Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Kim öldürür? (Qısa məlumat)

Allah, Əzrail, yoxsa digər mələklərmi öldürür?
Qurani-Məcid ruhun çıxarılması, Allaha (39-cu surə, 41-ci ayə), Əzrailə və (32-ci surə, 11-ci ayə) Əzrailə bağlı (ona tabe olan) mələklərə (41-ci surə, 26-cı ayə) aid edilib.
Hər üçü həqiqətdir. Əzrail və ona bağlı mələklər Allah-Taalanın əmri ilə canları alırlar. Məsələn, əgər bir sultan öz sərkərdələri və qoşunu vasitəsilə bir ölkəni fəth edirsə “filan ölkəni sultanın qoşunu fəth etdi” və ya “filan sərkərdə fəth etdi” deməyin heç bir eybi yoxdur və həqiqətdə qoşunun hökmranlığını və rəhbərliyini öhdəsinə alan sultan fəth etmişdir. Əlbəttə, bu misallar məsələnin dərk olunması üçündür, yoxsa əsil mətləbimiz bundan çox-çox ucadır.
Rəbbimiz ölüm üçün vasitələr yaradıb

Bir sözlə, ölüm məqamı Allah-Taala ruhu, canı alır. Amma diqqət etməliyik ki, Allah dünyanı səbəblər evi kimi yaratmışdır, o cümlədən ölüm üçün də vasitələr müəyyən etmişdir. Məsələn, damdan yıxılmaq, xəstələnmək, öldürülmək və sair. Əlbəttə bütün bunlar səbəbdir. Axı (ölümdən də) ağır xəstəliyə tutulanlar vardır ki, yaşayırlar. Deməli, bu (xəstəlik), təklikdə ölümə səbəb olmur. Bəli, yalnız ömür sona yetdikdə Allah onun ruhunu çıxarır. Necə ki, bəzən tam sağlam adamların qəfil ölümünə şahid oluruq.
Can alamq üçün gələn ölüm mələyinin görünüşü
Ruhu çıxarmaq üçün gələn mələk can verənlərə müxtəlif şəkillərdə görünür. Rəvayətə görə Həzrəti İbrahim (əleyhissalam)-a kafir şəxsin canını alan vaxtda Əzrailin surətini görməyi arzuladı. Bildirildi ki, buna taqətin çatmaz. Amma İbrahim (əleyhissalam) görmək istədiyini təkid etdi. Əzrail özünü deyilən surətdə İbrahim (əleyhissalam)-a göstərdi; rənki qara, bədəninin tükləri biz-biz durmuş, pis qoxulu, qara libaslı, ağız və burnundan od qığılcımları püskürən bir kişi! İbrahim qəşş etdi... Özünə gəldiyi zaman buyurdu: “Əgər kafir şəxsə heç bir əzab verilməzsə, səni görmək əzabı ona bəsdir.”


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə