Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əməl əhli olun!

Zəhhak ibni Qeys Müaviyənin yaxın köməkçilərindən biri, eləcə də qaniçən qarınqulu və dərbar nökəri idi.
Həkəmeyn macərasından və Xəvaricin məhvindən sonra Müaviyə Həzrət Əli (əleyhissalam)-ın öz ordusunu onlunla müharibəyə hazırlamasından xəbər tutduqda vəhşətə düşdü. Dəməşq və ətraf camaatı Əli (əleyhissalam)-ın ordusu ilə müharibə aparmaq üçün hərəkət etməyəə çağırdı. Müaviyə Zəhhak ibni Qeysi yüz dörd min nəfərlik ordusuna başçı təyin edib bütün ixtiyarları ona tapşıraraq hücum, qətl və qarət əmri verdi. Zəhhak öz ordusu ilə Kufəyə sarı yollandı. Yol boyunca minlərlə qətl və qarətə başladı. Sələbiyyə adlı məntəqəyə yetişkdikdə Məkkəyə tərəf həcc mərasimini yerinə yetirməyə gedən karvana həmlə edərək karvan camaatını talayıb azmış kimi aldı Abdullah ibni Məsudun qardaşı oğlu və Peyğəmbərin səhabəsi Əmr ibni Üəysi bir dəstə öldürdü. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət İraq camaatının o qoşuna doğru gəlməsini təkid etdi. Həzrət Əli (əleyhissalam) camaatın süstlük etməsini gördükdə şəxsən özü Kufədən çıxıb Qərrəbəynə sarı yola düşdü. Hücr ibni Ədi özünün dilavər və müxlis köməkçisini çağırıb dörd min nəfər döyüşçü ilə cəbhəyə yola saldı. Hücr ibni Ədi ordu ilə hərəkət edərək Tədəmmür torpağında Zəhhakın qoşunu ilə toqquşdu. Beləliklə müharibə başlandı. Bu döyüşdə Zəhhakın ordusundan 19 nəfər öldürüldü. Hücrin qoşunundan isə iki nəfər şəhadətə yetişdi, axşam düşdükdə Zəhhak kecənin qaranlığından istifadə edərək həmin məntəqədən qaçdı. Səhər açıldıqda Hücr ibni Ədi Zəhhakın qoşunundan bir nəfəri belə görmədi. Zəhhakın qoşununun qarət və Beytüllahil-Hərəmə gedən ziyarətçilərə həmlə etmək xəbəri Əli (əleyhissalam)-a çatdıqda bir xütbə oxudu ki, həmin xütbə “Nəhcül-bəlağə”də (xütbə 29də ) əks olunub. Bu xütbədə Həzrət ünsürcə süst olanları danlayıb dedi: "Ey özləri bir-birinin yanında olub ürəkləri bir-birindən ayrı olanlar! Danışmaqda o qədər qaynarsınız, sanki daşları sındıracaqsınız, əmələ gəldikdə isə süstlük göstərirsiniz. Bilin ki, zəif və gücsüz adamlar zülmün qarşısını heç vaxt ala bilməzlər. Əməl adamı olun söz yox! Sizlərin işi o yerə çatıbdır ki, qələbəsi nəticəsiz, oxları kamansızlara bənzəyirsiniz."
“And olsun Allaha ki, sözlərinizi təsdiq etmirəm və sizin qələbənizə heç bir ümidim yoxdur.” Axı nə dərdiniz vardır, dərmanınız nədir? Onlar da (düşmənləriniz) sizin kimi adamlardır, niyə onlar dəyanətli, sizlər isə zəif olmalısınız? Niyə gərək belə olsun?!"

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə