Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Şiə məqalələri

Bu gün (8 şəvval) müqəddəs Cənnətul-Bəqi məzarlığının dağıdıldığı gündür.

  Hicri təqvimi ilə 1344-cü il, şəvval ayının səkkizinci günü Bəqi qəbristanlığında olan 4 Əhli-Beyt İmamının və şəhidlər ağası həzrət Həmzənin (ə) məzarının və qəbrüstü məqbərələrinin azğın vəhabilərin əli ilə dağıdıldı. مستدرك سفينة البحار - الشيخ علي النمازي الشاهرودي - ج ٦ - الصفحة ٦٦ – "Müstədrəku Səfinətil-bihar”, c.6, s.66

 Onlar İmamların (ə) pak məzarlarından əlavə digər məzarları da dağıtdılar ki, onlar aşağıdakılardan ibarətdir: Həzrət Fatiməyə (ə.s) aid məzar, Fatimə binti Əsəd, həzrət Ümmül-Bənin (ə.s), Peyəmbərin (s) oğlu İbrahim, həzrət İmam Sadiqin (ə) övladı İsmail, Peyğəmbərin (s) qızları, Peyğəmbərin (s) zamanın da şəhid olmuş şəhidlərin və sair səhabələrin məzarlarını partladaraq viran edib yerlə bir etdilər. Vəhabilər, hicri təqvimi ilə 1343-cü il, Məkkədə həzrət Əbdül-müttəlibin, Əbi Talibin, Xədicənin və Peyğəmbərin doğulduğu məkanı dağıtdlılar. Mədinədə nurlu Nəbəvi günbəzini topla vurdular. Amma müsəlmanların qorxusundan şərif məzarı dağıtmadılar. Hicri təqvimi ilə 1343-cü il, İmamların pak məzarlarını dağıtmaqla yanaşı o məzarların nəfis və qiymətli əşyalarını da yağmaladılar. Peyğəmbərin (s) ata-anası ; Abdullah və Aminənin məzarlarını dağıdıb, Həmzənin və Ühüd şəhidlərinin məzarlarını da, yerlə yeksan etdilər. O il, Kərablaya da hücum edərək müqəddəs zərihi sökdülər. Pak hərəmdə, o zamankı şahların gözündə çox dəyərli sayılan nəfis və qiymətli əşyaları qarət edib camaat arasından yeddi minədək alim, hikmət sahiblərini və seyyidləri öldürdülər. Sonra Nəcəfə getdilər. Amma orada qarət etməyə nail olmayıb uduzub qayıtdılar.

كشف الارتياب في أتباع محمد بن عبد الوهاب - السيد محسن الأمين - الصفحة ٧٧ – "Kəşful-irtiyab”, s. 77

 Qeyd edək ki, Bəqi qəbiristanlığında imamların məqbərələrinin radikal sələfilər tərəfindən dağıdılması tarixdə iki dəfə - miladi tarixi ilə 1800 və 1923-cü illərdə baş verib. Hazırda bu qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan edilib .

Peyğəmbərin (s.ə.a.s) şeytanla söhbəti

  Bir gün Həzrət Peyğəmbər (s) Məcsidul-Həramda şeytanı görür. Onun yanına gedir və ona deyir: "Ey məlun! Niyə narahatsan?
Şeytan deyir: “Səndən və ümmətindən narahatam”
Həzrət (s) buyurur: “Niyə narahatsan?”
Şeytan deyir: “Mən insanları yolundan azdırmaq üçün bu qədər çalışıram, ancaq sən Qiyamət günü onlara şəfaət verəcəksən. Mənim bütün zəhmətimi hədər verəcəksən. Ona görə də səninlə düşmənəm”
Həzrət (s) buyurur: “Ümmətimdən niyə narahatsan?”
  Şeytan dedi:“Sənin ümmətinin elə xüsusiyyətləri vardır ki, başqa ümmətlərin belə xüsusiyyəti yoxdur.Onlar bir-birini görən zaman salam verirlər. Salam - Allahın adıdır. Mən bu addan qorxuram.İkincisi budur ki, bir-birini görən zaman əl verirlər. Əllərini bir-birindən çəkməmiş günahları bağışlanar.Üçüncüsü budur ki, yemək yeyən zaman "Bismillah" deyərlər. Mən ona görə yemək yeyə bilmirəm və ac qalıram.Dördüncüsü budur ki, yeməkdən sonra “ƏElhəmdulillah” deyərlər.Beşincisi budur ki, sənin adını eşidən kimi yüksək səslə salavat deyərlər. Bunun savabı o qədər çoxdur ki, mən qaçıram.Altıncısı budur ki, bir iş görmək istəyəndə “İnşəallah” deyirlər. Mən həmin işə mane ola bilmirəm.Yeddincisi budur ki, sədəqə verərlər. Həm günahları bağışlanar və həm də 70 növ bəla onlardan uzaq olur”.Bu zaman Həzrət (s) buyurur: “İnsan sədəqə vermək üçün əlini cibinə salan zaman 70 şeytan onun əlini tutub saxlamaq istəyər ki, bu işdən çəkindirə bilsin”.Şeytan (lən) yenə dedi: “Səkkizinci budur ki, onlar Quran oxuyurlar. O evdə ki, Quran oxunar, mənə yer olmaz. Çünki o evə mələklər gedib gələrlər.Doqquzuncu budur ki, məni çox lənətləyərlər. Hər bir lənətlə bədənimə yara vurarlar.....Onuncu budur ki, günah işlədən kimi tövbə edərlər. Mənim zəhmətimi hədər edərlər. On birinci budur ki, asqıran zaman “Əlhəmdullah” deyərlər».Həzrət (s) buyurur: "Asqırmaq - Allahdandır və asqıran zaman “Əlhəmdulilləh” deyin. İnsan namaz qılan zaman şeytan ondan uzaq olar. Xüsusilə də namazın səcdəsi uzun çəkərsə, şeytan narahat olduğu üçün fəryad çəkər”.İmam Sadiq (ə) buyurur: "Hər kim namaz qılmır, şeytandan da alçaqdır. Çünki şeytan bir səhv etdi və o da Adəmə (ə) səcdə etməməməyi idi. Ancaq insan namaz qılmırsa, Allaha səcdə etmir deməkdir".Həzrət Peyğəmbər (s) buyurur: "Sirat körpüsündən keçmək icazəsi - namazdır. Egər namazı qəbul olsa, o biri əməlləri də qəbul olar”.Namaz içində sübh namazı xüsusilə vurğulanır. Səbəbi budur ki, gecə olan zaman gecə mələkləri insanın yanına gələrlər. Gecə əməllərini yazarlar. Sübh azanı olan zaman gecə mələkləri gedər və yerini gündüz mələklərinə verərlər. Sübh namazını qılanda hər iki sənəddə adımız yazılar. Gecə mələkləri axırıncı əməl kimi sübh namazını qeyd edərlər. Gündüz mələkləri isə ilk əməl olaraq sübh namazını qeyd edərlər.İmam Sadiqdən (ə) nəql edirlər ki, buyurur: "Möminin xüsusiyyətlərindən biri budur ki, namazda “Bismilləhir-Rahmənir-Rahim”yüksək səslə desin və hər kim təkbirdən sonra və "Həmd"dən əvvəl “Əuzu billəhi minəş-şeytanir-racim” deyər, bədənində olan tüklərin sayı qədər ona həsənə yazılar".Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatını deyərsə və xüsusilə də əlləri ilə sayarsa, həmin əlləri Qiyamət günü ona şəfaət verər".
Allah Təala bizləri bu mübarək tövsiyələrə əməl edənlərdən qərar versin.

İmamət, yaxud canişinlik haqqında qısa məlumat

  Qeyd etmək lazımdır ki, imamətin tərifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli təriflər vermişlər. Məsələn:
Əhli-sünnə alimlərindən biri imamətə belə tərif verir:

(اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص


  “İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh. 472.)
Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tərifdə deyilir: “İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!” (“Təcridül-etiqad” kitabının qədim şərhi, Şəmsəddin İsfahani Əşəri, “Tovzihul-murad”dan (“Şərhu-təcridil-etiqad”ın haşiyəsi) nəqlən, Seyid Haşim Hüseyni Tehrani, səh. 672.)
   Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” (“İsmət”, yəni insan elə bir güclü dərketmə qüvvəsinə malik olsun ki, başqaları kimi günah etməyə qadir olduğu halda, günaha düşməsin. Bu məsələ Allahın məsum şəxsi günahı tərk etməyə məcbur etməsi kimi təsəvvür olunmamalıdır. Allah-taalanın insana yüksək ağıl, kamal, dərrakə, mənəvi paklıq, eləcə də, ibadət və itaətə son dərəcədə diqqət kimi böyük nemətlər bəxş etməsi nəticəsində onun günah etmək qüdrətinə malik olmasına bayxmayaraq, onu öz ixtiyarı ilə tərk edir. Peyğəmbərlər və imamlar da bu məqama malik olduqları üçün onlara “məsum” deyilir. (“Camieyi-kəbirə ziyarətnaməsinin şərhi”, Seyid Abdullah Şübbər, səh. 180.) bölümündə belə yazır:

اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء


“Peyğəmbərin (s) canişini olan imamlar hədd (Şəriətdə bəzi günah və pozğun işləri törədənlərin fiziki cəzalanmasına “hədd” deyilir), hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!” (“Müqəddimə”, İbn Xəldun, səh. 191.)
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tərif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”
Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!

Heyz

Hеyz qanı, hər ay bir nеçə gün ərzində təbii оlaraq qadının bətnindən gələn qandır.
1) Dоqqüz yaşı tamam оlmamışdan qabaq qızın gördüyü qan, hеyz qanının xüsusiyyətlərinə malik оlsa bеlə, hеyz sayılmır.

2) Hеyz qanından paklandığına yəqinliyi оlan qadının gördüyü ləkələr, əgər qan olmasa, hеyz hökmündə dеyildir. Amma əgər qan оlsa, hеyz müddəti оn günü ötüb kеçməmişdirsə, bu ləkələr, hətta sarı rəngli оlsa belə hеyz hökmündədir və bunu (ləkənin qan ləkəsi оlub-оlmamasını) dəqiqləşdirmək qadının öhdəsindədir.

3) Hamiləliyə qarşı оlan dərmanlardan istifadə еdən qadınların istər adət günlərinə təsadüf еdən, istərsə də təsadüf еtməyən günlərdə gördüyü ləkələr, hеyzin şəri xüsusiyyətlərinə malik оlmasa, hеyz hökmündə dеyildir və istihazə sayılır.

4) Hеyzdə ədədiyyə adəti оlan qadın, əgər hamiləliyə qarşı bətnə qоyulan vəsaitdən (spiral) istifadə еtdiyi üçün hər ay оn gündən artıq (məsələn, оn iki gün) qan görərsə, adət günlərində gördüyü qan hеyz qanı, qalan günlər isə istihazədir.

5) Hamiləlik dövründə qadının gördüyü qan, əgər hеyzin xüsusiyyətlərinə malik оlsa və adət günlərində оlub üç gün davam еtsə -hətta daxildə оlsa bеlə-hеyz qanıdır. Əks təqdirdə, istihazə qanıdır.

Hеyz, әksәrәn, hәr аydа, bir nеçә gün müddәtindә, qаdınlаrın bәtnindәn хаric оlаn bir qаndır. Qаdın hеyz gördükdә hаiz аdlаnır.

Hеyz qаnı әksәr hаllаrdа qәliz vә istidir, rәngi qаrаyа çаlаn qırmızı, yахud qаrа-qırmızıdır. Tәzyiqlә vә аzаcıq yаndırıcılıqlа çölә gәlir.

Sеyyid оlаn qаdınlаrın аltmış, sеyyid оlmаyаn qаdınlаrın isә әlli yаşlаrı tаmаm оlduqdаn sоnrа yаisә оlurlаr, yәni hеyz qаnı görmürlәr.

Qızın dоqquz yаşı tаmаm оlmаmışdаn әvvәl vә qаdının yаisә оlduqdаn sоnrа gördüyü qаn hеyz dеyildir.

Hаmilә vә uşаğа süd vеrәn qаdının hеyz görmәsi mümkündür.

Dоqquz yаşının tаmаm оlub-оlmаmаsını bilmәyәn bir qız uşаğı hеyzin әlаmәtlәri оlmаyаn qаn görsә, hеyz dеyildir. Hәmçinin әgәr hеyzin nişаnәlәri оndа оlsа, hеyz оlduğunu dеmәk оlmаz.

Yаisә оlub-оlmаmаsındа şәkk еdәn qаdın qаn görsә vә hеyz оlub-оlmаmаsını bilmәsә, yаisә оlmаmаsınа hökm еtmәlidir.

Hеyzin müddәti üç gündәn аz, оn gündәn çох оlmur, әgәr üç gündәn аzаcıq аz оlsа hеyz dеyildir.

Hеyzin üç günü аrdıcıl gәlmәlidir. Dеmәli әgәr misаl üçün, iki gün qаn görüb bir gün pаklаnsа vә yеnidәn bir gün qаn görsә, hеyz dеyildir.

Tаmаm üç gün әrzindә qаnın çölә gәlmәsi lаzım dеyil; hәttа әgәr оvrәtinin dахilindә dә qаn оlsа kifаyәtdir. Bu üç gün müddәtindә müхtәsәr оlаrаq pаk оlsа, bеlә ki, оnun pаk оlmа müddәti çох аz оlub nәzәrә çаrpmаsа vә nәticәdә "üç gün оnun оvrәtindә qаn vаrdır” dеyilsә, yеnә dә hеyzdir.

Birinci vә dördüncü gеcәdә qаn görmәsi lаzım dеyil. Аmmа ikinci vә üçüncü gеcәlәrdә qаn dаyаnmаmаlıdır. Dеmәli әgәr birinci günün sübh аzаnındаn üçüncü günün qürubunа qәdәr аrdıcıl оlаrаq qаn gәlsә;, yахud birinci günün оrtаlаrındа bаşlаyıb dördüncü günün hәmin vахtındа dаyаnsа vә ikinci vә üçüncü günün gеcәlәrindә hеç dаyаnmаsа, hеyzdir.

Әgәr üç gün аrdıcıl оlаrаq qаn görüb sоnrа pаk оlsа vә yеnidәn qаn görsә, bu hаldа qаn gördüyü vә аrаdа pаk оlduğu günlәr üst-üstә оn günü kеçmәsә, аrаdа pаk оlduğu günlәrdә dә hеyzdir.

Әgәr üç gündәn аrtıq, оn gündәn аz müddәtdә qаn görüb оnun çibаn qаnı, yахud hеyz qаnı оlduğunu vә çibаnın sаğ vә yа sоl tәrәfdә оlmаsını bilmәsә, mümkün оlаn surәtdә bir miqdаr pаmbığı içәri dахil еtmәli, sоnrа çölә çıхаrdıb bахmаlıdır: әgәr qаn sоl tәrәfdәn gәlirsә hеyz, sаğ tәrәfdәn gәlirsә çibаndır.

Әgәr üç gündәn аrtıq, оn gündәn аz оlаn müddәtdә qаn görsә vә bu qаnın hеyz vә yа yаrа qаnı оlduğunu bilmәsә, bu hаldа әgәr әvvәldә hеyz оlubsа bu dа hеyzdir; yох әgәr (әvvәldә hеyzdәn) pаk оlubsа, pаk hеsаb еtmәlidir. Hәmçinin, pаk vә yахud hеyz оlduğunu bilmәsә, hаizә hаrаm оlаn bütün şеylәri tәrk еtmәli, hаiz оlmаyаn qаdınlаrа vаcib оlаn bütün ibаdәtlәri yеrinә yеtirmәlidir.

Әgәr qаn görüb hеyz, yахud nifаs оlmаsındа şәkk еtsә, bu hаldа hеyzin şәrtlәri vаrsа, hеyz hеsаb еtmәlidir.

Әgәr qаn görüb hеyz, yахud bаkirәlik qаnı оlmаsını bilmәsә özünü yохlаmаlıdır. Bеlә ki, bir miqdаr pаmbığı fәrcin içinә dахil еdib bir аz gözlәmәli, sоnrа çıхаrtmаlıdır. Әgәr оnun әtrаfı qаnа bulаşsа, bаkirәlik, hәr yеrinә dәymiş оlsа, hеyz qаnıdır.

Әgәr üç gündәn аz müddәtdә qаn görüb pаk оlsа vә sоnrа yеnidәn üç gün qаn görsә, ikinci dәfә gördüyü qаndа hеyzin әlаmәtlәri оlsа hеyzdir. Әvvәlki qаnlаr isә hеyz dеyildir.

Daş üzərində çiçək?

  Loğman həzrət Davudun ziyarətinə gəlir. Həmin vaxt həzrət Davud zireh düzəldirmiş. O vaxta qədər Loğman zireh görməyibmiş. Sakit dayanıb kənardan baxır. Nəhayət həzrət Davud zirehi toxuyub qurtarır. Sonra ayağa qalxıb əyninə geyinir və Loğmana deyir: "Doğrudan da düşmənlə vuruşda gözəl müdafiə vasitəsidir." Loğman deyir: "Qəm-qüssə qarşısında isə gözəl sığınacaq səbrdir." Səədinin təbirincə Loğman Davudun əlində dəmirin möcüzə ilə muma döndüyünü gördü. Heç nə soruşmadı, bildi ki, sonda məlum olacaq. Mövlana öz divanında bu əhvalatı nəql edəndən sonra deyir ki, Loğman səbri hər yerdə qəm qabağında dayanacaq müdafiə adlandırdı. Mövlana yazır ki, Allah yüz min kimiya yaratdı, insanın səbri kimi kimiya görünməz. Başqa bir məqamda şair yazır ki, səbr bir xəzinədir, səbr et ki, keçmiş qəmlərinə şəfa tapasan.

  Doğrudan da, səbr və müqavimət əzəmətli kimiya, qələbə səbəbi, təkamül amilidir. Unutmamalıyıq ki, zülm qarşısında dözmək səbr deyil. Səbr sözünün lüğət mənası bir məqsədə çatmaq yolunda səbrdir. Demək səbr acizliyin ziddidir. Səbrin əsl mənası müqavimət və ardıcıllıqdır. Vəzifəsini yerinə yetirmək istəyən insan üçün məqsədə aparan çətin yolda ən böyük yardımçı səbrdir. Ənfal, 65: "Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!"

  Əgər İslamda səbr deyəndə acizlik içində dözmək nəzərdə tutulsaydı belə səbr zəifliyə səbəb olardı. Əsl səbr isə insanın gücünü, müqavimətini artırır. Məliküş-şüəra bu barədə yazır: Dağ çayından bir qol ayrıldı; Getdiyi yolda daşa dirəndi; Daşdan istədi ki, ona yol versin; Qara qəlbli daş ona bir sillə çəkib rədd etdi; Daşın cavabı suyu saxlamadı; Daşın altından, üstündən baş vurub sonda onun özünü apardı...

  Həzrət Peyğəmbər (s) buyurur: "Səbr və dözüm xeyir miniyidir. Allah öz bəndəsinə səbr və dözümdən qüvvəli bir şey verməyib." (Ğurərul-hikmə). İmam Sadiq (ə) buyurur: "Səbr və dözümü olmayan insan kamil şəxslər sırasında dayanmağa layiq deyil." (Biharul-ənvar). Həzrət Əli (ə) buyurur: "Ali dəyər və məqamlar səbr və müqavimətlə əldə olunar." (Ğurərul-hikəm). İmam Sadiq (ə) buyurur: "Bəlaya düçar olan möminlər səbr və dözüm göstərsələr min şəhidin savabını qazanarlar." (Üsuli-Kafi).

  Övliyaların, din öncüllərinin buyuruqlarından aydın olur ki, səbr və dözüm üç qismdir: Çətinliklər qarşısında dözüm; ibadətdə səbr; günah qarşısında səbr. (Biharul-ənvar). Həzrət Əli (ə) buyurur: "Günah qarşısında səbr ibadət və çətinliklə rastlaşanda səbrdən üstündür." (Şərhi-Nəhcül-bəlağə).

  Səbrdən danışılarkən səbri-cəmil deyilən bir səbr xüsusi vurğulanır. Həzrət Yaqub (ə) övladlarının qardaşları Yusifə rəhimsizliyi ilə bağlı buyurur: "(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”" (Yusuf, 83). Ayədə səbrin cəmil məqamı vurğulanır. Allah öz peyğəmbərini səbri-cəmilə dəvət edir. İmam Baqir və İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir: "Səbri-cəmil o səbrdir ki, insan xalqa şikayət (giley-güzar) etmir." (Üsuli-Kafi).

  Həzrət Peyğəmbər (s) buyurur: "Səbrin üç nişanəsi var: İnsanın ruhiyyəsi süstləşmir, ruh düşgünlüyü yaranmır, insan Allah dərgahına şikayətlənmir. Süstlük haqqı puça çıxarır, düşgünlük nankorluğa səbəb olur, Allahdan şikayət Ona itaətsizliklə nəticələnir." (Biharul-ənvar).

  İmam Sadiq (ə) buyurur: "Allah-Taala həzrət Davuda vəhy etdi ki, Əvs qızı Xəlladəni behiştlə müjdələ, ona de ki, səninlə behişt yoldaşı olacaq. Həzrət Davud Xəlladənin evinə gedib qapısını döydü. Xəlladə pərdə arxasından Davudu görüb dedi: "Allah mənim barəmdə nəsə buyurub?" Həzrət Davud Allahın buyuruqlarını Xəlladəyə çatdırdı. Özünü buna layiq bilməyən Xəlladə dedi ki, bəlkə Allah başqa bir Xəlladəni nəzərdə tutub. Həzrət Davud Allahın məhz onu nəzərdə tutduğunu buyurdu. Xəlladə dedi: "Ey Peyğəmbər! Dediklərini inkar etmirəm. Amma özümdə məni sənə behişt yoldaşı edəcək sifət görmürəm." Davud ondan istədi ki, öz batini halından danışsın. Xəlladə dedi: "Qarşıma nə çətinlik çıxdısa, hətta ac qaldığım zaman səbr etdim, Allahın müqəddərratından razı qaldım. Allahdan o qədər razıyam ki, hətta çətinliklərin aradan qalxması üçün ağız açmıram, daim Ona şükr edirəm." Həzrət Davud dedi: "Elə bu xüsusiyyətlərinə görə həmin məqama yüksəlmisən."

  İmam Sadiq (ə) buyurur: "Bu din Allahın salehlər üçün bəyəndiyi dinidir." (Biharul-ənvar). Səbr və dözüm Peyğəmbərin həyatında hər zaman diqqəti çəkir. Besətin əvvəllərində elə səbrli ardıcıllar tərbiyə etmişdi ki, ən böyük işgəncələrə dözürdülər. Bilal Həbəşi, Əmmar Yasir, Yasir, Süməyyə bu qəbil insanlardandır. Əmmarın atası Yasir, anası Süməyyə işgəncələr altında şəhadətə çatdılar.

  Yasir və Süməyyənin yaşı ötmüşdü. Amma öz müqavimətləri ilə düşmənin sinəsinə dağ çəkdilər. Peyğəmbər (s) işgəncə altında olan bu iki şəxsi görüb buyurdu: "Səbr edin, yeriniz behiştdir." (Əlqədir).

  Şirk başçıları Əbu Talib vasitəsilə Peyğəmbəri hədələyirdilər. Əbu Talibə vəd edirdilər ki, Peyğəmbər tutduğu yoldan əl çəksə ona böyük məqam və sərvət verərlər. Əbu Talib onların sözünü Peyğəmbərə çatdırdı və belə cavab aldı: "Ey əmi! Əgər müşriklər günəşi sağ, ayı sol əlimə versələr ki, İslamın təbliğindən əl çəkim, heç vaxt bu işi görmərəm, sonda ya İslam qalib gələr, ya mən öldürülərəm." Əbu Talib Peyğəmbərin sözlərini müşriklərə çatdırdı: "And olsun Allaha, Məhəmməd heç vaxt yalan danışmayıb. O təslim olmayacaq, gedin İslamı qəbul edin." (Əlqədir).

  Həzrət Əlinin (ə) səbr və ardıcıllığı misilsiz olub. İlk İslam savaşlarında münafiqlər qarşısında müqaviməti, xilafət dövründəki ardıcıllığı, Cəməl, Siffeyn və Nəhrəvandakı sabitqədəmliyi nümunədir. Həzrət Əli (ə) Peyğəmbər (s) dünyasını dəyişəndən sonrakı acı məqamlarda buyurur: "Səbr və dözümü ağıl və düşüncəyə yaxın gördüm. Gözünə çöp düşmüş, boğazında sümük qalmış şəxs kimi səbr etdim." (Nəhcül-bəlağə).

  Həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra ağır hadisələrlə üzləşdi və bu hadisələr qarşısında dağ kimi dayandı. O hər dəfə çətinliyə düşəndə iki rəkət namaz qılıb bu ayəni oxuyardı: "(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir." (Bəqərə, 45). Şəhadət zərbəsi başına enən zaman nalə çəkmək əvəzinə belə buyurdu: "And olsun Kəbənin Allahına, qalib gəldim, nicat tapdım." (Muntəhul-əmal).

  Aşura günü İmam Hüseynin (ə) göstərdiyi səbr və müqavimət yetərli nümunədir. Həmid ibn Müslim deyir: "And olsun Allaha! Övladları, ailəsi, dostları öldürüldüyü zaman İmam Hüseyn kimi şücaət göstərən, düşmənə hücum edən, düşməni qabağından qaçıran bir kişi görmədim. Düşmənlər onun qarşısından çəyirtkə kimi qaçırdılar. Sonra İmam meydanın ortasına qayıdıb la hovlə vəla quvvətə illa billah deyərdi." (Luhuf).

  İmam Hüseynin (ə) Aşura günü və ondan öncəki şücaətləri böyük müqavimət dərsidir. İmamda (ə) misilsiz fədakarlıq, isar və müqavimət ruhiyyəsi vardı. Bir nümunə deyək: Hürrün döyüşçüləri İmamın karvanını izlədiyi zaman Hürr deyir: Ey Hüseyn! And olsun Allaha, döyüşsən, öldürüləcəksən."

  İmam Hüseyn (ə) buyurur: "Məni ölümlə hədələyirsən? Məni öldürsəniz işləriniz qaydaya düşəcək?! Ovsun qardaşı əmisi oğlu Peyğəmbərə köməyə gedəndə onu ölümlə qorxutdu. Mən sənə həmin şəxsin cavabını verirəm. Mən gedirəm, ölüm kişi üçün xəcalət deyil. Bir şərtlə ki, niyyəti haqq olsun, İslam uğrunda döyüşsün... Əgər sağ qalsam peşiman deyiləm. Əgər ölsəm, şikayətim yoxdur. Vay sənin halına ki, sağ qalsan xar olarsan..." (İrşad).

  Harun ər-Rəşid İmam Kazimi (ə) zindana salandan sonra Rəbii Hacibi İmamın yanına göndərdi ki, bir yolla razı salsın. İmam (ə) onun cavabında buyurdu: "Sərvətim yanımda deyil ki, ondan bəhrələnim. Digər tərəfdən Allah bizə insanlardan istəmək xasiyyəti verməyib." Rəbii İmamın sözünü Haruna çatdırdı. Harun Rəbidən İmam Kazim haqqında fikrini soruşdu. Rəbii dedi: "Əgər İmam yerə çəkilmiş xətti aşıb desə ki, bu xətdən çıxmayacağam, heç vaxt çıxmaz." Huran onun sözünü təsdiqlədi." (Ənvarul-bəhiyyə).

  İmam Kazimdən (ə) İmam Rizanın (ə) imamət məqamı açıqlandı. Şərait çox ağır idi. Harun qəzəbləndi və edam fikrinə düşdü. Şiələrdən olan Məhəmməd ibn Sənan deyir: İmama ərz etdim ki, atanızdan sonra Harunun qılıncından qan daman zaman imamət məqamını bildirməyə necə cürət etdiniz? İmam (ə) buyurdu: "Necə ki, Peyğəmbər Əbu Cəhlin qarşısında dayandı! Peyğəmbər buyurdu ki, əgər Əbu Cəhl başımdan bir tük çəkə bilsə Peyğəmbər deyiləm. Mən də sizə deyirəm ki, Harun başımdan bir tük çəksə İmam deyiləm.