“Tariq” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəsin vacibi namazlarda oxuduğu "Əssəma vəttariq" surəsi olsa, Qiyamət günündə Allah yanında məqam və mənsəb sahibi olub, Behiştdə Peyğəmbərlərin (ə) və dostlarının həmdəmlərindən olacaqdır.
Allahın Rəsulu (s.ə.v.v): ət-Tariq surəsini oxuyan kəsə Allah səmadakı ulduzların sayı qədər on həsənə bağışlayar.
Hər kəs bu surə oxunmuş suyu yaranın üzərinə töksə, inşaallah şifa tapar.
Möhtəlim olmamaq (cunub) üçün yatan aşağıdakı ayəni oxusun: "Yəxrucu min bəynissulbi vəttaraib. İnnəhu əla rəcihi ləqadir." (Tariq
7-8).
Möhtəlim olmamaq üçün yatanda bu surəni oxusun.
İmam Sadiq (ə) buyurdu: Əgər yatanda Tariq surəsini oxusalar, möhtəlim olmaqdan amanda qarlarlar.
Hacətlərin qəbul olunmasına, və yüksək dərəcələrə nail olmaqdan ötrü bu yeddi surəni həftənin günlərində hər gündə dörd dəfə oxusa mətləbinə çatar, inşaallah.
Şənbə günü Fəth surəsini, yekşənbə (bazar) günü Yasin surəsini, duşənbə, (birinci) günü Vaqiə surəsini, seşənbə (ikinci) günü Ərrəhman surəsini, çahar şənbə (üçüncü) günü Qul uhiyə (Cin) surəsini, pənc şənbə (dördüncü) günü Təbarək (Mülk) surəsini cümə (beşinci) günü isə əlif-lam-mim Səcdə surəsini oxusun.
Həzrət Əmirəl-möminin Əli (ə) buyurdu: Hər kəs Qurandan hansı surəsindən olursa-olsun yüz dəfə oxuyub, sonra Ya Allah desə, əgər daşa belə oxusa Allah o daşı yarar. («Səfinətul bihar» 1-səh-446)

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.