Çr06192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə

Mübahilə

“Mübahilə” ayəsi –iftixar sənədi

Bismillahir Rəhmanir Rəhim

i فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ

“Buna görə də, sənə elm gəldikdən sonra, onun (İsa Məsih) barəsində səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə (qarşılıqlı) nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq.”” (“Ali-İmran” surəsi, ayə 61)

Peyğəmbərin (s) Əhli-beytinin (ə) o həzrətin canişini olmağa ləyaqəti barəsindəki dəlillərdən biri də o böyük şəxsiyyətlər haqqında nazil olan Quran ayələridir. Həmin ayələrdən biri məşhur “Mübahilə” ayəsidir. (“Ali-İmran” surəsi, ayə 61) “Mübahilə” sözü əslində “بهل” – “bəhl” kəlməsindən alınıb, “tərk etmək”, “bir şeyin üzərindən qeyd-şərti qaldırmaq” mənasında istifadə olunur. Həmin cəhətdən balasının onun südündən sərbəstcəsinə içə bilməsi üçün özbaşına buraxılan və əmcəyinə (döşünə) torba keçirilməyən hansısa bir heyvana “bahil” deyilir. “İbtihal” sözü yalvarma və işləri Allahın öhdəsinə qoymaq mənasındadır. Yuxarıdakı ayədə istifadə olunan və məfhum baxımından geniş yayılmış olan “mübahilə” sözü “iki şəxsin bir-birinə nifrin və qarğış etməsi” mənasındadır. Bəziləri “bəhl” sözünün lənət söyləmək mənasında olduğunu qeyd etmişlər. Bu nəzəriyyəyə əsasən, “ibtihal” sözü barəsində iki fikir mövcuddur:

1. İbtihal – “İltian”, yəni “bir-birini lənətləmək” mənasında.

2. Bəhələhullah – yəni, ləənəhullah (Allah lənət etsin!) mənasında.

Ayənin nazilolma səbəbi Mübahilə ayəsinin nazilolma səbəbi barəsində İbn Abbas, Qütadə və Həsəndən belə rəvayət edilmişdir: “Allahın Rəsulu (s) məsihiləri mübahiləyə (qarşılıqlı nifrinə) dəvət etdiyi zaman, o həzrətdən sabahı günün sübh çağına qədər möhlət istədilər. Öz böyüklərinin yanına qayıtdıqları və onlarla məşvərət etdikləri zaman, yepiskopları (məsihi alimi) onlara dedi: “Sabah diqqət edin, əgər Məhəmməd öz ailəsi (əhli-beyti) və övladları ilə gəlsə, onunla mübahilə etməkdən çəkinin, əgər səhabələri ilə gəlsə, onunla mübahilə edin, çünki əlindən heç bir şey gəlməyəcək.”” Mübahilə məsələsinə tarixi bir nəzər Nəcranın səfalı yerlərinin bir hissəsi ona tabe olan yetmiş kəndlə birlikdə Hicaz və Yəmənlə sərhəd nöqtədə yerləşir. İslamın başlanğıcında bu məntəqə müəyyən səbəblərdən bütpərəstlikdən əl çəkərək məsihilik dininə iman gətirən və məsihilər məskunlaşan yeganə məntəqə idi. Allahın Rəsulu (s) dünya dövlətlərinin başçıları və dini mərkəzlərə dəvət məktubları göndərdiyi zaman, Nəcran yepiskopu Əbu Harisəyə də bir məktub yazmış və məktubda Nəcran əhalisini də İslam dininə dəvət etmişdi. Həmin məktubun məzmunu belədir: “İbrahim (ə), İshaq (ə) və Yəqubun (ə) Allahının adı ilə! Allahın peyğəmbəri və rəsulu Məhəmməddən (s) Nəcranın yepiskopuna! İbrahim, İshaq və Yəqubun pərvərdigarına həmd və sitayiş edir, sizi məxluqata pərəstiş etməkdən əl çəkib Allaha pərəstiş etməyə dəvət edirəm. Sizi bəndələrin vilayətindən xaric olub Allahın vilayətinə daxil olmağa çağırıram. Əgər mənim dəvətimi qəbul etməsəniz, onda İslam hökumətinə vergi və cizyə verməlisiniz, əks təqdirdə sizə müharibə elan ediləcək. Peyğəmbərin (s) nümayəndələri Nəcrana gələrək o həzrətin məktubunu Nəcranın yepiskopuna verdilər. O, məktubu diqqətlə oxudu və bu haqda qərar qəbul etmək üçün dini və qeyri-dini şəxsiyyətlərdən ibarət məşvərət şurası təşkil etdi. Məşvərət olunacaq şəxslərdən biri əql, dərrakə və peşəkarlıqda məşhur olan Şərcil idi. O dedi: “Biz dəfələrlə öz din rəhbərlərimizdən bir zaman nübüvvət məqamının İshaqın nəslindən İsmailin övladlarına keçəcəyini eşitmişik. Məhəmmədin də İsmail övladlarından olan həmin vəd olunmuş peyğəmbər olması heç də qeyri-mümkün deyil.” Şərcilin sözlərindən sonra şura Nəcran nümayəndə heyəti ünvanında bir qrupun Məhəmmədlə (s) yaxından ünsiyyətdə olması və onun peyğəmbərlik nişanələrini araşdırması üçün Mədinəyə getməsi təklifini irəli sürdü. Beləliklə, Nəcranın ən savadlı şəxslərindən olan altmış nəfər seçildi ki, onların da başında üç dini rəhbər dururdu:

1. Rum və Hicaz kilsələrinin rəsmi nümayəndəsi olan baş yepiskop Əbu Harisə ibn Əlqəmə.

2. Əql və peşəkarlıqda məşhur və nümayəndə heyətinin rəisi Əbdülməsih.

3. Ağsaqqal, müdrik və Nəcran xalqının möhtərəm şəxsiyyətlərindən sayılan Ayham. Mübahilə hadisəsinin geniş şərhi, həmçinin, İslam Peyğəmbərinin (s) məsihi heyəti ilə müzakirəsi Seyid ibn Tavusun dəyərli “İqbal” kitabında qeyd olunmuşdur. Əlinizdəki yazıda onun “Mübahilə” hadisəsi ilə nəticələnən azacıq bir hissəsini qeyd edirik: İslam Peyğəmbəri (s): Mən sizi tövhid dininə və yeganə Allaha pərəstişə və onun əmrləri müqabilində təslim olmağa dəvət edirəm. Nəcran nümayəndəsi: Əgər İslamda məqsəd aləmlərin yeganə Allahına iman gətirməkdirsə, biz öncədən ona iman gətirmiş və onun hökmlərinə əməl edirik. İslam Peyğəmbəri (s): İslamın bir sıra nişanə və əlamətləri vardır. Sizin bəzi əməlləriniz həqiqi İslama iman gətirmədiyinizdən xəbər verir. Xaça pərəstiş etdiyiniz və donuz əti yeməkdən çəkinmədiyiniz, Allahın övladı olmasına etiqadlı olduğunuz halda, tək olan Allaha pərstiş etdiyinizi necə söyləyirsiniz?! Nəcran nümayəndəsi: Biz onu (Məsihi) Allah hesab edirik, ona görə ki, o, ölüləri diriltdi, xəstələrə şəfa verdi və gildən bir quş düzəldərək ona can verdi. Bu əməllərin hamısı onun Allah olmasından xəbər verir.

İslam Peyğəmbəri (s): Məsih Allahın bəndəsi və Məryəmin bətnində yerləşdirdiyi məxluqudur. Bu bacarıqları (qüdrəti) Allah ona vermişdir.

Nəcran nümayəndəsi: Bəli, o, Allahın övladıdır, ona görə ki, anası Məryəm heç kimlə evlənmədiyi halda, onu dünyaya gətirmişdir. Nəticədə, atası aləmlərin Allahı olan kəs olmalıdır.

Bu zaman vəhy mələyi nazil olaraq Peyğəmbərə (s) belə xitab etdi: “Onlara de: “Həzrət İsanın məsəli bu baxımdan Adəmin məsəli kimidir – onu (Adəmi) öz sonsuz qüdrəti ilə ata-anası olmadan torpaqdan yaratdı. Əgər atasının olmaması onun Allahın övladı olmasına dəlildirsə, onda həzrət Adəm bu məqama daha layiqdir. Ona görə ki, onun nə anası vardı, nə də atası.””

Nəcran nümayəndəsi: Sizin sözləriniz bizi qane eləmir.

Bu zaman vəhy mələyi nazil oldu və dedi: ““Buna görə də, sənə elm gəldikdən sonra, onun (İsa Məsih) barəsində səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə (qarşılıqlı) nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq.””

Yəni, Allahın lənəti hansı tərəfə şamil olsa, bu, onların yolunun batil olmasını müəyyən etsin və beləliklə, biz mübahisəmizə son verək! Mübahilə məsələsi həmin zamana qədər ərəblər arasında bu şəkildə tanınmırdı və bu üslub Allah Rəsulunun (s) iman və dəvətinin yüz faiz doğru olmasından xəbər verirdi. Məlum məsələdir ki, belə bir meydana daxil olmaq həddən artıq təhlükəli idi, çünki əgər onun (mübahilə edənin) duası qəbul olmasa və müxalif olanların cəzalanmasından bir əsər-əlamət görünməsəydi, nəticəsi dəvət edənin rüsvayçılığından başqa, bir şey olmayacaqdı. Aqil və düşüncəli bir şəxsin nəticə əldə edəcəyindən əmin olmadan belə bir mərhələyə qədəm qoyması necə mümkün ola bilər?! Həmin səbəbdən, Peyğəmbərin (s) mübahiləyə dəvəti onun dəvətinin doğruluğu və həqiqi imanının nişanələrindən biridir. Mübahilə məsələsi ortaya çıxdığı zaman, Nəcran nümayəndələri Peyğəmbərdən (s) onlara öz böyükləri ilə məşvərət etmək üçün möhlət istədilər. Onların psixoloji bir məsələdən qaynaqlanmış olan məşvərətlərinin nəticəsi öz tərəfdarlarına belə bir göstəriş verməkdən ibarət oldu: “Əgər Məhəmmədin camaatla və öz tərəfdarları ilə mübahiləyə gəldiyini müşahidə etsəniz, çəkinməyin və onunla mübahilə edin. Ona görə ki, işin içində həqiqət olmadığından, öz tərəfdarlarına arxalanmışdır. Əgər həddən artıq az sayda yaxınlarından, xas şəxslər və onun üçün sevimli olan kiçik yaşlı övladları ilə vədə olunmuş yerə gəlsə, bilin ki, o, Allahın peyğəmbəridir və onunla mübahilə etməkdən çəkinin, çünki çox təhlükəlidir.” Mübahilə vaxtı gəlib yetişdi. Peyğəmbər (s) və Nəcran nümayəndələri mübahilənin Mədinə şəhərinin xaricindəki səhrada həyata keçirilməsi barədə razılığa gəlmişdilər. İslam Peyğəmbəri (s) müsəlmanlar və öz qohumarı arasından yalnız dörd nəfəri seçmişdi: Əli ibn Əbu Talib (ə), xanım Zəhra (ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Ona görə ki, müsəlmanlar arasında iman və paklıq baxımından bu dörd şəxsiyyətdən daha pakı, daha möhkəm imanlısı yox idi. O həzrət mübahilə üçün nəzərdə tutulan yerə qədərki məsafəni imam Hüseyni (ə) qucağına almış olduğu, imam Həsənin (ə) əlindən tutduğu, həzrət Əli (ə) və xanım Zəhranın (ə) onun arxasınca addımladığı xüsusi bir vəziyyətdə geridə qoydu və mübahilə meydanına qədəm basdı. O, meydana daxil olmazdan qabaq yanındakılara buyurdu: “Mən dua etdiyim zaman siz “amin” deyin!”

Məsihilərin yepiskopu dedi: “Mən elə simalar görürəm ki, əgər Allahdan istəsələr, dağlar yerindən qopar və əgər bu şəxslər nifrin etsələr, yer üzərində bir məsihi belə sağ qalmaz.” Nəcran məsihiləri bu səhnəni görməklə mübahilə etməkdən daşındılar və Peyğəmbərlə (s) hər il hər biri qırx dirhəm qiymətində olan iki min ədəd paltar (parça) müsəlmanlara verib cizyə qanunlarına riayət etmək şərtilə razılığa gəldilər.

“Əshabi-Kisa”nın fəziləti barədə ən tutarlı dəlil İslam tarixində baş verən bu əhəmiyyətli hadisəyə nəzər salmaqla onda (mübahilədə) iştirak edən kəslərin kifayət qədər üstünlüyə malik olduqları aydınlaşır. Ona görə ki, bu hadisə İslam dini tarixinin səhifələrinə yazılacaq. Həmin səbəbdən, İslam Peyğəmbəri (s) yaxınları və öz səhabələri arasından yalnız dörd nəfəri seçdi və onlar aşağıdakılardan ibarətdir: Həzrət Əli ibn Əbu Talib (ə), xanım Zəhra (ə), imam Həsən (ə) və imam Hüseyn (ə). Ayişədən belə nəql edilmişdir: Mübahilə günü İslam Peyğəmbəri (s) yanındakı dörd nəfəri qara rəngli əbasının altında daxil edərək bu ayəni oxudu:

انما يريدالله ليذهب عنكم ‏الرجس اهل‏ البيت و يطهركم تطهيرا

“Həqiqətən, Allah-taala siz Əhli-beytdən hər cür pisliyi təmizləmək və sizi pak etmək istəyir.”

Zəməxşəri yazır: “Mübahilə macərası və onunla bağlı ayənin məzmunu kisa əhlinin fəzilətinə ən tutarlı dəlildir.”

Mübahilə ayəsinə dair mühüm mətləbləri

1. Şiə və əhli-sünnə təfsirçi və hədis söyləyənləri Mübahilə ayəsinin Peyğəmbərin (s) Əhli-beyti (ə) barədə nazil olması və Peyğəmbərin (s) yalnız övladları Həsən (ə) və Hüseyni, qızı Fatiməni (ə) və əmisi oğlu Əlini (ə) vədə olunmuş yerə aparmasını aşkarcasına bildirmişlər. Beləliklə, ayədəki «ابنائنا» əbnaəna (övladlarımız) sözü yalnız imam Həsən (ə) və imam Hüseynə (ə) şamildir. Əbu Bəkr Razi yazır: “Bu ayə “Həsənəynin” (yəni imam Həsən (ə) və imam Hüseynin) Allah Rəsulunun (s) övladları olmasına dəlalət edir və «نسائنا» – nisaəna (qadınlarımız) ayəsindəki məqsəd yalnız Fatimə (ə) olduğu kimi, insanın qızının övladları həqiqətən də onun övladları sayılır. Həmçinin, ənfusəna (özümüz) «انفسنا» ayəsində də məqsəd yalnız həzrət Əlidir (ə), ona görə ki, Peyğəmbərin (s) özü nəzərdə tutula bilməz. Çünki o, dəvət edən şəxsdir və dəvət edənin özünü dəvət etməsinin heç bir mənası yoxdur. Dəvət edilən şəxslə dəvət edən şəxs həmişə ayrı şəxslərdir. Belə isə məqsəd Peyğəmbər (s) deyil, başqa bir şəxsdir. Nəticədə, hökmən həzrət Əliyə (ə) işarə edilir. Ona görə ki, heç kəs həzrət Əli (ə), xanım Fatimə (ə) və “Həsənəyn”dən başqa, digərlərinin mübahilədə iştirak etdiyini söyləməmişdir. Bu məsələ həzrət Əlinin (ə) məqamının üstünlüyü və kimsənin həmin məqama yetişməməsinə, hətta ona (həmin məqama) yaxınlaşa bilməməsinə dəlalət edir.” Peyğəmbər (s) Bureydə Əsləmiyə belə buyurmuşdur: “Ey Bureydə! Əlini düşmən hesab eləmə, ona görə ki, o, məndən və mən də ondanam! İnsanlar müxtəlif ağaclardan (köklərdən) yaranmışlar, mən və Əli isə eyni ağacdan xəlq olunmuşuq.” Mərhum Qazi Nurullah Şüştəri “İhqaqul-həqq” kitabının üçüncü cildində belə yazır: “Təfsirçilər “əbnaəna” sözünün imam Həsən (ə) və imam Hüseynə (ə), “nisaəna”nın xanım Fatiməyə (ə) və “ənfusənan”nın da həzrət Əliyə (ə) işarə etməsi barədə fikir birliyinə malikdirlər.” Sonra həmin kitabın haşiyəsində əhli-sünnə böyüklərindən altmış nəfərin adını qeyd etmişdir ki, onlar belə söyləmişlər: “Mübahilə ayəsi Əhli-beyt (ə) barəsində nazil olmuşdur.” O cümlədən:

1. Müslim, “Səhih”, c. 2, səh. 448.

2.Əhməd ibn Hənbəl, “Musnəd”, c. 1, səh. 185.

3. Hakim, “Mustədrək”, c. 3, səh. 150.

4. Vahidi Nişaburi, “Əsbabun-nuzul”, səh. 68.

5. İbn Əsir, “Camiul-usul”, c. 9, səh. 470.

6. İbn Cuzi, “Təzkirətul-xəvas”, səh. 23.

8. İbn Həcər Əsqəlani, “Əl-İsabə”, c. 2, səh. 509.

9. İbn Səbbağ Maliki, “Fusulul-muhimmə”, səh. 120.

10. Qurtubi, “Əl-Camiu li əhkamil-Quran”, c. 4, səh. 140

Şiə rəvayət kitablarında da bu mətləb xüsusi mövqeyə malikdir. Onun sadəcə bir nümunəsini qeyd etməklə kifayətlənirik. İmam Rza (ə) Məmunun sarayında təşkil edilmiş elmi məclisdə buyurmuşdur: “Allah-taala bəndələrinin ən pak olanlarını Mübahilə ayəsində müəyyən etmişdir… Bu elə bir xüsusiyyətdir ki, heç kəs həmin məsələdə Əhli-beytdən (ə) önə keçə bilməmişdir. Elə bir fəzilətdir ki, heç bir insan ona yetişməmiş və elə bir şərəfdir ki, ondan öncə heç kəs ondan yararlanmamaışdır.” Mübahilə ayəsi Allahın Rəsuluna (ə) ən yaxın olan şəxsləri tanıtdırmaqla yanaşı digər mesajlara da malikdir. Onlara xülasə şəkildə işarə edirik:

1. Adi istedadlardan istifadə etdikdən sonra qeybi yardımlar.

2. Kişi və qadın bir-birinin kənarında və eyni səviyyədə müzakirə olunur.

3. İnsan öz hədəfinə imanlı olduğu halda, özünü, hətta ən yaxın qohumlarını belə təhlükəyə atmağa hazır olar.

4. Dua etməkdə tərəflərin çoxluq və sayı deyil, niyyət və şəxsiyyətlər əhəmiyyət daşıyır.

5. Dua məclislərində uşaqların da iştirak etməsinə çalışmaq lazımdır.

6. Dəlil-sübut, məntiq və möcüzənin bir şəxsi haqq müqabilində təslim etmədiyi halda, həmin şəxs məhv olunmaqla təhdid edilməlidir.

7. Dua zəfər çalan şəxsin sonuncu sənədi və möminin silahıdır.

8. Dəlilə cavab vermək, höcətləşmə və inadkarlığı isə məhv etmək lazımdır.

9. Əgər siz möhkəm dayansanız (sabitqədəm olsanız), düşmən batil olduğu üçün geri çəkiləcəkdir.

10. Dinin varlığı və təməli həmin bir neçə şəxsə görədir, əks təqdirdə Peyğəmbər (s) şəxsən özü də nifrin edə bilərdi. Allah-taala və Peyğəmbər (ə) bu cür əməllə bizə başa salırlar ki, bu şəxslər haqqa və hədəfə dəvət etməkdə Allah Rəsulunun (s) tərəfdarı və onu ən yaxınlarıdırlar. Onunla birlikdə təhlükə ilə üzləşməyə və oun hərəkatını davam etdirməyə hazırdırlar. Hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması Nəcran nümayəndələri Peyğəmbərdən (s) onların verəcəkləri illik verginin miqdarının bir məktubda yazılmasını və həmin məktubda Nəcran məntəqəsinin asayişinə Peyğəmbər (s) tərəfindən təzminat veriləcəyini qeyd etməsini istədilər. Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) aşağıdakı məktubu yazdı: Bağışlayan və mehriban Allahın adı ilə Bu, Allahın Rəsulu Məhəmməd tərəfindən Nəcran əhalisi və onun ətrafında yaşayanlara bir məktubdur. Məhəmmədin Nəcran əhalisinin bütün sərvət və əmlakı barəsindəki hökmü belədir ki, Nəcran əhalisi hər il islami hökumətə hər birinin qiyməti qırx dirhəmdən artıq olmayan iki min libas verməlidir. Onlar onun yarısını səfər ayında və yarısını da rəcəb ayında ödəyə bilərlər. Yəmən nahiyyəsindən müharibə baş verdiyi zaman, Nəcran əhalisi islami dövlətlə həmkarlıq ünvanında otuz zireh, otuz at və otuz dəvəni ariyə (qaytarmaq şərti ilə) kimi İslam ordusunun ixtiyarına verməlidir və Peyğəmbər (s) nümayəndələrinin Nəcran ərazisində bir ay müddətində təmin edilməsi də onların öhdəsinədir. Onun (Peyğəmbər (s)) tərəfindən onlara bir nümayəndə gəldikdə, onu təmin etməlidirlər. Bunun müqabilində Nəcran əhalisinin canı, malı, ibadətgah və əraziləri Allah və onun Rəsulunun (s) pənahındadır (amanındadır). Bu şərtlə ki, bu andan etibarən hər cür ribaxorluqdan (sələmçilikdən) çəkinsinlər. Əks təqdirdə, onlar Məhəmmədin himayəsində olmaqdan uzaqdılar və onlar müqabilində heç bir öhdəliyə malik deyildir.

http://www.sibtayn.com/az

Mübahilə` duası

 

Mübahilə günü Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq sifariş olunub.
 
Maide.Az həmin duanı təqdim edir: .
 

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عَظَمَتِكَ بِأَعْظَمِهَا وَ كُلُّ عَظَمَتِكَ عَظِيمَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَظَمَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ نُورِكَ بِأَنْوَرِهِ وَ كُلُّ نُورِكَ نَيِّرٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِنُورِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ رَحْمَتِكَ بِأَوْسَعِهَا وَ كُلُّ رَحْمَتِكَ وَاسِعَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرَحْمَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كَمَالِكَ بِأَكْمَلِهِ وَ كُلُّ كَمَالِكَ كَامِلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكَمَالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ كَلِمَاتِكَ بِأَتَمِّهَا وَ كُلُّ كَلِمَاتِكَ تَامَّةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكَلِمَاتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ أَسْمَائِكَ بِأَكْبَرِهَا وَ كُلُّ أَسْمَائِكَ كَبِيرَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَسْمَائِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عِزَّتِكَ بِأَعَزِّهَا وَ كُلُّ عِزَّتِكَ عَزِيزَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِزَّتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَشِيَّتِكَ بِأَمْضَاهَا وَ كُلُّ مَشِيَّتِكَ مَاضِيَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَشِيَّتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِقُدْرَتِكَ الَّتِي اسْتَطَلْتَ بِهَا عَلَى كُلِّ شَيْ‏ءٍ وَ كُلُّ قُدْرَتِكَ مُسْتَطِيلَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِقُدْرَتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عِلْمِكَ بِأَنْفَذِهِ وَ كُلُّ عِلْمِكَ نَافِذٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعِلْمِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ قَوْلِكَ بِأَرْضَاهُ وَ كُلُّ قَوْلِكَ رَضِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِقَوْلِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَسَائِلِكَ بِأَحَبِّهَا وَ كُلُّهَا إِلَيْكَ حَبِيبٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَسَائِلِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ شَرَفِكَ بِأَشْرَفِهِ وَ كُلُّ شَرَفِكَ شَرِيفٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِشَرَفِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ سُلْطَانِكَ بِأَدْوَمِهِ وَ كُلُّ سُلْطَانِكَ دَائِمٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِسُلْطَانِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مُلْكِكَ بِأَفْخَرِهِ وَ كُلُّ مُلْكِكَ فَاخِرٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمُلْكِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عَلائِكَ بِأَعْلاهُ وَ كُلُّ عَلائِكَ عَالٍ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَلائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ آيَاتِكَ بِأَعْجَبِهَا وَ كُلُّ آيَاتِكَ عَجِيبَةٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِآيَاتِكَ كُلِّهَا اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ مَنِّكَ بِأَقْدَمِهِ وَ كُلُّ مَنِّكَ قَدِيمٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِمَنِّكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ وَ إِنِّي أَسْأَلُكَ بِمَا [مِمَّا] أَنْتَ فِيهِ مِنَ الشُّئُونِ وَ الْجَبَرُوتِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكُلِّ شَأْنٍ وَ كُلِّ جَبَرُوتٍ اللَّهُمَّ وَ إِنِّي أَسْأَلُكَ بِمَا تُجِيبُنِي بِهِ حِينَ أَسْأَلُكَ يَا اللَّهُ يَا لا إِلَهَ إِلا أَنْتَ أَسْأَلُكَ بِبَهَاءِ لا إِلَهَ إِلا أَنْتَ يَا لا إِلَهَ إِلا أَنْتَ أَسْأَلُكَ بِجَلالِ لا إِلَهَ إِلا أَنْتَ يَا لا إِلَهَ إِلا أَنْتَ أَسْأَلُكَ بِلا إِلَهَ إِلا أَنْتَ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ رِزْقِكَ بِأَعَمِّهِ وَ كُلُّ رِزْقِكَ عَامٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِرِزْقِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ عَطَائِكَ بِأَهْنَئِهِ وَ كُلُّ عَطَائِكَ هَنِي‏ءٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِعَطَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِكَ بِأَعْجَلِهِ وَ كُلُّ خَيْرِكَ عَاجِلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِخَيْرِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ بِأَفْضَلِهِ وَ كُلُّ فَضْلِكَ فَاضِلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِفَضْلِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَدْعُوكَ كَمَا أَمَرْتَنِي فَاسْتَجِبْ لِي كَمَا وَعَدْتَنِي اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْنِي عَلَى الْإِيمَانِ بِكَ وَ التَّصْدِيقِ بِرَسُولِكَ عَلَيْهِ وَ آلِهِ السَّلامُ وَ الْوِلايَةِ لِعَلِيِّ بْنِ أَبِي طَالِبٍ وَ الْبَرَاءَةِ مِنْ عَدُوِّهِ وَ الايتِمَامِ بِالْأَئِمَّةِ مِنْ آلِ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ فَإِنِّي قَدْ رَضِيتُ بِذَلِكَ يَا رَبِّ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُولِكَ فِي الْأَوَّلِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ فِي الْآخِرِينَ وَ صَلِّ عَلَى مُحَمَّدٍ فِي الْمَلَإِ الْأَعْلَى وَ صَلِّ عَلَى مُحَمَّدٍ فِي الْمُرْسَلِينَ اللَّهُمَّ أَعْطِ مُحَمَّدا الْوَسِيلَةَ وَ الشَّرَفَ وَ الْفَضِيلَةَ وَ الدَّرَجَةَ الْكَبِيرَةَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ قَنِّعْنِي بِمَا رَزَقْتَنِي وَ بَارِكْ لِي فِيمَا آتَيْتَنِي وَ احْفَظْنِي فِي غَيْبَتِي وَ كُلِّ غَائِبٍ هُوَ لِي اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْنِي عَلَى الْإِيمَانِ بِكَ وَ التَّصْدِيقِ بِرَسُولِكَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَسْأَلُكَ خَيْرَ الْخَيْرِ رِضْوَانَكَ وَ الْجَنَّةَ وَ أَعُوذُ بِكَ مِنْ شَرِّ الشَّرِّ سَخَطِكَ وَ النَّارِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ احْفَظْنِي مِنْ كُلِّ مُصِيبَةٍ وَ مِنْ كُلِّ بَلِيَّةٍ وَ مِنْ كُلِّ عُقُوبَةٍ وَ مِنْ كُلِّ فِتْنَةٍ وَ مِنْ كُلِّ بَلاءٍ وَ مِنْ كُلِّ شَرٍّ وَ مِنْ كُلِّ مَكْرُوهٍ وَ مِنْ كُلِّ مُصِيبَةٍ وَ مِنْ كُلِّ آفَةٍ نَزَلَتْ أَوْ تَنْزِلُ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذَا الْيَوْمِ وَ فِي هَذَا الشَّهْرِ وَ فِي هَذِهِ السَّنَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اقْسِمْ لِي مِنْ كُلِّ سُرُورٍ وَ مِنْ كُلِّ بَهْجَةٍ وَ مِنْ كُلِّ اسْتِقَامَةٍ وَ مِنْ كُلِّ فَرَجٍ وَ مِنْ كُلِّ عَافِيَةٍ وَ مِنْ كُلِّ سَلامَةٍ وَ مِنْ كُلِّ كَرَامَةٍ وَ مِنْ كُلِّ رِزْقٍ وَاسِعٍ حَلالٍ طَيِّبٍ وَ مِنْ كُلِّ نِعْمَةٍ وَ مِنْ كُلِّ سَعَةٍ نَزَلَتْ أَوْ تَنْزِلُ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ فِي هَذِهِ السَّاعَةِ وَ فِي هَذِهِ اللَّيْلَةِ وَ فِي هَذَا الْيَوْمِ وَ فِي هَذَا الشَّهْرِ وَ فِي هَذِهِ السَّنَةِ اللَّهُمَّ إِنْ كَانَتْ ذُنُوبِي قَدْ أَخْلَقَتْ وَجْهِي عِنْدَكَ وَ حَالَتْ بَيْنِي وَ بَيْنَكَ وَ غَيَّرَتْ حَالِي عِنْدَكَ فَإِنِّي أَسْأَلُكَ بِنُورِ وَجْهِكَ الَّذِي لا يُطْفَأُ وَ بِوَجْهِ مُحَمَّدٍ حَبِيبِكَ الْمُصْطَفَى وَ بِوَجْهِ وَلِيِّكَ عَلِيٍّ الْمُرْتَضَى وَ بِحَقِّ أَوْلِيَائِكَ الَّذِينَ انْتَجَبْتَهُمْ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَغْفِرَ لِي مَا مَضَى مِنْ ذُنُوبِي وَ أَنْ تَعْصِمَنِي فِيمَا بَقِيَ مِنْ عُمُرِي وَ أَعُوذُ بِكَ اللَّهُمَّ أَنْ أَعُودَ فِي شَيْ‏ءٍ مِنْ مَعَاصِيكَ أَبَدا مَا أَبْقَيْتَنِي حَتَّى تَتَوَفَّانِي وَ أَنَا لَكَ مُطِيعٌ وَ أَنْتَ عَنِّي رَاضٍ وَ أَنْ تَخْتِمَ لِي عَمَلِي بِأَحْسَنِهِ وَ تَجْعَلَ لِي ثَوَابَهُ الْجَنَّةَ وَ أَنْ تَفْعَلَ بِي مَا أَنْتَ أَهْلُهُ يَا أَهْلَ التَّقْوَى وَ يَا أَهْلَ الْمَغْفِرَةِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ارْحَمْنِي بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

DUANIN OXUNUŞU

Əllahummə inni əs`əlukə min bəhaikə biəbhah, və kul­­lu bəhaikə bəhiyy. Əl­la­hummə in­ni əs`əlukə bibə­ha­ikə kullih. Əllahummə in­ni əs`əlukə min cəlalikə biəcəllih, və kullu cəla­li­kə cəlil. Əllahummə inni əs`ə­lukə bicəlalikə kullih. Əlla­hum­mə inni əs`əlukə min cə­malikə biəcməlih, və kullu cə­malikə cəmil. Əl­la­hummə inni əs`əlukə bi­cə­malikə kullih. Əl­la­hummə inni əd`ukə kəma əmər­təni, fəstəcib li kəma vəəd­­­təni. Əllahummə inni əs`ə­lukə min əzəmətikə biə`zə­mi­ha, və kullu əzəmətikə əzi­məh. Əllahummə inni əs`əlukə biəzə­mətikə kulliha. Əlla­hummə in­ni əs`əlukə min nu­ri­kə biən­va­rih, və kullu nurikə nəyyir. Əllahummə inni əs`ə­lukə binu­rikə kul­lih. Əlla­hum­mə inni əs`ə­lu­kə min rəh­mə­ti­kə biəv­sə­iha, və kullu rəh­mətikə vasiəh. Əlla­hummə inni əs`əlukə bi­rəh­mətikə kul­li­ha. Əllahummə inni əd`ukə kəma əmərtəni, fəstəcib li kəma vəəd­təni. Əllahummə inni əs`ə­lukə min kəmalikə biəkməlih, və kullu kəma­li­kə kamil. Əlla­hummə in­ni əs`əlukə bikə­ma­likə kul­lih. Əllahummə inni əs`ə­lu­kə min kəlimatikə biə­təm­miha, və kullu kəli­ma­tikə tamməh. Əlla­hummə inni əs`əlukə bikəli­ma­ti­kə kulliha. Əllahummə inni əs`əlukə min əsmaikə biək­bə­ri­ha, və kullu əsmaikə kəbirəh. Əl­la­hummə inni əs`əlukə biəs­maikə kulli­ha. Əllahummə inni əd`ukə kə­ma əmərtəni, fəstəcib li kəma vəədtəni. Əllahummə inni əs`ə­lukə min izzətikə bi­əəz­ziha, və kullu izzətikə əzi­zəh. Əlla­hummə inni əs`əlukə biizzətikə kulli­ha. Əllahummə inni əs`ə­lu­kə min məşiyyətikə biəmza­ha, və kullu məşiyyətikə mazi­yəh. Əllahummə inni əs`ə­lukə biməşiyyətikə kul­liha. Əl­la­hum­mə inni əs`ə­lukə biqud­rə­ti­kəl­­lətis­tə­təl­tə biha əla kulli şəy`, və kullu qudrətikə mus­təti­ləh. Əllahummə inni əs`ə­lukə biqudrətikə kulliha. Əlla­hum­mə inni əd`ukə kəma əmər­təni, fəstəcib li kəma vəəd­təni. Əllahummə inni əs`ə­lukə min ilmikə biənfəzih, və kullu ilmikə nafiz. Əlla­hum­mə inni əs`əlukə biilmikə kullih. Əllahummə inni əs`ə­lukə min qəvlikə biərzah, və kullu qəv­likə rəziyy. Əlla­hum­mə inni əs`ə­lukə biqəv­likə kullih. Əlla­hummə inni əs`əlu­kə min mə­sai­li­kə biəhəbbiha, və kulluha iləykə həbib. Əlla­hummə inni əs`əlukə biməsai­likə kulliha. Əlla­hummə inni əd`ukə kəma əmərtəni, fəs­tə­cib li kəma vəəd­təni. Əllahummə inni əs`ə­lukə min şərəfikə biəş­rəfih, və kullu şərəfikə şərif. Əlla­hum­mə inni əs`əlukə bişə­rə­fikə kullih. Əlla­hum­mə inni əs`ə­lukə min sultanikə biəd­vəmih, və kul­lu sultanikə daim. Əl­la­hummə inni əs`ə­lu­kə bi­sul­tanikə kullih. Əlla­hum­mə inni əs`əlukə min mul­kikə biəf­xə­rih, və kullu muki­kə fəxir. Əl­la­hummə inni əs`əlukə bimul­kikə kullih. Əl­la­hummə inni əd`ukə kəma əmər­təni, fəstəcib li kəma vəəd­təni. Əllahummə inni əs`əlukə min əlaikə biə`­lah, və kullu əlaikə al. Əlla­hummə inni əs`əlukə biəlaikə kul­lih. Əllahummə inni əs`ə­lukə min ayatikə biə`cə­bi­ha, və kullu ayatikə əcibəh. Əlla­hum­mə inni əs`ə­lukə biayatikə kul­liha. Əlla­hum­­mə inni əs`əlukə min mənnikə biəqdəmih, və kul­lu mənnikə qədim. Əlla­hum­mə inni əs`əlukə bimən­nikə kullih. Əllahummə inni əd`ukə kəma əmərtəni, fəs­tə­cib li kəma vəədtəni. Əlla­hummə və inni əs`əlukə bima (mimma) əntə fihi minəş şuuni vəl cəbərut. Əlla­hummə inni əs`ə­lukə bi­kul­­li şə`nin və kulli cəbə­rut. Əllahummə və inni əs`əlukə bi­ma tucibuni bihi hinə əs`əlukə ya Əllahu ya la ila­hə illa ənt, əs`əlukə bi­bə­hai la ilahə illa ənt, ya la ilahə illa ənt. Əs`əlukə bi­cə­lali la ilahə illa ənt, ya la ilahə illa ənt, əs`ə­lukə bila ilahə illa ənt. Əlla­hum­mə inni əd`ukə kəma əmər­təni, fəstəcib li kəma vəəd­təni. Əllahummə inni əs`ə­lukə min rizqikə biəəm­mihi və kullu rizqikə amm. Əllahummə inni əs`əlukə bi­riz­qikə kullih. Əllahum­mə inni əs`əlukə min ətaikə biəhnəih, və kullu ətaikə həniyy. Əlla­hummə inni əs`­ə­lukə biətaikə kullih. Əl­la­hum­mə inni əs`ə­lukə min xəyrikə biə`cəlih, və kullu xəyrikə acil. Əllahummə in­­­ni əs`əlukə bi­xəy­rikə kul­lih. Əllahummə inni əs`­əlukə min fəzlikə bi­əf­zə­lih, və kullu fəzlikə fazil. Əlla­hummə inni əs`ə­lukə bifəzlikə kullih. Əlla­hum­mə inni əd`ukə kə­ma əmər­təni, fəstəcib li kə­ma vəədtəni. Əllahummə səlli əla Muhəmmədin və ali Mu­həm­məd, vəb`əsni ələl imani bi­kə vət təsdiqi birəsulik, ələy­hi və alihis səlam, vəl vilayəti li Əliy­yib­ni Əbi Talib, vəl bəra­əti min əduvvihi vəl it­mami bil əimməh, min ali Muhəmmədin ələyhimus sə­lam, fəinni qəd rəzitu biza­likə ya rəbbi. Əlla­hummə səlli əla Muhəmmədin əb­dikə və rəsulikə fil əvvəl, və səlli əla Muhəmmədin fil axi­rin, və səlli əla Muhəmmədin fil məlail ə`la, və səlli əla Mu­həm­mə­din fil mursəlin. Əlla­hummə ə`ti Muhəmmədənil vəsi­lətə vəş şərəf, vəl fəzilətə vəd dərəcətəl kə­birəh. Əlla­hum­mə səlli əla Muhəmmədin və ali Muhəm­məd, və qənni`ni bima rəzəq­təni, və barik li fima atəy­təni, vəhfəzni fi ğəy­bəti və kulli ğaibin huvə li. Əl­lahummə səlli əla Muhəm­mə­din və ali Muhəmməd, vəb`əs­ni ələ imani bikə vət təsdiqi birəsulik. Əlla­hum­mə səlli əla Muhəm­mədin və ali Muhəm­məd, və əs`əlukə xəyrəl xəyri rizva­nəkə vəl cənnəh, və əuzu bikə min şərriş şərri səxə­tikə vən nar. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəm­məd, vəhfəzni min kulli musi­bətin və min kulli bəliyyəh, və min kul­li uqubətin və min kulli fitnəh, və min kulli bə­la­in və min kulli şərr, və min kulli məkruhin və min kulli musi­bəh, və min kul­li afətin nəzələt əv tən­zilu minəs səmai iləl ərzi fi hazihis saəh, və fi hazihil ləyləti və fi hazəl yəvm, və fi hazəş şəhri və fi hazihis sənəh. Əllahum­mə səlli əla Muhəm­mədin və ali Muhəmməd, vəq­sim li min kulli sururin və min kulli bəhcəh, və min kul­lis­tiqamətin və min kulli fərəc, və min kulli afi­yə­tin və min kulli səlaməh, və min kulli kəra­mə­tin və min kulli rizqin vasiin həlalin təyyib, və min kul­li ni`mətin və min kulli səəh, nəzələt əv tənzilu mi­nəs səmai iləl ərzi fi hazihis saəh, və fi hazihil ləyləti və fi hazəl yəvm, və fi hazəş şəhri və fi hazihis sənəh. Əllahummə in kanət zunubi qəd əxləqət vəchi in­dək, və halət bəyni və bəynək, və ğəyyərət hali indək, fəinni əs`əlukə bi­nuri vəchikəlləzi la yutfə, və bivəchi Muhəmmədin həbibikəl Mustəfa, və bi­vəchi vəliyyikə Əliyyil Murtəza, və bihəqqi əvli­ya­ikəl­ləzi­nən­tə­cəb­tə­hum ən tusəlliyə əla Muhəm­mədin və ali Muhəmməd, və ən təğ­firə li ma məza min zunubi, və ən tə`siməni fima bəqiyə min umuri, və əuzu bikəl­la­hummə ən əudə fi şəy`in min məasik, əbədən ma əb­qəy­təni, hətta tətəvəffani və əna ləkə muti`, və əntə ənni raz, və ən təxtimə li əməli biəhsənih, və təc`ələ li səvabəhul cənnəh, və ən təf`ələ bi ma əntə əhluh, ya əhlət təqva və ya əhləl məğ­firəh, səlli əla Muhəm­mədin və ali Muhəmməd, vərhəmni bi­rəh­mətikə ya ər­hə­mər rahim.

DUANIN TƏRCÜMƏSİ

İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib, Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin calalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin calalının bütün dərəcələri alidir! İlahi, Sənin calalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin əzəmətinin ən böyük dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin əzəmətinin bütün dərəcələri böyükdür! İlahi, Sənin əzəmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin nurunun ən nurlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin nurunun bütün dərəcələri genişdir! İlahi, Sənin nurunun bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin rəhmətinin ən geniş dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin rəhmətinin bütün dərəcələri genişdir! İlahi, Sənin rəhmətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin kamalının ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin kamalının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin kamalının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin kəlamlarının ən bitkinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün kəlamların bitkindir! İlahi, Sənin kəlamlarının bütün dərəcələrinə and verib Səndən istəyirəm! İlahi, Sənin ən böyük adlarına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün adların böyükdür! İlahi, Sənin bütün adlarının haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin izzətinin ən yüksək dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin izzətinin bütün dərəcələri yüksəkdir! İlahi, Sənin izzətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin istəyinin ən nüfuzlu dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin istəyinin bütün dərəcələri nüfuzludur! İlahi Sənin istəyinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin hər bir şeyə hakim olan yenilməz qüdrətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qüdrətinin bütün dərəcələri hər bir şeyə hakimdir! İlahi, Sənin qüdrətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin elminin ən təsirli dərəcəsinə and verib Səndən istəyirəm, bir halda ki, Sənin elminin bütün dərəcələri təsirlidir! İlahi, Sənin elminin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən bəyənilən sözünün haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün sözlərin bəyəniləndir! İlahi, Sənin bütün sözlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, qəbul etdiyin ən sevimli hacətin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin qəbul etdiyin bütün hacətlər sevimlidir! İlahi, Sənin qəbul etdiyin bütün hacətlərin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin şərafətinin ən şərəfli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şərafətinin bütün dərəcələri şərəflidir! İlahi, Sənin şərafətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən əbədi səltənətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün səltənətin əbədidir! İlahi Sənin bütün səltənətinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin mülkünün ən qiymətli dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin mülkünün bütün dərəcələri qiymətlidir! İlahi, Sənin mülkünün bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin ucalığının ən yüksək dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin ucalığının bütün dərəcələri yüksəkdir! İlahi, Sənin ucalığının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən qəribə nişanənin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nişanələrin qəribədir! İlahi, Sənin bütün nişanələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin ən qədim nemətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin bütün nemətlərin qədimdir! İlahi, Sənin bütün nemətlərinin haqqına and verib Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Sənin uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm! İlahi, Sənin bütün uca məqam və böyüklüyünə and verib Səndən istəyirəm! İlahi, həqiqətən, Səndən istəyir və Sənə and verirəm istədiyim zaman mənə cavab verdiklərini! Ey Allah, ey Səndən başqa heç bir tanrı olmayan, “La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) kəlamının nurunun xatirinə Səndən istəyirəm! Ey Səndən başqa heç bir tanrı olmayan, “La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) kəlamının böyüklüyünün xatirinə Səndən istəyirəm! Ey Səndən başqa heç bir tanrı olmayan, “La ilahə illəllah” (Allahdan başqa heç bir tanrı yoxdur) kəlamının xatirinə Səndən istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Səndən ruzinin ən geniş qismini istəyirəm, bir halda ki, Sənin ruzinin bütün qisimləri genişdir! İlahi, Səndən ruzinin bütün qisimlərini istəyirəm! İlahi, Səndən ən böyük hədiyyəni istəyirəm, bir halda ki, Sənin bütün hədiyyələrin böyükdür! İlahi, Səndən bütün hədiyyələrini istəyirəm! İlahi, Səndən ən tez çatan xeyrini istəyirəm, bir halda ki, Sənin bütün xeyirlərin tez çatır! İlahi, Səndən bütün xeyirlərini istəyirəm! İlahi, Səndən ən üstün fəzlini istəyirəm, bir halda ki, Sənin bütün fəzlin üstündür! İlahi, Səndən bütün fəzlini istəyirəm! İlahi, mənə əmr etdiyin kimi, Səni çağırıram, elə isə mənə vəd etdiyin kimi, duamı qəbul et! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, məni Sənə imanlı olduğum, Peyğəmbərini (salam olsun ona və Əhli-beytinə) təsdiqlədiyim, Əli ibn Əbu Talibin vilayətini qəbul etdiyim (və ona məhəbbət bəslədiyim), onun düşmənlərinə nifrət bəslədiyim və Mühəmmədin Əhli-beytindən olan imamlara iqtida etdiyim halda qəbirdən qaldır! Çünki mən buna razıyam, ey mənim Rəbbim! İlahi, ilk sırada bəndən və rəsulun Mühəmmədə salam yetir! Axırıncı sırada da Mühəmmədə salam yetir! Yüksək aləmdə Mühəmmədə salam yetir! Elçilər sırasında Mühəmmədə salam yetir! İlahi, Mühəmmədə “vəsilə” məqamı, şərəf, fəzilət və böyük dərəcə əta et! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, nəsib etdiklərinlə məni qane et, əta etdiklərində mənə bərəkət ver, qaib (səfərdə) olduğum zaman məni və mənimlə birgə olan bütün qaibləri Öz pənahında saxla! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, məni də Sənə imanlı olduğum və Peyğəmbərini təsdiqlədiyim halda qəbirdən qaldır! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! (İlahi,) Səndən behişt və Sənin razılığın olan xeyirlər xeyrini istəyir və cəhənnəm və qəzəbin olan şərlər şərindən Sənə sığınıram! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, nazil olan, yaxud bu saat, bu gecə, bu gün, bu ay və bu ildə göydən yerə nazil olacaq bütün acı hadisələr, çətinliklər, işgəncələr, fitnələr, bəlalar, pisliklər, narahatlıqlar, müsibətlər və afətlərdən məni də qoru! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, nazil olan, yaxud bu saat, bu gecə, bu gün, bu ay və bu ildə göydən yerə nazil olacaq sevinc, şadlıq, müqavimət, fərəc, afiyət, sağlamlıq, kəramət, bol olan pak və halal ruzi, nemət və bolluqlardan mənə də nəsib et! İlahi, əgər günahlarım Sənin dərgahında məni xəcalətli edibsə, mənimlə Sənin aranda fasilə salıbsa və halımı Sənin dərgahında dəyişdiribsə, onda, sönməyən zatının nuruna, həbibin Mühəmməd Mustafanın və nümayəndən Əli Mürtəzanın hörmətinə və bəyənib-seçdiyin övliyaların haqqının xatirinə Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, mənim də keçmiş günahlarımı bağışlayasan və ömrümün qalan hissəsində məni günahlardan qoruyasan! İlahi, sağ olduğum, (yəni) məni öldürəcəyin vaxta qədər günahlardan birinə doğru qayıtmaqdan Sənə pənah aparıram! Mən Sənin itaətindəyəm və Sən də məndən razı qal! Əməlimi (aqibətimi) xeyirlə bitir, onun mükafatı olaraq behişti mənə nəsib et və Sənə layiq olanları mənim barəmdə də həyata keçir! Ey təqva və məğfirət əhli, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir və Öz rəhmətinlə mənə rəhm et, ey rəhmlilərin ən rəhmlisi!

(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)

Mübahilə günü – Əhli-beytin (ə) qələbə çaldığı gündür

Mübahilə - İslam Peyğəmbərinin (s) nübuvvətini isbat etdiyi gündür.
Mübahilə - İslamın izzət gündür.
Mübahilə - Əli (ə) vilayətinin bayrağının dalğalandığı gündür.
Mübahilə - Əhli-beytin (ə) ali dərəcisinin nümayiş olunduğu gündür.
Mübahilə - Peyğəmbər (s) Əhli-beytinin (ə) fəzilət dastanıdır. Allah Peyğəmbərə (s) əmr edir ki, ancaq qadınlarını, övladlarını və canlarını bu meydana aparsın. Həzrət Rəsuli-Əkrəm (s) də İmam Əlini (ə), İmam Həsəni (ə), İmam Hüseyni (ə) Həzrət Fatiməni (s.ə) bu meydana aparır.
Mübahilə - o gündür ki, İslam bütün həqiqəti ilə küfr və şirkin qarşısında dayanır və Ali-Kəsanın yəqinliyi sayəsində mübahilə meydanının qalibi olur. (Tebyan)
Bəs bu hadisədən hansı dərsləri almışıq?
1. Mübahilə - Həzrət Peyğəmbər (s) üçün son mübarizə yolu idi, çünki kafir məntiq yolunu qəbul etmirdi və ona görə də Həzrət (s) mübahilə etməyi təklif edir.
2. Mübahilə təklifini adətən o tərəf verir ki, öz haqlı olduğunu yaxşı bilir.
3. Mübahilə ayəsi Peyğəmbərin (s) nübuvvət məqamını aydın şəkildə isbat edir və hamı yəqin etdi ki, o, Allahın peyğəmbəridir.
4. Mübahilə aydınlaşdırdı ki, Həzrət İsa (ə) peyğəmbər olmuşdur, Allahın övladı deyil. Məxluqdur, xaliq deyildir.
5. Qadınla kişi bu meydanda çiyin-çiyinə idi.
6. Dua edən zaman məqsəd və hədəf mühümdür, insanların sayı deyil.
7. Bəlli oldu ki, Əli ibn Əbutalib (ə) - Peyğəmbərin (s) canıdır.
8. İnsanlarla bəhs edən zaman ilk addımda məntiqi dəlillər gətirmək lazımdır.
9. Əgər siz möhkəm dayansanız, rəqib batil olduğu üçün geri çəkiləcəkdir.
10. İslam dininin gücü – bu beş nəfərdədir. Həzrət Peyğəmbər (s) özü təkbaşına da nifrin edə bilərdi, ancaq o, öz Əhli-beyti (ə) ilə gəldi. Bu onu göstərdi ki, Peyğəmbərin (s) Əhli-beyti (ə) haqqa çatmaq üçün onunla birlikdədir. Hər an ölümü qarşılamağa hazırdırlar.
“Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri)çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq.(Peyğəmbər (s) bu hadisədə İmam Həsənlə İmam Hüseyni oğulları, Həzrət Fatiməni xanımların təmsilçisi və Həzrət Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61).

Mübahilə günü

«Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək!” Ali-İmran surəsi, ayə 61
Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür. Hicri 10-cu ildə, Hz.Peyğəmbərlə(s) mübahisə etmək üçün, Nəcran məsihiləri öz böyüklərindən və alimlərindən ibarət bir heyəti Mədinəyə göndərirlər. Bu heyət Hz.Rəsuli-Əkrəmlə(s) mübahisə edir və tutarlı dəlillərə rəğmən, yenə də Peyğəmbərin(s) peyğəmbərliyini qəbul etmirlər. Hz.İsanın(ə) Allahın oğlu deyil, bir peyğəmbər olduğunu qəbul etmirlər.

Peyğəmbərin(s) dəlilləri müqabilində yenə də təəssübkeşlik edən məsihilər barədə Hz.Rəsuləllaha(s) ayə nazil olur: “(İsanın haqqında) sənə göndərilən elmdən sonra, (yenə də) səninlə mübahisə edənlər olsa, onlara de ki: «Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə (qarğış) edib yalançılara Allahın lənət etməsini istəyək!”. (Ali-İmran surəsu, 61) Bu ayə tarixə “Mübahilə” ayəsi kimi düşüb. Mübahilə kəlməsinin kökü «bəhl»dir və mənası «lənət etmək»dir.

Peyğəmbər(s) məsihilərə bu təklifi verdikdə, onlar möhlət istədilər və Peyğəmbər(s) razılaşdı. Məsihilər belə qərara gəldilər ki, əgər Peyğəmbər(s) bir ordu ilə gəlsə, mübahiləyə razılaşsınlar. Yox əgər öz yaxınları ilə gəlsə, çəkinsinlər. Zilhiccə ayının 24-ü təyin olunmuş vaxtda Hz.Peyğəmbər(s) iki uşaqla, bir gənclə və bir qadınla gəlir. Bununla Hz.Rəsuləllah(s) Allahın tapşırığına əməl etmiş olur. Ayədəki “oğlanlarımız” kəlməsindən məqsəd Həsən(ə) və Huseyn(ə), “qadınlarımız” kəlməsindən məqsəd Xanım Fatimeyi-Zəhra(s.ə.), Peyğəmbərin(s) özü kimi təqdim edilən şəxs isə Hz.Əlidir(ə).

İlk öncə Peyğəmbər(s) buyurur: “Mən dua edim, siz “amin” deyin.” Xristianların başçısı isə: “Ey məsihilər! Mən elə nurlu çöhrələr görürəm ki, əgər, onlar Allahdan bir dağın məhv olmasını istəsələr, Allah bunu edər. Əgər, onlarla mübahilə etsəniz həlak olarsınız və yer üzündə bircə nəfər belə məsihi qalmaz!”. Beləliklə də məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qaldılar.


Bu hadisə İslamın haqq din olduğunu, Peyğəmbərin(s) haqq peyğəmbər olduğunu bir daha təsdiqlədi və məsihilər də, bunu etiraf etdilər.

Peyğəmbərin(s) Əhli-Beyti(ə) Əli(ə) Fatimə(s.ə), Həsən(ə) və Huseyndən(ə) ibarətdir. Və ayədəki “qadınlarımız” ifadəsi onu göstərir ki, Peyğəmbər(s) Əhli-Beytinə(ə) daxil olan yeganə qadın Hz.Fatimədir(s.ə). Digər cəhətdən “özlərimiz” ifadəsinin işlənməsi və Peyğəmbərin(s) özü ilə Hz.Əlini(ə) gətirməsi bu iki şəxsin bir can kimi olduğunu göstərir. Ayədəki “oğullarımız” ifadəsi isə İmam Həsənlə(ə) İmam Hüseynin(ə) Peyğəmbərin(s) balaları, nəslinin davamçıları olduğuna işarə edir.

“Mübahilə” günü, müsəlmanlar haqqın batil üzərində növbəti qələbəsini qeyd edirlər.

MÜBAHİLƏ” AYƏSİ VƏ ONUN QISA İZAHI

Bismillahir-rəhmanir-rəhim

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur:

فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ

“(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”

“Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir. Bu sözü “həlakət”, “qarğış”, “lənət” və “insanın Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılması” kimi də mənalandırmışlar.

“Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə, “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir.

Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəm (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran xristianları Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə de: Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz dəqadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib(yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik.

Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi dedi: “Əgər sabah Mühəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təmtəraqla, öz mürid və tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.”

Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Mühəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (“Məcməül-bəyan”, 2-ci cild, səh. 452 (ixtisarla).

Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, “mübahilə” ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur.

Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin arası təqribən iki kilometrdir.

“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ

“Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz!

Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar.

Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd Əlidir (ə)!”

“Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun Abbasi imam Rzadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).”

Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)”

İmam Rza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!”

Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rzanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-Taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir.

Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir.

İmam Rza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil. (“Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.)

“Biharul-ənvar” kitabında nəql olunur ki, Məmun imam Rzaya (ə) dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.”

İmam Rza (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) də çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!” (“Biharul-ənvar”, 10-cu cild, səh. 350)