəsinin fəzilətləri vardır, Nimeyi-Şəban gecəsinin də çox fəzilətləri vardır. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Allah Nimeyi-Şəban gecəsində Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələrini bağışlayar”.

İmam Sadiq (ə) buyurur: “Necə ki, Allah Peyğəmbərə (s) Qədr gecəsini mərhəmət etmişdir, biz Əhli-Beytə (ə) də Nimeyi-Şəbanı əta etmişdir”.

İmam Baqir (ə) bu gecə ilə bağlı buyurur: “Qədr gecəsindən sonra ən fəzilətli gecə - Nimeyi-Şəban gecəsidir. Allah bu gecədə Öz fəzlini bəndələrinə şamil edər və Öz kərəmi ilə onları bağışlayar. Ona görə də Sübhan Allaha yaxın olmaq üçün bu gecədə səy göstərin. Çünki Allah and içmişdir ki, heç bir diləyəni məhrum etməyəcəkdir”. (Tebyan)

Allahın Peyğəmbəri (s) Nimeyi-Şəban gecəsində Aişəyə buyurur: “Nimeyi-Şəbanda əcəllər yazılar, ruzilər bölünər və Allah Təala bu gecədə Kələb qəbiləsinin qoyunlarının tükü qədər bəndələri bağışlayar, mələklər dünya səmasına və oradan da yerə nazil olarlar. Əvvəl Məkkəyə enərlər”.

Məsum İmamlarımız (ə) ilə Quran arasında sıx rabitə vardır. İmamlar (ə) özlərini Quranın yardımı ilə tanıdardılar. Quranı tanıtmaq üçün də öz həqiqətlərindən danışardılar. Ona görə də onların birini o biri olmadan təsəvvür etmək olmaz. Bu gözəl gecədə Quranı unutmayaq və onun bərəkətlərindən Qədr gecələrində olduğu kimi, bu gecədə də faydalanaq.

 

Əli Əkbərin (ə) şücaəti

Qorxağın əksinə olaraq cəsur bir gənci hamı alqışlayır. Cəsurluq hər bir gəncin gənclik komponenti sayılır.