Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ “Məaric” surəsinin fəziləti

“Məaric” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Səələ Sailun surəsini çox oxuyun. Çünki hər kəs onu çox oxusa, Allah Qiyamətdə onun etdiyi günahdan soruşmaz, və Behişə ona Nəbiyyi-Əkrəm (s ə v v) və əhli beyti ilə birlikdə yer verər, inşaallah.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Səələ Sailun surəsini oxusa, Allah ona əhdə və əmanətə riayət edənlərin və həmçinin namazlarını qoruyanların savabını əta edər.
Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edir: Hər kəs Məaric surəsini oxusa, Allah namaz qılan-ların, Həcc edənlərin, oruc tutanların, zəkat verənlərin və əmanətə riayət edən kəslərin savabını onun əməl dəftərində yazar.
Əgər bir kəs gecə bu surəni oxusa, heç vaxt möhtəlim (cunub, cənabətli) olmaz.
İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha və onun kitabına imanı vardırsa, bu surəni oxumağı tərk etməsin.
Hər kəs gecə və gündüz bu surəni oxumağı davam etdirsə, hər cür hacəti olsa, qəbul olar.



Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə