Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Bilirsinizmi ?

Gündəlik beş namaz nə üçündür?

Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi vəs-səlləm) onun hikmətini belə bəyan edir:

Sübh namazı

 Sübh, şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Hər kəs o saatda namaz qılsa, özünü ilahi nəsimdə qərar vermiş olacaq və şeytanın şərrindən güvəncdə qalacaq.

Zöhr namazı

Zöhr, bütün aləm Allaha təsbeh deyir (red: zikr), pis olar ki, mənim ümmətim Allaha təsbeh deməsin. Zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdikləri vaxtdır. Ona görə də hər kəs bu saatda ibadətlə məşğul olsa cəhənnəmdən sığortalanır.

Əsr namazı

Əsr, Adəm və Həvvanın səhv etdiyi vaxtdır. Bizə lazım oldu ki, bu saatda namaz qılaq və deyək ki, biz, Allahın əmrinə tabeyik.

Şam namazı

Şam və  ya Məğrib vaxtı, həzrət Adəmin tövbəsinin qəbul olunduğu vaxtdır və biz də onun şükrü olaraq namaz qılırıq.

İşa namazı

Allah Taala, işa namazını ümmətimin qəbirinin aydınlaşması və rahatlığı üçün qərar verib.

Qaynaq:
İləlüş-şərae, Şeyx Sədud, s. 337

sibtayn.com/az

Ən bilikli adam kimdir?

İmam Əjio  ələyhia-Əli ələyhis-salam buyurub: Əmir Əl-möminin ələyhis-salamdan sourşdular; ən biliki adam kimdir?
Buyurdu: başqalarının biyini öz elminə əlavət etdən
Orjinal mətni:

عَنْ أَبِي عَبْدِاللَّهِ علیه السلام قَالَ: سُئِلَ أَمِيرُ الْمُؤْمِنِينَ علیه السلام عَنْ أَعْلَمِ النَّاسِ قَالَ مَنْ جَمَعَ عِلْمَ النَّاسِ إِلَى عِلْمِهِ.İs

 

İstifadə oluumuş  kttablar:

Xisal, c.1 səh.5

"Cohəni" gecəsi hansıdır?

 

 Abudllah ibn Bəkir Zürərədən, o da, İmam Baqir ələyhis-salamdan rəvayət edir. İmamdan, qüsul etməyin müstəhəb olduğu Ramazan ayının gecələri haqqında soruşdum. İmam Buyurdu: On doqquzucnu gecə, iyirimi birinci gecə, iyirimi üçüncü gecə; buyurdu: iyirimi üçüncü gecə “Cohəni” gecəsidir. Onun hekayəsi belədir ki, Cohəni adında bir şəxs Allahı Rəsuluna (səlləllahu ələyhi və alihi vəs-səlləm) dedi: Mənim mənzilim Mədinədən uzaqdır, mənə bir gecəni deyin ki, mən ora gəlim. Peyğəmbər (səlləllahu ələyhi və alihi vəs-səlləm) ona buyurdu ki, iyirimi üçüncü gecə Mədinəyə gəlsin. Şeyx Səduq (r) deyir: Cohənin adı, Abdullah ibn Ənis Ənsari-dir. (1) Şeyx Səduq, “Mən la yəhzəruhul fəqih” (muhəqqiq və müsəhhih: Qəffari, Əli Əkbər), c. 2, s. 161 Hədisin ərəbcə orjinal mətni:

فِي رِوَايَةِ عَبْدِ اللَّهِ بْنِ بُكَيْرٍ عَنْ زُرَارَةَ عَنْ أَحَدِهِمَا ( عليهما السلام ) قَالَ : سَأَلْتُهُ عَنِ اللَّيَالِي الَّتِي يُسْتَحَبُّ فِيهَا الْغُسْلُ فِي شَهْرِ رَمَضَانَ . فَقَالَ : لَيْلَةُ تِسْعَ عَشْرَةَ ، وَ لَيْلَةُ إِحْدَىوَ عِشْرِينَ ، وَ لَيْلَةُ ثَلَاثٍ وَ عِشْرِينَ. وَ قَالَ : لَيْلَةُ ثَلَاثٍ وَ عِشْرِينَ هِيَ لَيْلَةُ الْجُهَنِيِّ . وَ حَدِيثُهُ : أَنَّهُ قَالَ لِرَسُولِ اللَّهِ ( صلى الله عليه و آله ) : إِنَّ مَنْزِلِي نَاءٍ عَنِ الْمَدِينَةِ فَمُرْنِي بِلَيْلَةٍ أَدْخُلُ فِيهَا ؟ فَأَمَرَهُ بِلَيْلَةِ ثَلَاثٍ وَ عِشْرِينَ.

