Bz09222019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Sadiq (ə) Məqalələr İmam Sadiqin (ə) buyurduqlarından

İmam Sadiqin (ə) buyurduqlarından

1.Həzrət İmam Sadiq (ə) Himran ibn Əyuna buyurub: “Özündən aşağı vəziyyətdə olanlara bax!
 
Bacarıq və imkanda özündən yüksəkdə olanlar baxma! Bu, dediyimə əməl etdiyin təqdirdə, sənin ruzin olanla razılaşacaqsan. (Belə olarsa) layiqdir ki, Rəbbin onu  artırsın. Bil ki, daimi, az və yəqinlə yerinə yetirdiyin əməl, yəqinsiz uzun əməldən Allah yanında daha yaxşıdır. Bil ki, Allahın haram etdiyindən çəkinmək və möminlərə əziyyət etməyi tərk etmək və onların qeybətini etməkdən daha faydalı təqva (zahidlik) yoxdur. Gözəl xasiyyətdən daha xoş həyat yoxdur. Kifayət edən bir şeylə qənaət etməkdən daha xeyirli mal yoxdur. Ücb və özünü bəyənməkdən daha zərərli cahillik yoxdur.
2. Buyurdu: “Bacardıqca mənzilindən çölə çıxma! Çünki çölə çıxdığın təqdirdə, özünü qorumağın lazımdır; qeybət etməyəsən, yalan danışmayasan, həsəd aparmayasan, riya, saxtakarlıq və yaltaqlıq etməyəsən. Adamın özünü camaat arasında bu günahlardan qoruması müşküldür. Lakin evdə qalıb çölə çıxmasan onların şərrindən (canını quratıb) rahat olacaqsan.” Eləcə də buyrudu: “ müsəlman adam üçün  ev, yaxşı məknadır ki, orada gözünü, dilini, nəfsini və fərcini qoruyur .”

Müəllif deyir: Həzrətin bu hədisədə buyuruduğu camaatdan uzaqlaşmaq, Allahla üsniyyətdə olmağa sövq etməsinin və üzlətin onun haqqında olan söhbətlərdə deyilib. Onun məkruh olması, bəlkə də müxtəlif şəxslər və vaxtlara görə fərqli olsun. Biz, burada onların hər birinə işarə edirik:
Şeyx Əhməd ibn Fəhəd, üzlətdən bəhs edən onları “Təhsin” kitabında yazır:
Həzrət Rəsulullah səlləllahu ələyhi və alih buyurub: “Həqiqətən də camaat üçün elə bir zəmanə gələcək ki, heç bir din sahibi üçün,  o dağ başından digər bir dağ başına, bir dəlikdən digər dəliyə getmələ - tülkü və balaları kim – yəni canavarın onları yeməsi qorxusudan balalarını dişinə alıb o dəlikdən bu dəliyə qaçır ki, balalarını qorusun. Din sahibi də gərək camaatdan üzlətə çəkilməklə onu qorusun.  Dedilər: Ya Rəsuləllah səlləllahu ələyhi və alih! O, nə zaman olacaq? Buyurdu:  “(Allaha (qarşı) günah etmədən) dolanmaqdan (qazanc kəsb etməkdən) qorxsa, evlənməmək halal olar.” Dedilər:  Ya Rəsuləllah səlləllahu ələyhi və alih! Siz bizə evlənmək əmrini (göstərişni) vermisiz?  Buyurdu: “Bəli. Lakin, o zaman kişinin həlakı ata-anasının əlində olacaq. Əgər ata-anası olmasa həlakı arvad və övladını əlindədir. Əgər arvad və övladı olmasa, yaxınlarının (qohumlarının) və qonşularının əlindədir. Dedilər: Onun həlakı necə onların əlində olacaq? Məişət sıxıntısını onun başına qaxınc edəcək, dözümü olmadağı (gücü çatmadığı) bir şeyi ona təklif edəcəklər. Beləlikə də onu həlakətə varid edəcəklər.” ...



sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə