Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Səfər ayına aid yazılar

İmam Musa Kazimin (ə) mövludu

Bu gün müsəlmanların yeddinci İmamı Musa Kazim əleyhissəlamın viladət günüdür.
İslaminSesi.info xəbər verir ki, İmam Museyi Kazım (ə) hicri qəməri tarixi ilə 128-ci ildə səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Әbva adlı yerdə, İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. Onun anası Həmidə adlı xanım olub. İmam Museyi Kazım 54 il ömür sürüb və 35 il müsəlmanlara imamlıq edib.

İmamın həyatının son dövrü zindanlarda keçib və elə zindanda şəhid edilib.

İmam həyatı boyu çox məşəqqətlər çəkib və Abbasi xəlifələri tərəfindən ciddi təhdid hesab edilərək uzun illər zindan həyatı yaşayıb. İmam Musa Kazim(ə) bütün bu məşəqqətlərə baxmayaraq, səbirli olduğundan ona “Kazim”, yəni qəzəbini boğan və cilovlayan ləqəbi verilib.

Abbasi xəlifələrinin zülmündən əlavə imam öz dövründə digər problemlərlə də qarşılaşıb. Məhz İmam Musa Kazimin dövründə şiə məzhəbindən İsmailiyyə, Əftəhiyyə, Navusiyyə kimi qollar ayrılıb və insanların əqidələrində çaşqınlıq yaratmağa başlayıb. İmam belə əqidələrə qarşı mübarizə apararaq, insanların dini incanlarının sağlamlığını təmin edirdi.

Bu gün imamın qəbri İraqın Kazimeyn şəhərində yerləşir, onun pak qəbri yüz milyonlarla müsəlmanın ziyarətgahına çevrilib.

Maraqlı məqamlardan biri onun yerləşdirildiyi həbsxanaların 3 dəfə dəyişdirilməsidir. Buna səbəb isə həm Bəsrə, həm də Bağdad zindanlarının rəislərinin Harun ər-Rəşidə müraciətləri olub. Yüksək əxlaqı, imanı ilə imam zindandakılara o qədər təsir göstərib ki, artıq onlar Peyğəmbər (s) övladını dəmir barmaqlıqlar arxasında qalmasının nə dərəcədə böyük cinayət olmasını anlayıb, bu haqsızlığa şərik olmaqdan çəkiniblər. Elə buna görə də Bəsrədən xəlifəyə belə bir ismarıc göndərilib: “Onu geri al, yoxsa azad edəcəyəm!”

Təbii ki, Harun bu minvalla hakimiyyətinin əsaslarının sarsılmasının qaçılmaz olacağını anlayırdı. İmamın haqq səsini boğmaq, onu Allahın müəyyət etdiyi yoldan döndərmək mümkünsüz idi. Nəticədə İmam Museyi Kazım (ə) məsum əcdadları kimi şəhid edildi.

İmam Museyi Kazim (ə) hicri-qəməri tarixi ilə 182-ci il rəcəb ayının 25-də Abbasi xəlifəsi Harunun əmri ilə zəhər verilərək şəhid edilib.

Qeyd edək ki, İmam Museyi Kazımın (ə) Azərbaycanla da bilavasitə əlaqəsi olub. Həzrətin qız övladları – Rəhimə xanım və Həkimə xanım Abbasilərin Əhli-beytə (ə) qarşı həyata keçirdikləri təqiblərdən və zülmlərdən xilas olmaq üçün məmləkətimizə pənah gətirib, həyatlarının qalan hissəsini burada yaşayıb və bu torpaqda da dəfn ediliblər.

Həzrəti Rüqəyyənin (s) şəhadət günü

Bu gün səfər ayının 5-i Həzrəti Rüqəyyənin şəhadət günüdür

Atasının kəsilmiş mübarək başın alnından və dodaqlarından öpən bala yanğı ilə ağlayaraq deyir: "Atacan, üzünü kim belə al-qanə qərq edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim".
Bu gün həzrəti İmam Hüseynin(əleyhis səlam) məzlum balası həzrəti Ruqəyyənın (səlamullahi əleyha) Şamın xarabasında şəhid olduğu gündür. Bu şəhadət münasibətilə başda həzrəti İmam Zaman (əccələllahu fərəcəhuş sərif) olmaqla bütün Əhli-Beyt (əleyhimus salam) aşiqlərinə təsəlli deyirik.
Həzrət Rüqəyyənin (səlamullah əleyha) şəhadət tarixçəsi
"Əsr vaxtı Şamın xarabasında bibisi həzrəti Zeynəbdən (səlamullahi əleyha) şamlı uşaqların ora-bura getdiklərinin görən bala bibisindən uşaqların hara getdiklərini soruşur. Bibisi uşaqların evlərinə getdiklərini bildirir. Qızcığaz bibi, bəs bizim evimiz yoxdur? - deyə soruşur. Həzər Zeynəb (səlamullah əleyha) cavab verir ki, niyə yoxdur, bizim evimiz Mədinədədir. Bu zaman Xanım Ruqəyyənin (səlamullah əleyha) atası ilə birlikdə yaşadıqları anlar yadına düşür və atasını istəyir. Xarabanın bir guşəsinə çəkilərək qəmli halda yuxuya gedir. Yuxuda atasını görən bala, hövlnak yuxudan ayılır və ağlayaraq atasını çağırmağa başlayır. Qızın ağlaması xarabadakı digər xanımları da ağladır.
Xarabadan ucalan ah-nalə Yezidin sarayında da eşidilməyə başlayır. Yezidin məsələnin nə yerdə olduğunu bildikdə əmr edir ki, İmam Hüseynin (əleyhis səlam) kəsilmiş mübarək başını Xanım Ruqəyyəyə (səlamullah əleyha) aparsınlar.
İmam Hüseynin (əleyhis səlam) mübarək başını bir siniyə qoyub xarabaya gətirib qoyurlar Şəhidlər Sərvərinin qızının qabağında. Həzrəti Ruqəyyə (səlamullah əleyha) sininin üzərindəki örtüyü kənara çəkən zaman atasının kəsilmiş başını görən kimi başı əlinə götürərək ağuşuna basır. Mübarək başın alnından və dodaqlarından öpən bala yanğı ilə ağlayaraq deyir: "Atacan, üzünü kim belə al-qanə qərq edib? Atacan, boynunun damarlarını kim kəsib? Atacan, kim bizi uşaq vaxtı yetim qoydu? Atacan, yetim uşaqlar böyüyənədək kimə pənah apararlar? Atacan, kaş torpağı özümə yastıq edəydim amma saqqalını qana boyanmış görməyəydim".
Xarabanın bir guşəsində atasının başı ağuşunda bu cür oxşamalar deyə-deyə birdən səsi kəsilir. Xarabadakılar balanın yuxuya getdiyini düşündülər. Yaxınlaşdıqda o məzlum balanın canını tapşırdığını gördülər.
Xanımlar balaya qüsl verib onu elə orada da dəfn etdilər"
Əla lənətullahi ələl-qaumiz-zalimin

HƏZRƏT RÜQƏYYƏNİN (Ə) ŞƏHADƏTİ

Səfər ayının 5-i (noyabr ayının 5-i) imam Hüseynin üçyaşlı qızı həzrət Rüqəyyənin şəhaədətə yetdiyi gündür. Elə bu münasibətlə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi şiələrin ziyarətgahına çevrilmişdir.

Həzrət Rüqəyyənİn (ə) şəhadətİ

İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində aləmi-röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Bilirlər ki, balaca qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Əhli-beyt əsirləri özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də, gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar.

Tahir ibn Abdullah Dəməşqi deyir: Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Məxsusən, Zeynəbi-Kübra (ə) pərvanə kimi, o mübarək başın ətrafına dolanmağa başlayır. Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri imam Hüseynin (ə) müqəddəs başına deyir və ağlayırdı: “Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görmürdüm!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Sonra baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub!

Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər.

Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü-Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli-beytin (ə) xanımları nə qədər təsəlli versələr də sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: “Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm bərk ağlayır və sakit olmur. Ondan soruşdum: “Niyə ağlayırsan?”

Rüqəyyə (ə) mənə dedi: “Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?”

Mədİnədə həzrət Rüqəyyəyə (ə) əza məclİsİ

Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul olurlar. Onların zəiflikdən gözlərinin yaşı belə quruyur. O qədər yemək yemirlər ki, nəhayət, imam Zeynəlabidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyir. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına yemək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı.

Seyid ibn Tavus imam Sadiqdən (ə) belə nəql edir: “İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: “Ey mənim ağam, buyurun xörək meyil edin.”

İmam buyururdu:

“قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا”

“Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər.”

O həzrət ardıcıl bu sözləri təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı yemək və suya qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu.

Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli-beytin (ə) nə gecələr, nə də gündüzlər sakitliyi və aramlığı olmadı.

Mədinə əhalisi hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə) Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar.

Bir gün həzrət Zeynəb (ə) Şamda çəkdikləri müsibətlərdən danışarkən həzrət Rüqəyyə (ə) yadına düşür və buyurur: “Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.” (“Nasixut-təvarix”, səh.507 və