Nə üçün həzrət Əli ələyhis-salamın qılıncı "Zülfüqar" adlanır

İbn Abbas deyir:
 Tanrı, Adəmi “Zülfüqar” qılıncı ilə birlikdə cənnətdən çıxardı. Adəm , o qılınc vasitəsi ilə düşmənlər, cinlər  və şeytanlarla vuruşurdu. Nəhayət Əli ələyhis-salamın əlinə çatdı. O, o qılıncla Peyğəmbərin düşmənləri ilə vuruşurdu. “Zülfüqar”- “fəqərə” sahibi mənasındadır. Deyilənə əsasən bu qılıncın arxasında əyri və düz oyuqlar (çıxıntılar) olduğu üçün belə adlanıb.
Bu qılınc, islamın əziz Peyğəmbəri (səlləllahi ələyhi və alihi vəs-səlləm) tərəfidən Uhud döyüşündə İmam Əli ələyhis-salama əta edilib.
İmam Sadiq ələyhis-salam buyurub:
  Uhud döyüşündə Peyğəmbərin səhabəsi qaçdı. Təkcə Əli və Əbu Dəccanə Peyğəmbərlə qaldılar. Hər zaman Peyğəmbərə (səlləllahi ələyhi və alihi vəs-səlləm) hücüm olanda Əli ələyis-salam onu müdafiə edir və düşmənə hücum edirdi. Nəhayət qılıncı sındı.  Peyğəmbər (səlləllahi ələyhi və alihi vəs-səlləm) də, Cəbrailin onun üçün gətirdiyi “Zülfüqar” adlı öz qılıncını Əli ələyhis-salama əta etdi. (Biharül-ənvar, c. 42, s.66)
İmam Sadiq ələyhis-salam buyurub:

“Əmirəl-möminin qılıncını zülfiqar adlandırlar. Çünki (onun üzərində) qılıncı boyunca bel fəqərələrinə bənzər, xətt var idi. Bu qılıncı Cəbrail səmalardan gətirdi. Onun tutacağı gümüşdən idi. Qılıncı yerə enən zaman nidaçı nida etdi: “La Seyfə İlla Zülfəqar, La Fəta İlla Əli “ (tərcümə: Zülfüqar kimi qılınc, Əli kimi igid yoxdur.” (“İləlüş-şərae”, c. 1, s. 160)


İmam Rza ələyhis-salam buyurub:


  “Zülfüqar”ı Cəbrail səmadan gətirdi. Onun bəzəkləri gümüşdəndir və o qılıncı indi məndədir. (Əl-Kafi, c. 1, s. 234)
İmam Məhəmməd Baqir ələyhis-salam buyurub: “Zülfüqar qılıncına o cəhətdən Zülfüqar deyirlər ki, əgər bir şəxsə vurulsa fəqr və dünyadan,ailə və övladlarından uzaq düşməsinə, axirətdə isə cənnətdən uzaq düşməsinə səbəb olacaq.  (İləlüş-şərae, c. 1, s.160)
Zülfüqar, indi İmam zamanın (əccəlləllahu fərəcəh əl şərif) əlindədir. İmamların nişanəsi odur ki, əziz Peyğəmbərin, Əmirəl-möminin Əli ələyhis-salama verdiyi Zülfüqar adlı qılıncı onların yanındadır. (“Rəsulullahın silahı və qılıncı ondadır.”) (Biharül-ənvar, c. 25,  s.117)
Zühur zamanında, Zülfüqar qılıncı İmam Zamannın (əccəlləllahu fərəcəh əl şərif) əlində olacaq. (Biharül-ənvar, c.52, s.307)

Hansı oructutanlar üzü üstə cəhənəmmə düşəcək

Rəsullah (səlləllahu ələyhi və alihi vəs- səlləm) buyurub: “Ey Əli (ələyhis-səlam), əgər mənim ümmətim o qədər oruc tuta ki, belindən qatlasın və o qədər namaz qılsın oxun kirişi (ip) kimi arığlaşsa, səninlə düşmənlik etsə, Allah onları üzü üstə cəhənnəmə atacaq”

Hədisin ərəbcə orjinal mətni:

یَا عَلِی : لَوْ اَنَّ اُمَّتِی صَامُوا حَتَّیٰ یَکُونُوا کَالْحَنَایَا وَ صَلُّوا حَتَّیٰ یَکُونُوا کَالْاُوْتَارِ ثُمَّ اَبْغَضُوکَ لَاَکَبَّهُمُ اللهُ فِي النَّارِ.

İstifadə olunmuş ədəbiyyat, (Sadəcə əhli-sünnə kitabları):

1. Şəmsül-əxbar, s.33

2. Kənzül-fəvayed, s. 181

3. Mənaqibi-ibn Məqazəli, 297

4. Fəraidüs-səmtəyn, c.1, s. 287

5. Tarixi – Dəməşq, c.42, s.51.

6. Kifayətül-talib, s. 179 və 318

7. Şəfahidüt-tənzil, c.1, s. 551

8. Əl-mənaqibul-Kufi, c. 1, s.242

 

www/sibtayn.com/az