Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Ər-Rəhman” surəsinin fəziləti

“Ər-Rəhman” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Namazlarınızda "ər-Rəhman" surəsini oxumağı tərk etməyin. Çünki qərar tapmaz. Qiyamət günü Allah onu ən gözəl və xoş iyli adamlar sifətində gətirər, və elə bir yerdə dayanar ki, Allaha nisbət ondan yaxında heç kəs dayanmaz. O zaman Allah ona xitab edər: Səni oxuyanlar kimlərdir, və namazda həmişə səni tilavət edərdilər? Sonra o deyər: Filan və filan. Beləliklə onların çöhrəsi ağ və nurlu olar, və onlara (onu oxuyanlara) deyər, hər kimi istəyirsiniz şəfaət edin. Onlar da bacardıqları qədər şəfaət edərlər, və bir kəs nəzərdən kənarda qalmaz. Sonda Allah buyurar, Behiştə daxil olun, və onun hansı yerində istəyirsiniz özünüzə mənzil seçiniz.
2-İmam Sadiq (ə) buyurdu: Hər kəs "ər-Rəhman" surəsini oxusa, və hər dəfə "Fəbiəyyi alai rəbbikuma tukəzziban" ayəsini oxuyandan sonra, "La bişəyin min alaikə rəbbi ukəzzib" cümləsini (yəni "Ey pərvərdigar, mən Sənin nemətlərinin heç birini təkzib etmirəm") gecə yaxud gündüz oxuyub dünyadan köçsə, şəhid kimi şəhid kimi ölmüşdür.
3-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu:Hər kəs ər-Rəhman surəsini oxusa, Allah onun zəifliyinə və gücsüzlüyünə görə ona rəhm edər. Allahın ona verdiyi nemətlərin şükrünü yerinə yetirmişdir. Həzrət Musa ibn Cəfər (ə) hörmətli atalarından, onlar da peyğəmbərdən (s.ə.v.v.) rəvayət edib ki, O həzrət belə buyurdu: Hər bir şey üçün gəlin vardırsa, Quranın da gəlini ər-Rəhman surəsidir.
Həmmad ibn Osman deyir ki, Həzrət Sdiq (ə) belə buyurdu: Bütün kişi və qadınlara cümə günündə Ərrəhman surəsini oxumaq lazımdır. Belə isə hər zaman bu surəni oxuyanda, "Fəbiəyyi alai rəbbikuma tukəzziban" ayəsini oxudu, "La bişəyin min alaikə ya rəbbi ukəzzib" cümləsini desin. O Həzrət yenədə buyurdu: Bir kəs cümə axşamı ər-Rəhman surəsini oxusa və hər dəfə "Fəbiəyyi alai rəbbikuma tukəzziban" ayəsini oxuyandan sonra "La bişəyin min alaikə ya rəbbi ukəzzibu" cümləsini desə, Allah onun üçün bir mələk müvəkkəl edər ki, əgər o bu surəni gecənin əvvəlində oxuyubsa, sübhə kimi onu qoruyarlar. Əgər o bu surəni sübh vaxtı oxuyubsa, bir mələyin gecəyə qədər onu qorumağını buyurar.
Doğuşun asan olmasına xatir bu ayəni yazıb hamilə qadının belinə bağlasınlar, və doğuşdan sonra isə onu açsınlar. (təcrübə olunub). "Sənəfruğu ləkum əyyuhəs-səqəlan. Fəbiəyyi alai rəbbikuma tukəzziban" (ər-Rəhman-31-32). Hacətlərin qəbul olunmasına və dərəcələrin yüksəyə qalxmasına xatir həftə ərzində bu yeddi surəni hər gündə dörd dəfə nə az və nə çox oxusa, mətləblərinə nail olar, İnşaallah. Şənbə günü Fəth surəsini, yekşənbə günü Yasin surəsini, düşənbə günü Vaqiə surəsini şənbə günü Qul uhiyə (Cin) surəsini pəncəşənbə günü, Təbarək (Furqan surəsini) cümə günü Əlif-lam-mim səcdə surəsini oxusun.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə