“Ğaşiyə” surəsinin fəziləti

1-İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün gündəlik beş vacibi və müstəhəbbi namazlarında "Həl ətakə hədisul ğaşiyə" surəsini həmişə oxusa Allah onu iki aləmdə öz rəhməti ilə başdan ayağa qədər örtər, və Qiyamət günündə onun cəhənnəm odundan və əzabından azad olmasına fərman verər. (rəhm edər)
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu: Hər kəs Ğaşiyə surəsini oxusa, Allah onun hesabını asan tutar.
-Əgər bu surəni yeməli bir şeyə oxusa, ona zərəri dəyməz.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.