Çr.ax10222019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Həzrət Əlinin (ə) haqsılığa münasibəti

Həzrət Əlinin (ə) haqsılığa münasibəti

Təlhə, Zübeyr və s. Bəsrədə Əli (əleyhissalam)-ın əleyhinə Cəməl müharibəsinə başladıqda Bəsrə camaatı da kor-koranə ara qızışdıranların ardınca düşərək haqsızların tərəfində durdular.
Döyüş bitdikdən sonra İmam Əli (əleyhissalam) şəhər əhalisini şiddətli tənqid atəşinə tutaraq onları üzləşəcəkləri böyük bəlalardan uzaq olmağa çağırırdı. Çünki Bəsrə camaatı öz fikirlərini şeytana ov etdilər və eləcə də öz qüdrət və imkanlarını dünya pərəst günahkarların ixtiyarında qoydular. Həzrət onlara buyurdu: “Siz filan arvadın qoşunu, eləcə də heyvan (dəvə) dalınca düşənlər idiniz, sizin əxalqınız pozğun, əhdinizsə tapdanmış yalan idi.
Allah əzabının göy və yerdən sizlərin üstünə enməsini sanki hiss edir və hamınızın məhv olmasını görürəm.
And olsun Allaha, ölkənizi su basar, təkcə məscidin ən uca zirvəsi gəminin köksü, yaxud üzü üstə düşmüş dəvə quşu kimi görsənər. Ölkənizin torpağı torpaqlar içində ən gərəksizdir, suya hər yerdən yaxın və asimana uzaqsınız. Cəmiyyətinizin 90 faizi günaha yuvarlanıblar. Günaha mürtəkib olanlar ondan uzaqlaşsalar, Allahın əfvi ilə qarşılaşarlar.[17]
İmam Əli (əleyhissalam) öz qısa cümlə və fikirləri ilə bütün cahillərə aldanma-malarına xəbərdarlıq etdi: Qarına nökər olub zalım və müfsidlərə uymayın yoxsa Bəsrə camaatı kimi qəddar əyyaşların ovuna çevrilib puç olarsınız İbni Abbasın söylədiyinə əsasən.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə