Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Fəth” surəsinin fəziləti

“Fəth” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Malınızı həyat yoldaşlarınızı, və qullarınızı Fəth surəsini oxumaqla məhv olmaqdan qoruyun, və sığorta edin. Çünki hər vaxt onu oxuyan bu surəni çox oxuyan kəslərdən olsa, Qiyamət günündə Allah tərəfindən carçı bir dəstəyə elə nida edər ki, bütün camaat eşidər, o deyər: Sən mənim xüsusi bəndələrimdən olmusan, onu mənim ləyaqətli bəndə-lərimə qovuşdurun, onu həmişəlik olan Behiştə daxil edin, əl dəyməmiş və Behişt kafuruna qarışdırılmış dadlı şərbətlərlə onu sirab edin.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Fəth surəsini oxusa, mənimlə Məkkənin fəthində iştirak etmiş, kəs kimidir. Başqa bir rəvayətdə gəlib ki, O, Həzrət Məhəmmədlə (s.ə.v.v) ağacın altında beyət etmiş kəs kimdir. Ömər ibn Xəttab deyir: Səfərlərin birində Peyğəmbər-Əkrəmlə (s.ə.v.v) birlikdə idik, Həzrət buyurdu: Dünən gecə mənə elə bir surə (İnna fətəha.. axıra kimi) nazil oldu ki, dünyada və onun içindəkilərdən daha yaxşıdır. Bu rəvayəti Buxari öz səhihində (kitabında) qeyd edib. Qutadə Ənəsdən nəql edir ki, Hüdeybiyyə müharibəsindən qayıtdığımız vaxt, Həcc əməlini yerinə yetirməyimizin qarşısını aldılar. Bu hadisədən bizim hamımız çox qəmgin və narahat idik ki, gözlənilmədən Allah bunu nazil etdi. "İnna fətəhna ləkə fəthən mubinən." Allahın Peyğmbəri (s.ə.v.v) buyurdu: Mənə elə bir ayə nazil oldu ki, nəzərimdə bütün dünyadan üstündür.
Cismi (can) ağrılar üçün bu ayələri yazıb onu yuyub, suyunu için, və yaxud bunları özündə saxlayın. "İnna fətəhna ləkə fəthən mubinən. Liyəğfirə ləkəllahu ma təqəddəmə min zənbikə vəma təəxxərə və yutimmə nemətəhu ələykə və yəhduyəkə siratən mustəqimən. Və yənsurəkəl-lahu nəsrən əziəzən." (Fəth-1-3).
Şənbə günündən başlayıb, hər gün beş dəfə bu surəni oxusun, və cümə günü bunu on bir dəfə oxusun, və hər dəfə oxuyub qurtardıqdan sonra "İza caə nəsrullah"-ı bir dəfə oxusun. Axırıncı dəfəni oxuyub, Allahdan öz hacətini istəsin. (Çox təcrübə olunub).
"Ya mufəttihu yəssir. Ya mufərricu səhhil.Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmər-rahimin."
(Ömrünüzdə bir dəfə bu xətmi (surəni) yerinə yetirin).
Ya qüsl edin qırx bir gün hər gün qırx bir dəfə oxusun. Birinci, ikinci, üçüncü, otuzuncu, qırx və qırx birinci günləri oruc tutsun. Qırx birinci gündə isə işriyyat ilə iftar edib (yemək yeyib), sədəqə versin.
Yaxud Şənbə günündən başlayıb birinci gün bir dəfə, Çərşənbə axşamı günündən başlayıb birinci gün bir dəfə, ikinci gün iki dəfə, üçüncü gün üç dəfə qırx birinci günə kimi davam edib, ikinci, üçüncü, otuzuncu, və qırx birinci günləri oruc tutub, sədəqə verməyi unutmasın.
Fəth surəsinin əvvəlindən "İnna fətəhna"dan başlayıb yeddinci ayəyə "Əzizən Həkimən"-ə kimi zəfəran suyu ilə bir qızın paltarına yazsan, ona ər tapılar.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə