Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü O böyüklükdə bədən, bir qarış yerə necə sığır?!

O böyüklükdə bədən, bir qarış yerə necə sığır?!

Nəlq olunur ki, şiələrdən iki nəfər Bağdadda yol üstü bir məclisə çatıb o məclisin kimə aid olduğunu soruşdular.

Dedilər: -   İmami-ə`zəm Əbu Hənifənin məclisidir.
Hekayəni nəql edən deyir ki, o zaman mənim rəfiqim Fəzl ibn Həsən idi. O, şiə məzhəbinin təəssübkeşi, eyni halda (elmdə) mübahisə edən və məlumatlı adam idi. Dedi ki, mən gedib bu adamla mübahisə edəcəyəm. Onun yalanını çıxarmasam, buradan getməyəcəm.
Dedim: - Bu, böyük bir alimdir, onunla mübahisənin öhdəsindən gələ bilməzsən.
Dedi:  - Mənim etiqadıma görə haqq məzhəbdəyəm və haqq məğlub olmur.
Məclisə daxil olub oturduq. Münasib bir fürsətdə Fəzl yerndən qalxıb dedi:
- “Əyyuhəl -alim (ey alim!) Mənim bir qadaşım var ki,  rafizidir (yəni şiədir.) Mən hər nə qədər çalışıram ki,  ona başa salam ki, Peyğəmbərdən (s) sonra Əbu Bəkr ümmətin ən əfzəl (fəzilətli-üstün), haqq xəlifədir, deyir ki, Əli ibn Əbu Talib (ə) əfzəl və haqq xəlifədir. Siz mənə bir qəti dəlil öyrədin ki, ona anladım və doğru yola gətirim.
Əbu Hənifə dedi: -Qardaşına de ki, ən yaxşı və ən aydın dəlil odur ki, Peyğəməbəri-əkrəm (s) döyüş meydanlarında o iki böyük şəxsi (Əbu Bəkr və Öməri) öz yanında saxlayır, Əlini düşmənin nizə və qılıncının önünə çıxarırdı. Bu, göstərir ki, o iki şəxs, Peyğəmbərin (s) sevimlisi olub. Çünki o həzrət istəyirdi ki, onlar ondan sonra onun canişinini olsunlar, onları qoruyurdu. Əlini sevmədiyi üçün onu kənar edir, meydana göndərirdi ki, öldürülsün. Bu, Əbu Bəkr və Ömərin əfzəl olduğunu göstərən ən yaxşı dəlildir.
Fəzl dedi:  -Bəli, mən bunu qardaşıma deyirəm, o isə Quranla cavab verir ki, Allah-taala buyurub: “Allah-taala cihad edənləri oturanlardan (yerdə qalıb cihada getməyənlərdən) üstün qərar verib və onlar üçün böyük əcr hazırlayıb.”  Bu ayənin hökmünə görə Əli cihad edənlərdən olduğunu üçün  yerdə qalan (döyüşə getməyən)  Əbu Bəkr və Ömərdən əfzəldir (üstündür).
Əbu Hənifə dedi: -Ona de ki, əgər bundan da yaxşısını istirsən, Əbu Bəkr və Ömərin qəbri, Peyğəmbərin qəbrinə yapışıb və o həzrətin kənarındadır, halbuki Əlinin qəbri, Peyğəmbərin qəbrindən uzaqda – İraqdadır.
Fəzl dedi:  -Bəli, bunu da qardaşıma deyirəm, amma o deyir ki, onlar Peyğəmbərin kənarında qəsbi yolla dəfn olunub. Ona görə ki, Allah-taala buyurub: “ Ey möminlər! Peyğəmbərin (s) icazəsi olmadan evinə daxil olmayın...” Bilirik ki, Allahın Rəsulu (s) öz evində dəfn olunub. Onların dəfn oluduğu məkan qəsbi sayılır.
Bu söhbətdən bərk narahat olan Əbu Hənifə bir az dözüb sonra acı bir tərzdə dedi: -O, xəbis qardaşına de ki, onlar Peyğəmbərin (s) evində qasibanə dəfn olunmayıb. O iki böyük şəxsin qızları olan Aişə və Həfsə Peyğəməbin zövcələri idi. Onlar, Peyğəmbərdən (s) alacaqları mehriyyə var idi. Onları, ataların mehriyyə (payına düşən hissədə) dəfn ediblər.
Bəli, mən bu məsələni də qardaşıma dedim. Amma o yenə də mənim üçün ayə oxuyub dedi ki, Peyğəmbər in (s) öz arvadlarına borcu yox idi. Allah-taala buyurub: “Ey peyğəmbər! Mehriyyəsini ödədiyin arvadlarını sənə halal etdik.” Bu ayəyə əsasən Peyğəmbər (s) öz arvadlarının mehriyyəsini ödəmiş, dünyadan getdiyi zaman arvadlarına borcu yox idi.
Əbu Hənifə bir qədər dözüb dedi: Qardaşına de ki, Peyğəmbərin arvadlarının mehriyyədən alacaqları yox idi, amma Peyğəmbərdən qalan (dünyadan getdikdən sonra ondan qalan) mirasda payları var idi. Aişə və Həfsə Peyğəmbərin varisi olduqları üçün öz atalarını öz miras paylarında dəfn ediblər, ona görə də qəsbi deyil.  Fəzl dedi:
Bəli, mən bunu da qardaşıma dedim. Amma o deyir ki, sünni ağalar bilmir ki, Peyğəmbər (s) irs qoymur?! Özünüz də nəql edirsiniz ki, Peyğəmbəri-əkrəm nəql edib ki, biz peyğəmbərlər əsla qoymuruq və qalan hər bir şey sədəqədir.” Onda dediyinizə görə Aişə və Həfsənin irs payı olmayıb. O dəlilə görə siz, Fatiməni Fədəkdən məhrum etdiniz və dediniz ki, peyğəmbər irs qoymur. (Elə isə) o ikisi də irs aparmır. Qız, atasından irs aparmır, arvad ərindən irs aparır?! Fərz edək ki, onların irsdə payı var idi. Ölənin övladı olsa, arvadı səkkizdə bir irs aparır. Orada isə Peyğəmbərdən qalan təkcə bir otaq idi. (İrs qaydasına görə) O miras, səkkizə bölüncək və səkkizdə bir pay, qalan varislər (arvadların) arasında bölünəcək. Peyğəmbərin arvadlarının sayının doqquz oluduğu nəzərə alsaq Aişə və Həfsəyə bir qarış pay düşür!
Söz buraya çatanda Hənifə əməlli-başlı özündən çıxdı? qəzəbli halda fəryad etdi ki, bu kişini buradan çıxarın , bu özü rafizidir, əsla qardaşı da yoxdu!   

Administrator

www.sibtayn.com/az

Nəzərinizs  

0 #3 ...Guest 2014-05-17 19:57
Mənə 1 qarışın neçə sm olduğu lazımdır."sibta yn.com"saytında bu barədə məlumat yoxdur?
0 #2 SalamZuleyxa 2012-10-30 10:23
Allah razi olsun, gozel revayetdir.
+2 #1 SalamcEFERI_14 2011-12-10 20:24
Assalamu aleykum xow gorduk. bu revayet chox gozeldir. tewekkur edirem oz adimdan. Allah ecr versin amin.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə