Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Mərsiyə Kərbübəlayə gəlməsün!

Kərbübəlayə gəlməsün!


Söylə Hüseynə, ey səba, Kərbübəlayə gəlməsün,

Gəlsə, düşər bu dəştidə dərdü bəlayə gəlməsün.


Söyləginən gətirməsün Kufəyə nazlı Əkbəri,

Zülm ilə qanına batar türreyi-müşki-ənbəri.

Bəlkə Firənkətək apar cümleyi-ali-heydəri,

Zibhi-əzim üçün bu gün kuhi-Minayə gəlməsün.


Söylə gətirmə Qasimi, qatili eyləyir şitab,

Toyda olur yəqin onun qanına əlləri xizab.

Görmə rəva ki, Şümri-dun, din evin eyləsin xərab,

Rəhm eyləsün o Zeynəbi-bəxti qərayə, gəlməsün.


Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam,

Öldürəcəkdi Müslümü Kufədə firqəyi-zülam.

Qardaşının uzun qolu görmə rəva ola qələm,

Bacıları ayaqyalın, dəşti-bəlayə gəlməsün.


Yetsə əgər xəbər sənə öldü bu Müslimi-əqil,

İbni-Ziyad nəşimi gərçi edibdü çox zəlil,

Qüslü hənut olmadı, oldu qənarədə qətil,

İstəmirəm, əyalını qoyma, əzayə gəlməsün.


Badi-xəzan əsər sənin qönçə sifət əyalına,

Rəhm elə, yavərim Hüseyn, Qasimi xoşməqalına.

Canı təsəddüq eylədim Əkbərimə, cəmalına,

Sağ ola ol İmam Hüseyn, qəm üsərayə gəlməsün.


Söylə əmoğluma məni-bikəsi eyləsin həlal,

Ərzimi birbəbir elə, Ali-Əbayə şərhi-hal.

İki açılmış gülüm Kufədə zari-dil məlal,

Qaldılar Əkbər ilə ol Qasim, hərayə gəlməsün.


Həsrətəm ol cəmalına, ah çəkim bu sinədən,

Kufədə vardu qatilin, gəlmə həzin Mədinədən,

Qoyma yetim Xədicəni ayrı ola Səkinədən,

Başına əl çək, ağlayıb şuri-nəvayə gəlməsün.


Söylə onun anasına başını qarə bağlasın,

İki baladən ayrılıb, kövni-məkanı dağlasın,

Tutsa əza, Xədicədən söylə ki, gizli ağlasın,

Bəlkə yetimliyin tozu mahi-liqayə gəlməsün.



Fatimənin kənizi, bu qissəni eylə kim, tamam,

Bir-birə dəydi mərdüzən, şurə gəlibdü xasü am.

Nöhvə edər bu Natəvan, ruzü şəb ağlayır müdam,

Tapmasa bir dəri-nicat, dari-bəqayə gəlməsün.




Xurşüdbanu Natəvan

www.iman.ge

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə