Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Quran surələri haqqıda qısa məlumatar

Peyğəmbəri (s) qocaldan surə hansıdır?

"Nurus-səqəleyn"də həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunur:

 "Hud» surəsi məni qocaltdı"
Bu surənin ayələrindən alınan ümumi nəticə budur ki, müsəlmanlar heç vaxt düşmənin çoxluğu və hücumlarının şiddətinə görə meydandan qaçmamalıdırlar.

  İbn Abbas nəql edir: "Həzrət Peyğəmbər (s) üçün heç bir ayə "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də möhkəm durun, (doğru yolda olun)...." ("Hud"-112) ayəsi qədər çətin gəlməmişdi".

  Yaxınları həzrət Peyğəmbərdən (s) saçının tez ağarmasının səbəbini soruşanda, O Həzrət (s) "Hud" surəsini səbəb göstərdi(«Məcməül-bəyan»,5-ci cild,səh.199).

  Başqa bir rəvayətdə isə nəql olunur ki, «Hud» surəsinin 112-ci ayəsi nazil olanda, Həzrət (s) buyurdu: "Ətəyinizi kəmərinizə keçirin". Bu hadisədən sonra Həzrəti (s) bir daha gülən görən olmadı("Əl-mənsur").

  Haqqında bəhs etdiyimiz ayədə dörd göstəriş vardır: "Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də istiqamətlənin (doğru yolda olun) Tüğyan etməyin ki, Allah sizin nə etdiklərinizi görür".("Hud"112):

  Birincisi, Həzrətin(s) möhkəm duruşu (doğru yolda olması), ikincisi, bu möhkəmliyin ilahi rəngdə olması, üçüncüsü, Həzrətin (s) öz ətrafındakı müsəlmanları möhmək duruşda olması və nəhayət dördüncü göstəriş, bu mübarizədə ədalətə riayət olunmasıdır. Başqa sözlə, duruş, ixlas, möminlərə rəhbərlik və həddi aşmamaq.

(Administrator: Bu ayə və ya bu sürənin peyğəmbəri (s) qocaldan məqamını belə bir tərzdə təfsir edirlər ki, Peyğəmbər (s) Allahın dinini təbliğ etmək və risalət məsələsində çox ciddi və "ayaqlaı şişincə" ibadət edən şəxsdir. Ayədə, "Doğru yolda olun", "Tüğyan etməyin" sözləri külli mənada olmasına baxmayaraq, belə anlaşılır ki, öz ibadətini onsuz da az hesab edən kamil insan, təbii ki bu ayədən təsirlənib daha da məsuliyətini artıracaq. Beləliklə Peyəmbərin (s) nə üçün "bu surə məni qocaltdı" deməsi anlaşılan məsələdir.

Niyə mərhum üçün Fatihə surəsini oxuyuruq?

Hədislərə əsasən Fatihə Qurani-Kərimin qəlbidir. Hicr surəsinin 87-ci ayəsində Fatihə surəsi Quranla eyni məqamda göstərilir. Burada belə buyurulur:

“(Ya Rəsulum!) Biz sənə (hər namazda oxunub) təkrarlanan yeddi ayəni (Fatihə surəsini) və (böyük) əzəmətli Quranı verdik.”

Fatihə surəsi mərhəmət, məğfirət surəsidir. Bu surə Allahın mərhəmətini tərənnüm etdirir.

Muntəxəb ət-Təvarix (səh-795) və Şərh Şafiyə Əbi-Faris əsərində bu surəsinin fəziləti haqda belə bir hədis nəql olunub:

"Rum Qeysəri bir dəfə Abbasi xəlifəsinə məktub yazaraq deyir:

Biz İncildə görmüşük ki, hər kim səmimi qəlbdən bu 7 hərfə malik olmayan surəni oxusa Allah onun cəsədini cəhənnəm atəşində yandırmaz. O yeddi hərflər bunlardır: “Sa”, “Cim”, “Xa”, “Za”, “Şin”, “Zua”, “Fa”. Biz hər nə qədər araşdırdıq belə bir surəni Tövratda, İncil və Zəburda görmədik. Belə bir surə sizin asimani kitabınızda varmı?

Abbasi xəlifəsi alimləri topladı, amma onlar cavab verməkdən aciz qaldılar. Sonda bu sual İmam Hadiyə (ə) verildi.

O həzrət buyurdu: Bu Həmd (Fatihə) surəsidir. Deyilən 7 hərf onda yoxdur.

Bu hərflər niyə bu surədə yoxdur soruşdular. İmam buyurdu:

“Sa” hərfi Səbur-a (Həlak olmaq) işarədir.

“Cim” hərfi Cəhim-ə (Cəhənnəmin bir dibi) işarədir.

“Xa” hərfi xəbis-ə işarədir.

“Za” hərfi zəqqum-a (Cəhənnəmdə acılı və tikanlı bir qida) işarədir.

“Şin” hərfi şəqavət-ə (bədbəxtlik) işarədir.

“Zua” hərfi zülmət-ə işarədir.

“Fa” hərfi Afət-ə (bəla) işarədir.

Abbasi xəlifəsi bu cavabı Rum qeysərinə göndərdi və o qane oldu."

Еlә bir аn vаrmı ki, Аllаh bizdәn qаfil, biz Ondаn pünhаn оlаq?

 Оnlаr еlә bir Qurаn istәyirdilәr ki, tövhiddәn dаnışılmаsın vә bütlәrә аzаd şәkildә ibаdәt еdilsin
“YUNUS” SURƏSİ

(HӘZRӘT YUNUS İLАHİ PЕYĞӘMBӘRLӘRDӘNDİR; MӘKKӘDӘ NАZİL ОLMUŞDUR).

Suаllаr: 53. Müşriklәr hәzrәt Pеyğәmbәrdәn (s) Qurаnlа bаğlı nәlәri tәlәb еdirdilәr? 54. Qurаn оnu yаlаn, uydurmа sаyаnlаrı hаnsı işә dәvәt еdirdi? 55. Hәzrәt Yunusun qövmünün әhvаlаtı nеcә bаş vеrdi? 56. Nә üçün Qurаndа hәmin qövm hаqqındа dаnışılır? 57. Еlә bir аn vаrmı ki, Аllаh bizdәn qаfil, biz Ondаn pünhаn оlаq?

Surәnin mәtni hаqqındа:
  Bu surә Mәkkәdә, еlә bir şәrаitdә nаzil оlmuşdur ki, müşriklәr vәhyi inkаr еdir vә Qurаnı sеhr-cаdu аdlаndırırdılаr. Surәnin 15-ci аyәsindә buyurulur: “Müşriklәrә аydın аyәlәrimiz охunduğu vахt bizimlә görüşәcәklәrinә ümid еtmәyәnlәr dеyәrlәr: “Bundаn bаşqа bir Qurаn gәtir vә yа оnu dәyişdir.” Оnlаrа dе ki, mәnim оnu dәyişmәyә iхtiyаrım yохdur, mәn yаlnız vәhy еdilәnә tаbе оlurаm, Аllаhımа itаәtsizlik еtsәm, böyük günün әzаbındаn qоrхurаm.”
Tәfsirdә nәql оlunur ki, bәzi qürеyş bаşçılаrı hәzrәt Pеyğәmbәrә (s) dеdilәr: “Bizim üçün еlә bir Qurаn gәtir ki, Lаt, Üzzа, Mәnаt vә Hоbәlә ibаdәtimizә mаnе оlmаsın, bu bütlәrә irаd еdilmәsin.” Sоnrа mәsхәrә еdәrәk bildirdilәr: “Еy Mәhәmmәd (s), bizim yоlumuzа vә rәftаrımızа uyğun оlаn bаşqа bir Qurаn gәtir.” (“Mәcmәul-bәyаn”, c. 11, sәh. 270)
   Оnlаr еlә bir Qurаn istәyirdilәr ki, tövhiddәn dаnışılmаsın vә bütlәrә аzаd şәkildә ibаdәt еdilsin. Оnlаr qiyаmәt hаqqındа еşitmәk istәmir vә günаhlаrınа аzаd şәkildә dаvаm еtmәyә çаlışırdılаr. Bu insаnlаr könül istәklәrindәn әl çәkmәk fikrindә dеyildilәr. Оnа görә dә әqidәlәrinә zidd оlаn Qurаnın dәyişdirilmәsini tәlәb еdirdilәr. Hаnsı ki, Qurаn hеkаyә vә yа şеr kitаbı dеyildi ki, kimlәrinsә istәyinә görә әvәz оlunа.
Qürеyşin bu istәklәrinә bеlә cаvаb vеrilir: “Dе ki, mәnim bеlә bir hаqqım yохdur vә Аllаhın әmrinә itаәtsizlik еtsәm, qiyаmәt günü оnun әzаbınа düçаr оlаrаm.”
Bu surәnin bir nеçә yеrindә Qurаnın hаqq оlmаsı vurğulаnır. Surәnin bаşlаnğıcındа Qurаn hikmәt dоlu аyәlәr kimi tаnıtdırılır vә Оnun hәkim Аllаh tәrәfindәn nаzil еdildiyi bildirilir. Еlәcә dә, 38-ci аyәdә bәyаn оlunur ki, әgәr Qurаnı uydurmа bilirsinizsә, Аllаhdаn bаşqа istәdiyiniz kәsi kömәyә çаğırın vә оnun surәlәri kimi bir surә gәtirin.
   Yuхаrıdа dеyilәn Qurаnın möcüzәlәri kәlаmlаrındаndır. Çünki İslаm vә Qurаn düşmәnlәri öz mübаrizәlәrindә hеç nәdәn çәkinmәsәlәr dә, bu günәdәk Qurаn surәlәri kimi bir surә gәtirmәkdә аciz оlmuşlаr. Әlbәttә ki, оnlаrın bu аcizliyi hәmişәlikdir.
Bu surәdә tövbә vә Аllаhа dоğru qаyıdış fürsәtini әldәn çıхаrmış qövmlәrin аqibәtindәn dаnışılır, tövbә еtmәklә bәlаdаn qurtаrmış Yunis qövmü yаd еdilir. Bütün bu хаtırlаtmаlаr kаfirlәri imаnа, tövhidә vә Аllаhа dоğru qаyıdışа sәslәyir. Аllаh-tәаlа hәzrәt Yunusu yüz mindәn çох әhаlisi оlаn bir cәmiyyәtә pеyğәmbәr göndәrdi. Yunus pеyğәmbәr оnlаrı Аllаhа dоğru çаğırdı, аmmа tәkzibdәn bаşqа bir cаvаb аlmаdı. Nәhаyәt, bu cәmiyyәt Yunusun vәd еtdiyi әzаb әlаmәtlәri ilә rаstlаşdı. Yunus bu qövmdәn kәnаrlаşdı.
Әzаbın yахınlаşdığı mәqаmdа bu cәmiyyәt sоn fürsәtdәn fаydаlаnаrаq Аllаhа imаn gәtirdi vә tövbә еtdi. Аllаh-tәаlа оnlаrın tövbәsini qәbul еtdi vә zәlilеdici әzаbı оnlаrdаn uzаqlаşdırdı. Оnlаr әcәl günlәrinәdәk hәyаtdаn fаydаlаndılаr. (“Әl-mizаn”, c. 17, sәh. 252)
98-ci аyәdә охuyuruq: “Yunus qövmündәn sаvаy, әzаb gәlmәkdә ikәn imаn gәtirib, bu imаndаn fаydаlаnаn bir şәhәr vаrmı? Dünyа hәyаtındа әzаbı оnlаrdаn uzаqlаşdırdıq vә bir müddәt хоş güzәrаn vеrdik.”
   Аyәdә nәzәrә çаtdırılır ki, pеyğәmbәrlәrin dәvәtlәrini qәbul еtmәmiş vә Аllаhа imаndаn üz döndәrmiş kеçmiş qövmlәr hаmısı әzаbа düçаr оldulаr. Hәmin ümmәtlәr mәzәmmәt оlunur ki, nә üçün imаn gәtirmәklә fаydаlаnmаdılаr? Әslindә kеçmiş qövmlәr kimi rәftаr еdәn kаfirlәr vә müşriklәr mәzәmmәt оlunur. Оnlаrın аqibәti mәlum оlаn kеçmiş qövmlәr kimi hәrәkәt еtmәsi tәәccüb dоğurur.
Sоn fürsәtdә әzаbdаn yаха qurtаrа bilәn yеgаnә qövm Yunusun qövmü idi. Әzаb lаp yахınlаşdığı mәqаmdа оnlаr tövbә еtdilәr vә Аllаh оnlаrın tövbәsini qәbul еtdi.
   Аyәlәrdә Yunusun qövmü оnа görә хаtırlаnılır ki, bu әhvаlаt bütün dövrlәrdәki ümmәtlәr üçün ibrәt vә dәrs оlsun. Fürsәt vаrkәn hәzrәt Pеyğәmbәrә (s) “Lәbbеyk” dеmәyin fаydаsı nәzәrә çаtdırılır. Ахı qаrşıdа nә qәdәr fürsәtin оlduğu mәlum dеyil!
61-ci аyәdә girаmi Pеyğәmbәrә хitаbәn buyurulur: “Nә hаldа оlsаn, Qurаndаn nә охusаn, nә iş görsәniz, biz sizә şаhidik. Yеrdә vә göydә zәrrәcә bir şеy Аllаhdаn gizli dеyil. İstәr dаhа böyük, istәr dаhа kiçik nә vаrsа аçıq-аydın kitаbdа mәlumdur.
    Bu аyәlәrdә Аllаh-tәаlа öz pеyğәmbәrinә (s) buyurur ki, Аllаh bütün mәqаmlаrа vә işlәrә şаhiddir. Хüsusi ilә dә Qurаn охunduğu vахt! İstәr Qurаn tәnhаlıqdа охunsun, istәrsә dә insаnlаrа bәyаn оlunsun!
  Sоnrа bildirilir ki, Аllаhın şаhidliyi tәkcә Pеyğәmbәrә аid dеyil. Аyәdә bütün insаnlаr nәzәrdә tutulur vә bildirilir ki, sizin hеç bir işiniz bizә gizli dеyil vә bаşınızı qаtаn bütün işlәr bizim hüzurumuzdаdır.
   Bәli, bütün mövcudlаr hәr bir аn Аllаhın hüzurundаdırlаr. Hеç bir sözümüz vә işimiz zәrrәcә оlsа bеlә Аllаhа gizli dеyil. Bütün işlәrimiz mәlumdur vә qеyd оlunur. Nә vахtsа zәrrә-zәrrә öz әmәl vә rәftаrlаrımızın cаvаbını vеrәsiyik. Rәvаyәtdә bildirilir ki, hәzrәt Pеyğәmbәr (s) nә vахt bu аyәni охuyurdusа, аğlаyırdı. (“Tәfsiri-Qummi”, c. 1, sәh. 313)

Çətinlikləri dəf etmək, itən şeyi tapmaq, borcu qaytarmaq, ruzinin artması – “Muzzəmmil” surəsinin fəzilətləri

Muzzəmmil” surəsi Quranın 73-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 20 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxuyar, dünya və axirət çətinlikləri ondan dəf olar”. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxumağı davamlı edərsə, Allahın Peyğəmbərini (s) yuxuda görər və ürəyi istədiyini ondan istəyər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Muzzəmmil” surəsini işa namazında gecənin sonunda oxuyarsa, gecə və gündüz iki şahid kimi bu surə ilə birlikdə onu oxuyanın faydasına şəhadət verərlər. Allah ona pak həyat verər və pak ölümlə dünyadan gedər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsi yüz dəfə oxuyarsa, Allah yüz günahını bağışlayar və ona min həsənə əta edər”.
Bu surənin bərəkətləri:
1. Ərlə arvadın barışması. Əgər bu surəni yola getməyən ərlə arvad üçün şərbətə oxuyub onlara içizdirərlərsə, onlar mehriban olarlar.
2. İtəni tapmaq. Hər kim bir şeyi itirən zaman 10 gün hər gün bir dəfə bu surəni oxuyarsa Allahın izni ilə itirdiyini tapar.
3. Övlad sahibi olmaq üçün. Əgər ərlə arvad övlad sahibi olmurlarsa, hər ikisi oruc tutsun və iftar zamanı qüsl alsınlar və bu surəni bir dəfə suya oxusunlar və həmin sudan içsinlər.
4. Borcu qaytarmaq. Əgər kimin borcu varsa namazdan sonra bu surəni davamlı olaraq oxusun, borcunu qaytarar.
5. Ruzi artar. Hər kimin ruzisi az olar, 40 gün hər gün bir dəfə bu surəni oxusun, ruzisi artar.
6. Sehri batil edər. Əgər kiməsə sehr edilibsə, bazar günü bu surəni yazsın və yazdığını yuyub həmin şəxsə içizdirsin, sehri batil olar.

“TA-HA” SURƏSİ

 

Qurani-Kərimin 20-ci surəsi və 16-cı cüzündə yer alan “Ta-ha” surəsi 135 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.

   Bu surə də “müqəttəə hərfləri” – “Ta-ha” ilə başlayır və məşhur nəzərə görə, “müqəttəə hərfləri” Allah-Taala ilə Onun Peyğəmbəri (s) arasında bir rəmzdir. Buna rəğmən, rəvayətlər və təfsir kitablarında “Ta-ha” hərfləri müxtəlif cür mənalandırılmışdır. O cümlədən, imam Sadiqdən (ə) nəql olunan rəvayətdə bildirilir ki, “Ta-ha” Peyğəmbərin (s) adlarından biridir və mənası “Ya talibəl-həqq, əl-hadi iləyhi”dir; yəni “ey haqqı tələb edən və ona doğru hidayət edən!”

   Bu hədisdən belə anlaşılır ki, “Ta-ha” iki rəmzi hərfdən ibarətdir: “Ta” – “talibul-həqq” (haqqı tələb edən) və “ha” – “əl-hadi iləyhi” (haqqa hidayət edən) mənasına işarədir. Elə bu səbəbdən də, bəzi rəvayətlərdə Peyğəmbərin (s) Əhli-beyti “ali Ta-ha” (Ta-ha övladları) adlandırılmışdır. Necə ki, “Nüdbə” duasında imam Mehdi (ə) “Yəbnə Ta-ha” (Ey Ta-hanın oğlu!) adı ilə çağırılır. (“Biharul-ənvar”, 97-ci cild, səh.375; “Təfsiri-nümunə”, 13-cü cild, səh.157-158.)

“Ta-ha” surəsində də digər Məkkə surələrində olduğu kimi, daha çox tövhid və ona etiqadın nəticələri, şirkin bədbəxtlikləri, yaranış və məaddan danışılır.

Surənin ilk hissəsində Qurani-Kərimin əzəməti, Pərvərdigarın “camal” və “cəlal” sifətlərinə qısa şəkildə işarə olunur.

   İkinci hissə həzrət Musanın (ə) sərgüzəştindən söz açan səksəndən çox ayəni ehtiva edir və uyğun surə o həzrətin macərasını ətraflı şəkildə bəyan edən ilkin surədir. Bu ayələrdə həzrət Musanın (ə) peyğəmbər seçilməsi, peyğəmbərlik dönəmindən başlayaraq zülmkar Fironu haqqa dəvət etməsi, sehrbazlarla mübarizəsi və onların iman gətirməsi, həzrət Musanın (ə) Misirdən çıxması, Firon və tərəfdarlarının dəryada qərq olması, nəhayət, həzrət Musa (ə) ilə möminlərin nicat tapması, eləcə də, Bəni-İsrailin buzovpərəstliyi haqda məlumat verilir.

Üçüncü hissə məad – ölümdən sonrakı həyat və qiyamətin bir sıra xüsusiyyətlərinə həsr olunur.

Dördüncü hissədə yenə Qurani-Kərim və onun əzəmətindən söz açılır.

Beşinci hissədə Adəmlə Həvvanın behişt macərası, Şeytanın vəsvəsələri və nəhayət, onların yer üzünə enişindən danışılır.

Sonda isə düşündürücü öyüd-nəsihətlər bəyan olunur.

“TA-HA” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

وَمَنْ قَرَأَ سُورَةَ طه، أَعْطَاهُ اللَّهُ ثَوَابَ الْمُهَاجِرِينَ والأنصار

“Allah-Taala “Ta-ha” surəsini oxuyan kəsə mühacir və ənsar zümrələrinin savabını əta edər.” (“Məcməul-bəyan”, 7-ci cild, səh.1; “Əl-mustədrək”, 4-cü cild, səh.344, hədis 4853.)

2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə oxuyuruq:

لَا تَدَعُوا قِرَاءَةَ سُورَةِ طه فَإِنَّ اللَّهَ تَعَالَى يُحِبُّهَا وَ يُحِبُّ مَنْ قَرَأَهَا، وَ مَنْ أَدْمَنَ قِرَاءَتَهَا أَعْطَاهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ كِتَابَهُ بِيَمِينِهِ، وَ لَمْ يُحَاسِبْهُ بِمَا عَمِلَ في الإسلام، وَ اُعطي في الآخرة مِنَ الْأَجْرِ حَتَّى يَرْضَى

   “Ta-ha surəsini oxumağı tərk etməyin. Çünki Allah-Taala onu və onu oxuyanı sevir. Hər kəs onu davamlı şəkildə tilavət etsə, Allah-Taala qiyamət günü əməl dəftərini onun sağ əlinə verər, onun İslamda olan əməllərindən ağır hesab çəkməz və ona razı olanadək (Öz nemətlərini) əta edər.” (“Nurus-səqəleyn”, 3-cü cild, səh.367; “Təfsiri-nümunə”, 13-cü cild, səh.152.)