Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Ədəbi yazılar

Həzrət Mehdinin (əc.) zühurunun gözlənilməsi

 

Həzrət Mehdinin (əc.) zühurunu inkar edənlər deyirlər: "İmamın zühuruna etiqad insanı yuxuya verir, mövcud vəziyyətdən qəflətdə saxlayır, təslimçilik və süstlüyə şərait yaradır.” Amma unutmamalıyıq ki, intizar, yəni imam Mehdinin (ə.c.) zühurunun gözlənilməsi mövcud durumdan narahat olan insanın ruhiyyəsidir. İntizarda olan insan daha üstün ictimai-siyasi durum üçün çalışır, sağalmasını gözləyən xəstə kimi vurnuxur. Ata uzun müddətə ayrıldığı oğlunu necə intizarla gözləyirsə, həzrət Mehdinin (əc.) intizarını çəkənlər də beləcə narahatdır. Həzrət Mehdinin (əc.) ədalətli hökumətinin intizarı və o böyük xilaskarın qiyamı mövzusu iki səciyyə ilə müşayiət olunur:
1. Zülm və azğınlığa qarşı müxalifətçilik;
2. Mövcud durumun ədalətin qələbəsi ilə müşayiət olunacaq münasib bir durumla əvəz olunması istəyi.
Əgər bu iki yönüm insan ruhiyyəsində kök atarsa, onda iki növ rəftar müşahidə olunar: Zülm və azğınlıq amilləri ilə mübarizə, fiziki və mənəvi baxımdan vahid İslam hökumətinin gəlişinə hazırlıq.
  Həqiqi müntəzir (imam Mehdinin (əc.) intizarını çəkən) şəxs müəyyən hədislərə əsasən imam Mehdinin (əc.) qərargahındadır və gələcəyə biganə deyil. Zalım və azğın insan zülmün kökünə balta çalacaq bir şəxsin intizarını necə gözləyə bilər?! Dostun gəlişi intizarında olan, meyvə fəslini səbirsizliklə gözləyən şəxs daim hazırlıqdadır. Qonaq gözləyən evi təmizləyir, qonağın istiqbalı üçün hazırlıq görür. Meyvə yığımına hazırlaşan müxtəlif alətlər əldə edir. Cahanşümul xilaskarın qiyamı intizarında olan insan böyük bir inqilaba hazırlaşır. Belə bir intizar insanı tərbiyələndirir, ona agahlıq və hərəkət verir. Zühur intizarının insanı süstləşdirdiyini düşünmək kökündən yanlış bir təsəvvürdür.

Əmirəlmöminin (ə) cahillər qarşısında

 

Təqvalılar mövlasının əzəmətini və məqamını dərk etmək üçün onun bir sözünü yada salmaq bəs edir: “Əgər pərdələr çəkilsə, mənim əminliyimə bir şey əlavə olunmaz...”

  Doktor Dinani ilə söhbət
Pərdələr çəkilsə, əminliyimə bir şey əlavə olunmaz!..

  Mehr İnformasiya Agentliyi tanınmış filosof, doktor Dinani ilə Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) haqqında söhbətləşib. Doktor Dinani söhbət əsnasında deyib:
  Çox üzücüdür ki, həzrət Əli (ə) qəlbinin dərdini quyuya deyib. Quyu ilə dərdləşmək həzrətin öz dövründə cahil insanlarla əhatə olunduğunu göstərir.
Təqvalılar mövlasının əzəmətini və məqamını dərk etmək üçün onun bir sözünü yada salmaq bəs edir: “Əgər pərdələr çəkilsə, mənim əminliyimə bir şey əlavə olunmaz...” Sanki dünyanın Əmirəlmömininin (ə) dərdlərini dinləməyə, onunla həmsöhbət olmağa tutumu olmayıb. Nəhayət bu dünya, onun cəhalətə qərq olmuş insanları quyu ilə dərdləşən Mövlanı şəhadətə yetiriblər.
Mövlana həzrət Əlinin (ə) mədhində deyir ki, ey Əli (ə), bütün ağıl (əql) və göz səndədir, gördüklərindən bir neçə söz danış... Bütün ağıl və göz dedikdə bəsirət nəzərdə tutulur. Ağıl kamilləşəndə yeni xüsusiyyətlər əldə edir. Mərifət ağılın xüsusiyyətidir. Ağıl mərifət və dərk sayəsində Allah-taalanın əzəmətini qavrayır. Kamil ağılın təvazö xüsusiyyəti var. Təvazö insanı ibadət-itaətə, gecələr raz-niyaza sövq edir.
  Şəhriyar deyir ki, üfüq söküləndə Əlini (ə) yatmış görə bilmədi. Gecə də Əlinin (ə) yatdığına şahid olmadı. Əmirəlmömininin (ə) gecələr oyaq qalması, Allahla raz-niyazı, quyu ilə dərdləşməsi barədə rəvayətlər çoxdur. Bu rəvayətlər çox üzücüdür. Mövla nə üçün quyu ilə danışırdı? Quyu Əlinin (ə) sözlərini eşidirdimi? Əslində Mövlanın quyu ilə danışması dövrünün cəhalətinə işarə idi.
Həzrət Əli (ə) kamil ağıl sahibi idi. Bu kamil ağıl və bəsirət sahibi hansı cəmiyyətdə yaşayırdı? Həmin cəmiyyətin üzvlərindən biri “mürəkkəb cəhalətə” qərq olmuş İbn Mülcəm idi. Bu adam heç bir dəlil-sübut qəbul etmirdi, heç bir haqq sözə qulaq asmırdı. Təəssüb və cəhalət əsiri olmuşdu. O nadan cəmiyyətin bir nümayəndəsi idi. Həzrət quyu ilə danışırdısa, mənası bu idi ki, onu dinləyən, anlayan biri yoxdur.
Bəli, İmam Əli (ə) qatı, mürəkkəb cəhalətə qərq olanlarla üzbəüz idi. Bəsit cəhalətin eybi yoxdur. Bəsit cahil bilmədiyini bilir. Bilmədiyini bildiyindən deyilən sözə qulaq asır. Mürəkkəb cəhalətə uğrayan isə təkəbbürlüdür, özünü alim sayır, buna görə də kimsəyə qulaq asmır.
Bu adamlar Əmirəlmömininin (ə) sözlərinə qulaq asmırdılar. Həzrətin deyəcəyi sözlər qiyamətə qədər dərdləşdiyi quyularda qaldı. Dərd əhli, həqiqət axtaran insanlar Mövlanın səsini eşidir. Mövlanın fəryadı hər zaman, hər yerdə ünvanını axtarır. Tarix durduqca bu sözlər də duracaq. Mövla Əli (ə) ədalət yolunun şəhidi oldu. Bu yol insanlara sevgi yolu idi. Amma dövr Əlinin (ə) ədalətinə dözmək gücündə deyildi. Buna görə də ən zalım birinin əli ilə qətlə yetirildi.
İbn Mülcəm nadanlıq və cəhalət mücəssəməsi idi. Bu adamda düşünmək istedadı yox idi. Beləcə, insaniyyət təcəssümü cəhalət təcəssümünün əli ilə qətlə yetirildi. Bu tarix üçün böyük dərsdir. Mövla Əli Allahın vəlisi, elm və mərifət məzhəri idi. Elm və mərifət məzhəri cəhalət və nadanlığın hədəfinə çevrildi.
Maddiyyat aləmində hər dairənin bir mərkəzi və əhatəsi var. Dairənin mühiti onun mərkəz nöqtəsini əhatəyə alıb. Mərifət aləmində isə belə deyil. Bu aləmdə mərkəz mühiti əhatə edib. Bir dünya elm və məlumat varımızdır. Aləm məlumdan, məlum da aləmdən ayrı deyil. Elm məlumu əhatə edir, yoxsa məlum elmi? Elm məlum üçün mühitdir. Bu mənəvi dairədir. Mənəvi dairənin mərkəzi elm, Əlidir (ə).
Həzrət Əmir ilahi mərifətin kamil məzhəri, bəşəriyyət üçün nümunədir. Bir dəfə qazinin hüzurunda olanda qazi ona “Ya Əbül-Həsən” deyə müraciət etdi. Həzrət Əli (ə) ilə bir nəfər arasında mühakimə aparan qazi həzrətin etirazı ilə qarşılaşdı. Həzrət etiraz etdi ki, nə üçün qazi ona ehtiramla, ikinci tərəfə adi qaydada müraciət edir. Buyurdu ki, bu şəxslə mənim aramda mübahisə var, hər ikimizə eyni gözlə bax. Bu idi Əlinin (ə) ədaləti.
Mərifətsiz ədalət əfsanədir. Bir adamın mərifəti yoxsa, onun ədalət iddiaları puçdur. Axı mərifəti olmayan şəxs ədaləti necə tanıya bilər?! Yada saldığım mühakimədə həzrət Əmirin rəftarı bütün dünyadakı hakimlər üçün nümunədir. Mühakimədə bitərəf olmaq, sevgi və nifrətdən təsirlənməmək çətindir.
Mərifətsiz insanın dəm vurduğu ədalət fənadır, ədalətin dərki üçün mərifət lazımdır. İlahi mərifət olan yerdə ədalətin mənası aşkarlanır. Mövlamız belə ədalət məzhəri idi.

ÖVLADLARINIZI EVLƏNDİRİN...

 Valideynlərin övladın üzərində haqqı olduğu kimi, övladların da valideynlərin üzərində haqqı vardır. İslam Peyğəmbəri (s) bu hüquqların ən önəmlisini üç cümlədə bəyan etmişdir ki, onlardan biri də övladın evləndirilməsidir. («Biharul-ənvar», Əllamə Məclisi, 74/8.)

Yəni atanın övladı qarşısında vəzifəsi budur ki, övlad yetkinlik həddinə çatdıqdan sonra onu evləndirsin. Əgər imkanı olduğu halda övladını evləndirməyən valideyn Allah yanında günahkar hesab olunur və əgər bunun nəticəsində övlad günaha düşərsə, həmin günah atanın da əməl dəftərinə yazılacaqdır.

İndi isə diqqətinizi bir məktubun suallarına yönəldirəm və xahiş edirəm ki, bu məktubdakı sualları və verilən cavabları diqqətlə mütaliə edib düşünəsiniz:

*
Bu məsələdə övladın öhdəsinə düşən vəzifə isə ata-anaya təşəkkür etmək, ehtiram və xeyirxahlıq göstərməkdir. Onlar böyüklərin məsləhət və tövsiyələrini diqqətlə dinləməli, ağılla düşünüb-daşınmalı, keçici və ehtiraslı hisslərə qapılmamalı, çalışıb ən doğru seçimi etməlidirlər.

Valideynlər övladlarını məcburi surətdə öz seçdikləri qızla ailə həyatı qurmağa məcbur etməməlidirlər.

Sevimli Peyğəmbərimizin (s) sünnəsinə baxın və görün ki, qızına elçi gəldiyi zaman onunla necə rəftar edir və onun razılığını necə alır?

İmam Əli (ə) buyurmuşdur: “Mən Peyğəmbərin (s) qızı həzrət Zəhranın (s.ə.) elçiliyinə getdiyim zaman o həzrət mənə buyurdu: “Ya Əli (ə), bundan əvvəl də onun elçiliyinə gələnlər olub, lakin mən bu barədə ondan soruşduqda onun çöhrəsində narazılıq ifadələrini müşahidə etmişəm. Buna görə də, sən indi burada otur və bir az gözlə, mən isə gedib bu barədə ondan soruşum.”

Peyğəmbər (s) həzrət Fatimənin (s.ə.) yanına gedir və mənim elçiliyimi ona xəbər verib deyir: “Əli (ə) sənin barəndə söhbət açmışdır, fikrin nədir?”

Həzrət Fatimə (s.ə.) xoşhallıqla başını aşağı salıb sükut edir və əvvəlki elçilərdə olduğu kimi, mübarək üzündə tutqunluq və narazılıq əlamətləri görünmür.

Peyğəmbər (s) ayağa qalxıb təkbir deyir və buyurur: “Onun bu gülərüzlü sükutu razılıq əlamətidir.” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

Buna əsasən, valideynlər gənc oğul və qızlarını özlərinin razılığı olmadan kiminləsə evlənməyə məcbur etməməlidirlər.

İmam Sadiqin (ə) gənc səhabələrindən biri ona deyir: “Bir qadınla evlənmək istəyirəm, lakin valideynlərim məni başqa birisilə evləndirməkdə israrlıdırlar. Mənim vəzifəm nədir, mən hansı ilə evlənməliyəm?"

İmam Sadiq (ə) buyurdu: “Öz istədiyin qadınla evlən, valideynlərinin dediyi qadını alma!” («Vəsailuş-şiə», Hürr Amuli, 14/206-220.)

İmam Mehdiyə inanmaq fərziyyədirmi?

Sual: İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra bəzi şiələr imamətin sona çatdığı fikrindəydilərmi?

Cavab: Əhməd Katib deyir: “Tarixçilərin bir çoxu belə nəql etmişlər ki, şiələrdən bəzisi imamətin dayandırılma və xitam verilməsinə (kəsilməsinə) nail oldular. O cür ki (Allah) elçilər(i) arasında (rəsulluq) dayandırıldı. Həmçinin bəzi rəvayətlərdən də istifadə olunur ki, camaatın ilahi qəzəbə düçar olduqları surətdə imamət və imamın aradan qaldırılması və (imamətə) son verilməsi mümkündür”.

İkinci Cavab:
1. “Miləl və Nihəl”, həmçinin tarix kitablarına diqqət etsək görərik ki, həmin dövrdə şiə cameəsinin əksəriyyəti İmam Mehdinin (ə.f) dünyaya gəlməsi fikrinə etiqad bəsləyirdilər.
2. Şeyx Müfid və başqaları işarə etmişdilər ki, İmam Həsən Əskərinin (ə) vəfatından sonra şiələrin əvvəlcə on dörd firqəyə parçalanmalarına baxmayaraq, qısa müddətdən sonra alim və əshabın yolgöstərmələri ilə hamılıqla İmamlarının (ə.f) varlığı və doğulması əqidəsində müttəfiq oldular. (Müraciət: “Əl-Fusulul-Muxtarəh”, səh.325)
3. İmamətin fasiləsi və onun kəsilməsinin həqiqiliyini sübut etməyə çalışan və bunu iddia edən hədisə diqqətlə baxsaq, iddianın əksini görmüş olacağıq. Həmin hədis İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuşdur. Hədis belədir:

 

إذا غضب اللَّه تبارک وتعالى على خلقه نحّانا عن جوارهم


“Allah-təbarək və taala yaratdıqlarına qəzəblənən zaman bizi onların yaxınlığından (yanından) uzaqlaşdıracaqdır”. (“Kafi”, c.1, səh.343, hədis.31) Bu hədis məhz İmam Mehdinin (ə.f) varlığı və onun qeyb dövrünü sübut edir.
4. Əgər ixtilafın olması məsələnin etibarsızlığını sübut etmək üçün dəlil hesab olunsa, o zaman hər bir işdə, xüsusilə də imamət, xilafət və nübuvvət kimi əsas məsələlərdə də onların etibarsız hesab edilməsi üçün sübut sayılmalıdır. Bir halda ki heç kəs belə bir iddia etməmişdir. Məgər Peyğəmbər (s) xəbər verməmişdirmi ki, o həzrətin ölümündən sonra onun ümməti 73 firqəyə parçalanacaqdır?

Hicabın nə faydası var

Ey qadınlar, öznüzü belə ucuz tutmayın!
Alçaq baxışa cisminizi satmayın!
Ruhunuzu məkrdən hicabla qoruyun,
Allah eşqi ilə naməhrəmdən qorunun!

Hicab nədir? Dünya və axirət xanımlarının xanımı Fatimeyi-Zəhra (s) belə buyurub. “Hicab qadının zinətidir.”

Hicab nemətdir! Hicab ucalıqdır! Hicab mənəviyyətdir! Hicab mədəniyyətdir! Hicab gözəllikdir! Hicab paklıqdır!

  Gözəl Allahımız hicabı qadın üçün vacib buyurub. Belə ki, Qurani-Kərimin ” Nur ” surəsinin 31 – ci ayəsində deyilir: ” Mömin qadınlara de ki, … öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstırməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər…”

  İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri qadın hicabıdır. Onlara görə, hicab İslam cəmiyyətində qadının təhqir olunması deməkdir. Halbuki, İslamda hicab qadın şəxsiyyətinə verilən ən yüksək qiymətdir. Belə ki, qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdür. Bu örtükdə məqsəd qadın vücudunu çirkin, qeyri-insani, cahilanə görünüşdən qoruyub və bu görünüşlə kişilərdə ehtiras, təmənna, şəhvət hisslərini təhrik etməməkdir. Bu örtük qadının əsl insani keyfiyyətlərlə yanaşı görünüşünü təmin edir.

  Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə əslində elə bir təsirli vasitədir ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın qarşısını alır. Hicab qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdən ləzzət almaq üçün onun nümayiş etdirilməsinə icazə vermir. Əksinə qadın zinətlərini baxışlardan gizlədir ki, qadınlar ictimai yerlərdə zahir olduqda həm özlərinə və həmdə əks cinsə problem yaradmasınlar.

  Başqa sözlə hicabsızlığın zərəri varmı? Bəli, hicabsızlıq qadınların şəxsiyyətinə, həm də cəmiyyətə güclü zərbələr vurur. Belə ki, normal cəmiyyətdə insanların ruhi sakitliyinə təminat verilməlidir. Qadınların örtüksüzlüyü kişiləri həyəcanlandırır, bəzən isə cinayəıtlər də baş verir. Örtüksüzlüyə rəvac verən cəmiyyətlərdə qadın şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox, xarici görünüşlərinə görə qiymətləndirilirlər. Bu gün dünya istismarçıları qadına “hicabını at”, “azad ol” deyirlər. Əsl azadlıq isə bədənin yox, şəxsiyyətin azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmağımız gərəkdir! İslam dini isə məhz şəxsiyyəti qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə edir.