Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Dualar - Zikrlər "Nadə Əli (ə)" duası

Dualar - Zikrlər

"Nadə Əli (ə)" duası

“Nadə-Əli (ə)” duası və onun xüsusiyyətləri

Haqqında mühüm təsirlər zikr olunmuş dualardan biri də mübarək “Nadə-Əli” duasıdır. Bu dua iki beytdən ibarətdir.
ناد علياً مظهر العجائب
تجده عوناً لك في النوائب
كل هم و غم سينجلي
بولايتك يا علي يا علي يا علي
Oxunuşu:
Nadə Əliyyən Məzhərəl-əcaib!
Təcidhu əvnən ləkə fin-nəvaib.
Kullu həmmin və ğəmmin səyəncəli,
Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!

Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!
Bütün qüssə və kədərlər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
Biz onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları “Min bir xətm” kitabından istifadə edərək burada veririk.
1.”Nadə Əli” (ə) duasının gündə azı yüz on dəfə oxunmasının itmiş şeyin tapılmaısnda və itmiş şəxsin qayıtmasında çöx böyük təsiri var.
2. Bir qrup adamın ucubatından çətinliyə düşən şəxs bu duanı yeddi dəfə oxuyub onlara tərəf üfürsə, onlardan heç bir zərər görməz.
3. Düşməndən qorxan şəxs onu iyirmi yeddi dəfə oxusa, onları pərakəndə salıb məğlubiyyət uğradar
4. Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq lazımdır.
5. Əgər bir şəxs sənə qarşı qəzəblənibsə, buna görə onu yetmiş bir dəfə oxu və üç dəfə də oxuyub şəxsin üzünə üfür.
6. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
7. Cümə gününün əvvəlində on iki dəfə oxuyan şəxsin sözü keçərli olar.
8. Böhtana düşmüş şəxs onu dəf etmək üçün səhər və axşam qırx dəfə oxumaq lazımdır.
9. Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə oxumaq lazımdır.
10. Var-dövlətin artması üçün hər gün otuz bir dəfə oxumaq lazımdır.
11. Düşmənlərə qələbə çalmaq üçün, hər gün on yeddi dəfə oxumaq lazımdır.
12. Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün on yeddi dəfə oxumaq lazımdır.
13. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün otuz dörd dəfə oxumaq lazımdır.
14. Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq lazımdır.
15. Xəzinələri ələ gətirmək və muharibələrdə qələbə əldə etmək üçün qırx dəfə oxumaq lazımdır.
16. Həzrət Məhəmməd Peyğəmbəri (səlləllahu ələyhi və alih) yuxuda görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.
17. Həbsdən xilas olmaq üçün yeddi gün və hər gün on altı dəfə oxumaq lazımdır.
18. Bağlı qapıların və bəxtin açılması üçün hər gün əlli dəfə oxumaq lazımdır.
19. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün on altı dəfə oxumaq lazımdır.
20. Qətl və düşməndən amanda qalmaq üçün səkkiz gün və hər gün on səkkiz dəfə oxuyub o şəxsə tərəf üfürmək lazımdır.
21. Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi dəfə oxumaq lazımdır.
22. Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rütbəli şəxslərin) yanında qəbul olması üçün altı gün müddətində hər gün yüz dəfə oxumaq lazımdır.
23. İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.
24. İki zalımın arasında düşmənçilik salmaq üçün hər gün iyirmi dəfə oxumaq lazımdır.
25. Düşmənin avara və sərgərdan olması üçün hər gün otuz dəfə oxumaq lazımdır.
26. Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün hər gün otuz dəfə oxumaq lazımdır.
27. Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə oxumaq lazımdır.
28. Qəlbin qüvvətlənməsi üçün hər gün iyirmi beş dəfə oxumaq lazımdır.
29. Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün yüz dəfə oxumaq lazımdır.
30. Düşmənin hiylə və tüğyanının qarşısını almaq üçün hər gün yüz dəfə oxumaq lazımdır.
Bunlardan əlavə Nadə-Əli (ə) zikrini hər gün yetmiş dəfə oxumağın hacətlərin rəva olmasında, həyatdakı çətinliklərin həll olmasında və başqa mühüm işlərdə çox böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. Deyilənə görə imamlardan (ələyhim-səlam) biri onun yuxusuna gəlib, onun üzləşdiyi hadisədən qurtuluş yolunu ona açıqlayar.

Yazının tərtibində tərcmə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Nəzərinizs  

+17 #2 irəli: "Nadə Əli (ə)" duasıGuest 2013-12-30 13:51
bu duanin mp3 versiyasi olsaidi dahada gozel olardi .indiden tesekkurler!!
+14 #1 ya aliibrahim 2013-05-24 07:17
Nadə Əliyyən Məzhərəl-əcaib!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə