Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Mərsiyə Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!

Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!

Ey şəmi-bəzmi-matəmə pərvanə, ya Hüseyn!
Ey od salan müsibəti hər canə, ya Hüseyn!

Abbas xatirinə o qanlı cəmaluvi,
Ver bir nişan bu qəlbi-pərişanə, ya Hüseyn!

Ta bir yerə yığım bu pərişan xəyalımı,
Bais olum bir də çün əfğanə, ya Hüseyn!

Bişək salır təvəccöhə insani-kamilin,
Cismi-cəmadi surəti-insanə, ya Hüseyn.

İnsafdır üzümə gözüm yaşı axmaya,
Amma sənin qanın axa hər yana, ya Hüseyn?!

Hansı imam şiəsin istər sənin kimi,
Razı olub bu zülmi-nümayənə, ya Hüseyn?

Əkbər kimi cəvan oğula geydirər kəfən,
Zülfünə öz əliylə vurar şanə, ya Hüseyn.

Min üzr ilə anası əlindən alır onu,
Yollar başı kəsilməyə meydanə, ya Hüseyn.

Hansı imam xeymələrin odlayıbdılar,
Övladını töküblə biyabanə, ya Hüseyn.

Övrət, uşaq, gəlin, qız əyalı ayağ yalın,
Qaçdılar qorxudan hərə bir yanə, ya Hüseyn.

Bir iltifat qıl bu zəlilə, Dəxilinəm,
Misgin gəlib bu xaki-giranmanə, ya Hüseyn.


Molla Hüseyn Dəxil


downloadina.com

Nəzərinizs  

+2 #2 irəli: Ey şəmi-bəzmi-matə mə pərvanə, ya Hüseyn!Redaksiya heyəti 2012-08-20 13:15
Salam. Bu linkə daxil olun
http://www.sibtayn.com/az/index.php?option=com_content&view=article&id=442:krbla-eqi-hueseyn-aiqlrinin-hueznue-azrbaycan-tlblri-qrupu-qum-hri&catid=271:1&Itemid=196
Əlbəttə, səs halında mərsiyə hazırda saytımızda çox azdır. Onun üzərində iş gedir. İnşallah yaxın gələcəkdə daha çox sayda mərsiyələr istifadəçilərə təqdim olunacaq!
+1 #1 BismillahAliyeva 2012-08-17 06:01
Salam,mersiyyel erin tercumesi sher kimi verilib burda bes qulag asmaq ucun hara girmeliyem?Xahi s edirem sualima cavab verin

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə