Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Öyüd-Nəsihət

Adəm övladını məhv edən üç xislət

 

 İmam Həsən Müctəba ələyhis-səlam buyurub: "camaatın məhvi üç şeydədir; təbəkküb, hirs və həsəd; belə ki, təkəbbür dinin yox olmasına səbəb olur və iblis bu üzdən lənətləndi. Hirs, (doymamazlıq, qane olmamaq, tamah) canın düşmənidir və belə bir xasiyyətinə görə Adəm cənnətdən qovuldu. Və həsəd isə pisliyə tərəf yönəlib. Bu həsəd üzündən oldu ki, Qabil, habili öldürdü."

Naboodi Ensan

 

Hədisin orjinali:

هَلاكُ النّاسِ في ثَلاثٍ : الكِبرُ و الحِرصُ و الحَسَدُ ، فالكِبرُ هَلاكُ الدّينِ و بِهِ لُعِنَ إِبليسُ و الحِرصُ عَدُوُّ النَّفسِ و بِهِ اُخرِجَ آدَمُ مِن الجَنَّةِ ، و الحَسَدُ رائِدُ السُّوءِ و مِنهُ قَتَلَ قابِيلُ هابِيلَ

 

İstifadə olunmuş ədəbiyyat:

Biharül-Ənvar, c. 75, səh. 111, hədis: 6

DÜNYADAN YOX, DÜNYA MƏHƏBBƏTİNDƏN UZAQ OLMAQ!

 

  Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir.
Əmirəlmöminin İmam Əli (ə) öz övladlarına həyatının son anlarındakı vəsiyyətində buyurur: «Dünya sorağınıza gəlsə də, dünyanın sorağına getməyin» buyuruğu budur ki, insan dünya ləzzətlərinə uyub axirəti yaddan çıxarmamalı, Allaha ibadət-itaət sayəsində əldə olunan kamilliklərdən məhrum olmamalıdır. İnsan təbiətən dünya və onun ləzzətlərinə əlaqəli olduğundan insanı bu bağlılıqdan və əsarətdən çəkindirən ayə və rəvayətlərinə nəzər salaq. Dünya müəyyən şərtlər çərçivəsində pislənilir. Yəni dünya özü özlüyündə Allahın yaratdığıdır və onda heç bir nöqsan yoxdur. Məzəmmət olunan dünya yox, ona bağlılıq, ona aldanışdır.
  İnsanın dünyanı özünə məqsəd seçməsi məzəmmət olunur. Yəni elə bir hal ki, dünyaya maraq axirət maraqlarına mane olur. Bəziləri dünyanı məzəmmət edən ayə və rəvayətlərdən belə bir nəticə çıxarır ki, insan dünya həyatını boşlayıb bir kənara çəkilməli və yalnız ibadətə məşğul olmalıdır. Əlbəttə ki, belə bir qənaət kökündən yanlışdır və İslam tə`limləri ilə bir araya sığmır. Məqsəd insanın tərki-dünya olması deyil. Biz dünyada vəzifələrimizi yerinə yetirməli, işlərimizdə Allahın razılığını nəzərdə tutmalıyıq. Əgər dünya ləzzətlərinə əsir olub bir növ «ləzzətpərəst» olsaq, tədricən haram işlərə də yol verərik. Bəli, əgər vəzifəmizi yerinə yetirib ilahi göstərişlərə itaət etsək təbii şəkildə halal ləzzətlərdən də faydalanacağıq. Bir sözlə, insan dünya ləzzətlərini özünə həyat məqsədi seçməməlidir.
  Dünyadakı işləri Allah razılığı üçün yerinə yetirmək bir o qədər də çətin deyil. Rəvayətlərdə qeyd olunduğu kimi, ailənin ehtiyaclarını təmin etmək özü bir ibadətdir: «Ailəsinin ehtiyaclarını təmin etmək üçün çalışan insan Allah yolunda vuruşan insan kimidir.» ("Biharul-ənvar", c.96, s.324, rəvayət 13, bab 42.)
Şübhəsiz ki, İslam cəmiyyətində işlərin idarəsi üçün sənətə, əkinçiliyə, ticarətə və bu qəbildən olan digər işlərə ehtiyac var. İslam cəmiyyətinin ehtiyaclarını təmin etmək məqsədi ilə bu sahələrdə çalışan insanın işi ibadətdir. Belə bir təlaş zahirən dünya işi kimi görünsə də, əslində axirət məqsədlidir. Dövrümüzdə bu məsələ özünü daha qabarıq göstərir. İslam cəmiyyətinin inkişafı elm və sənət, əkinçilik və ticarət sahəsində gecə-gündüz təlaşlardan asılıdır. Uyğun sahələrdə çalışmalar olmadan bir millətin gerçəkdən müstəqil olması mümkünsüzdür. Buna görə də istənilən bir şəxs istənilən bir sahədə İslam cəmiyyətinə xidmət məqsədi ilə çalışarsa, onun hər dəqiqəsi axirət yönümlüdür. Öncə bu barədə Abdullah ibn Əbu-Yəqurdan bu mövzuda rəvayət nəql etdik. O deyir: İmam Sadiqə (ə) ərz etdim ki, siz bizi dünya məhəbbətindən çəkindirsəniz də biz dünyanı sevirik. Həzrət buyurdu: «Dünya və onun malını nə məqsədlə istəyirsən?» Ərz etdim ki, Həccə getmək, sədəqə vermək, yaxınlarıma və qohumlarıma əl tutmaq, yoxsullara yardım göstərmək üçün.» Həzrət buyurdu: «Bu dünya yox, axirət üçün çalışmaqdır.» ("Biharul-ənvar", c.96, s.62, rəvayət 30, bab 122.)
  Əgər insan yalnız özü dünyadan daha çox ləzzət almaq üçün pul arzulayırsa bu dünyapərəstlikdir. Daha pisi odur ki, insan haram işlər üçün pul soraqlaya. Amma xüms və zəkatını ödəmədən halallardan faydalanmaq da bu qəbildəndir. İnsan dünya və var-dövləti vacib və müstəhəb vəzifələrini yerinə yetirmək üçün diləyərsə, bu dünyapərəstlik yox, eynən axirət istəyidir.
  Bu gün müsəlmanlar dünyanın azğın super güclərinə bağlılıqdan qurtarmaq, özlərini təmin etmək qüdrəti əldə etmək məqsədi ilə dünyəvi işlərin müxtəlif sahələrində ciddi səy göstərməlidirlər. İslam və müsəlmanların şərəfini qorumaq, onları kafirlərə asılılıqdan qurtarmaq üçün atılan hər addım ibadət və axirətsevərlik nümunəsidir.
  Demək, ayə və rəvayətlərdə dünyanın məzəmmətindən belə bir nəticə çıxarmamalıyıq ki, iş-gücdən əl çəkib xəlvət bir guşədə ibadətə məşğul olmalıyıq. Axirətə bağlılıq və dünyadan çəkinmək bu mənada deyil. Amma çoxları bu bəhanə ilə işdən qaçır, zəhmətə qatlaşmırlar. Unutmamalıyıq ki, dünyaya bağlılıq nişanələrindən biri də tənbəllik və rahattələblikdir. Dünya məhəbbəti təbirini düzgün anlamayan bir zümrə bu yolla zəhmətdən çəkinir; elmi təhsil və işdən qaçır.
İstənilən bir halda İslam cəmiyyətinin xeyrinə olan iş çox dəyərlidir, ibadət və axirətsevərlik nümunəsidir.

Günah etmiş bədən əzalarını paklamaq haqqında

  Ayətullah Cavadi Amuli deyir: “Mübarək “Fussilət” surəsində bir ayə vardır ki, (22) “Siz (dünyada günah edən zaman) qulaq, göz və dərilərinizin sizə qarşı şəhadət vermələrindən (qorxub) gizlənmir, (yalnız insanlardan gizlənirdiniz və) Allahın sizin (camaatdan gizlin) etdiklərinizin çoxunu bilməməsini güman edirdiniz”.

  İmam Əli (ə) onu oxuyandan sonra buyurmuşdur: “Sizin müşkülünüz bundandır ki, sizin ucuz əldə etdiyiniz bu əza və üzvləriniz ki, üzərində onlarla mələk iş görmüşdür ki, bu hala gəlib çatsın – siz bunları özünüzün və Allah dininin əleyhinə istifadə edirsiniz. Onlar İlahi əsgərlərdirlər və həm də ədalət məhkəməsinin şahididirlər”.

  Bəli, insanın malik olduğu bu bədən üzvləri Allahın əsgərləridir ki, hər kim yolunu azsa, ola bilsin ki, Allah bu əsgərlərini geri alsın. Bu əsgərlər İlahi ədalət məhkəməsində şəhadət verəndirlər. Ola bilsin ki, Allah Təala onu, onun dili ilə, əli ilə, ayağı ilə geri çəksin və başqa bir əsgərlərin hücum etməsinə ehtiyac qalmasın. Bizim dilimiz, əlimiz və başqa bədən üzvlərimiz Onun əsgəridir. Ona görə də qələmimiz, atdığımız addımlar da Onun əsgəridir. Biz əgər bu əsgərləri yersiz yollarda istifadə etsək, Allah bir dəfə əmr edəcəkdir və həmin əsgərlər bizi həbs edəcəklər.

  Qiyamət günü olan zaman biz qılıncla öldürdüyümüz insanı inkar edən zaman əlimiz deyəcəkdir: “Niyə ki, bu əl həmin qılıncla o insanı öldürmüşdür?!”.

  Çünki əl sadəcə bir vasitədir və o, özü günah etməz. Günah edən insanın özüdür. Əgər günah əlin günahı olsaydı, o zaman Allahın izni ilə etiraf edərdi, nəinki şəhadət verərdi. Ona görə məlum olur ki, günahı edən bizik, bədən üzvlərimiz İlahi əsgərlərdirlər ki, onları doğru yolda istifadə etmirik.

  Bizim bir insan olaraq vəzifəmiz budur ki, bədən üzvlərimizi günaha bulaşdırmayaq. Əgər Allah eləməmiş, günaha batıbdırsa, onu paklamaq lazımdır. Məsumların (ə) nəzərinə görə, bədən üzvlərini paklamağın yollarından biri – dəstəmaz almaqdır.
Belə ki, onlar buyurur: “O zaman ki, insan (dəstəmaz niyyətilə) əlini yuyar, yəni (deyər)“Allahım! Əlimlə etdiyim hər bir günahı paklamaqdayam”. O zaman pak əl, üz və başla Allaha tərəf diqqət edər”.

Bizim bədən üzvlərimizi paklaya bilən başqa bir vasitə - Qurandır.

  Məsumlarımız (ə) buyururlar ki, Qurandan gündə ən azı 50 ayə oxuyun. Bu əməl ona görədir ki, Quran bizləri xata və büdrəmələrdən qoruya bilir və qoymur ki, bu İlahi əsgərləri pis yollarda istiafdə edək. Fikirlərimizi doğru yola hidayət edər ki, vəzifələrimizə düzgün əməl edə bilək”.

Behişt əhlinin nişanələri

Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
1. İmanda başqalarını qabaqlayanlar. “(Üçüncü dəstə, imanda) öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnət və bağlarda olacaqlar”. (“Vaqiə” 10-12).

2. Saleh əməl sahibləri. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).

3. Müqərrəbinlər. “Beləliklə, əgər (can verən həmin şəxs) (Allahın dərgahına) yaxınlardan olsa, onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu cənnət vardır”. (“Vaqiə” 88-89).

4. Yaxşı əməl görənlər. “Yaxşı işlər görən və yaxşılıq edənlər üçün (nəzərdə tutulmuş) gözəl mükafat və (lütf yolu ilə olan əlavə) artıq (mükafat) vardır və (axirətdə) onların üzlərini qara tüstü, zillət və xarlıq tozu örtməz. Onlar Cənnət əhlidirlər, orada əbədi qalacaqlar”. (“Yunus” 26).

5. Təqva əhli. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi belədir: onun (evlərinin və ağaclarının) altından daim çaylar axır, onun bol meyvəsi, yeməkləri və ruzisi daimi, kölgəsi həmişəlikdir. Bu, təqvalı olan kəslərin aqibətidir, kafirlərin aqibəti isə oddur!”. (“Rəd” 35).

6. Şəhidlər. “Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb”.(“Tövbə” 111).

7. Səadət əhli. “Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər”.(“Hud” 108).

8. Namaz qılanlar. “O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (“Məaric” 34-35).

9. Səbir edənlər. “Və onları etdikləri səbir müqabilində (üstün bir) cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”.(“İnsan” 12).

10. İtaət edənlər. “Kim Allaha və Onun Peyğəmbərinə itaət etsə, (Allah) onu (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edər”. (“Fəth” 17).

11. Xof əhli. “Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, şübhəsiz, onun yeri cənnətdir”.(“Naziat” 40-41).

12. İman əhli. “İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə daxil edilərlər”. (“İbrahim” 23).

13. Tövbə edənlər. “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin”. (“Təhrim” 8).

14. Yəmin əhli. “«Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa. Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar”. (“Muddəssir” 39-40).

Kiçik günahların, böyük günahlara çevrilməsindən xəbərsiz olma

İmam Sadiq (ələyhissəlam) öz hədislərinin birində buyurur:
İslam Peyğəmbəri (s) öz səhabələri ilə birlikdə səfərə çıxmışdı. Səfər zamanı onlar susuz və quru səhraya çatdılar. Peyğəmbər (s) öz səhabələrindən çör-çöp yığmaqlarını istədi.
«Bura boş bir səhradır və yığılmağa heç bir şey gözə dəymir»-deyə səhabələr Peyğəmbərə (s) xitab etdilər. Peyğəmbər (s) buyurdu: Gedin və bacardığınız qədər yığın.
Onlardan hər birisi bir az quru çöp tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər. Peyğəmbər (s) bu səhnəni gördükdə buyurdu: «Günahlar da bu cür bir-birinin üstünə cəmləşir».
Sonra o həzrət buyurdu: «Kiçik günahlardan qorunun. Çünki onların hamısı (Allah mələkləri tərəfindən) yazılıb saxlanılır».
Başqa bir hədisdə İmam Sadiq (ələyhissəlam) buyurur: Hər bir kiçik günaha israr etsən, onu böyük günah etmisən.