Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran SURƏLƏRİN FƏZİLƏTİ Muzzəmmil” surəsinin fəziləti

Muzzəmmil” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün işa namazında yaxud gecə yarısı Muzzəmmil surəsini oxusa, gecə və gündüz Müzzəmmil surəsi onun üçün şəhadət verərər, və Allah onu bəyənilmiş yaşayışla diri saxlayar, pak ölümlə öldürər.
Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Muzzəmmil surəsini oxusa, dünya və axirətin çətinlikləri onun üzərindən götürülər.
Bütün hacətləri qəbul olunmasına xatir aşağıdakı xətmi oxuyun.
On bir gün sübh namazından sonra bu surəni on bir dəfə oxuyub qurtardıqdan sonra, bu duanı da on bir dəfə oxuyun. "Ya Musəbbibu səbbib. Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya mudəbbiru yəssir. Ya muyəssiru yəssir. Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmərrahimin."
Şeyx Bəhayi deyir: Hacətimin qəbul olunmasına xatir bu xətmi oxudum elə birinci günü ona nail oldum.
Əgər ərlə arvad arasında ixtilaf ortaya çıxsa, mübarək Muzəmmil surəsini üç dəfə düzəldilmiş şərbətə oxuyun onların ikisinə də içirtsəniz, bir-birini sevib, mehriban olarlar.
Hər kəs Muzzəmmil surəsini yazıb özündə saxlasa, hər yerə getsə, qələbəyə nail olar.
Hər kəs bu surəni oxusa, işləri asanlaşar. Hər kəs bir şeyi itirmiş olsa, on gün və hər gündə Muzzəmmil surəsini bir dəfə oxusa, Allahın köməkliyi ilə itirdiyi tapılar.
Əgər bir kəsin övladı yoxdursa, ər və arvad hər ikisi oruc tutsunlar, və iftar vaxtı qüsl etsinlər, sonra mübarək Muzzəmmil surəsini suya oxuyub o sudan içsinlər, inşaallah övlad sahibi olarlar.
Əgər bir kəsin bədənində ağrısı olsa, Muzzəmmil surəsini acı badama (yağına) oxuyub, xəstənin bədəninə sürtsələr sağalar.Əgər bir kəsin ruzisi azdırsa, qırx gün və hər gündə Muzzəmmil surəsini bir dəfə oxusa, ruzisi çoxalar.
Əgər bir kəsin sehrləmiş olsalar, bazar günü (yek şənbə) bu surəni yazıb sehrlənmiş adama yedizdirsəniz, sehri dəf olar.



Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə