Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Mərsiyə Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz

Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz

Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,
Tabutü hənutum götürüb dəfn edən olmaz.

Qəssalimə mən ölsəm əgər kim xəbər eylər?
Quran kim oxur, qəbrimin üstə güzər eylər?
Axır ki, yetiməm, mənə bu, çox əsər eylər,
Qardaşım ölüb, başımın üstün kəsən olmaz.

Bu Şamda heç mən kimi bir ac yatan var?
Xak üstə qaranlıqda quru yerdə qalan var?
Sən Şümrə de açsın qolumu, məndə nə can var?
Hər növ əsir olsa, qolunda rəsən olmaz.

Bundan sonra hər qədr ki, dünyadəyəm, əmmə,
Hicrin oduna yanmağa amadəyəm, əmmə,
Hərçənd yetiməm, yenə şahzadəyəm, əmmə,
Şahzadə balasına xərabə vətən olmaz.

Bu Şümr qoyanda məni qardaşıma həsrət,
Röyada dəxi olmamışam ləhzeyi rahət.
Kül başıma olsun, mənə dünyadə nə ləzzət,
Qardaş deyən vəqtdə bir can deyən olmaz.

Zülm ilə edən vaxtda bizi məclisə azim,
Bağlandı qolum, olmadı bir Əkbərə nazim.
Zəncir məni-bikəsə, qardaş nə lazım?
Hicrində mənimtək belə zillətçəkən olmaz.

Gördü bu gözüm Əkbəri bihayilü pərdə,
Kəsdilə başın, saldıla cismin quru yerdə.
Cəllad soyan vaxtda deyirdi ki, bəşərdə
Mən görməmişəm, bir belə siminbədən olmaz.

Gördüm ki, nə növiləYezidi-səği-məlun,
Etdi babamın ləli-ləbin çub ilə pürxun.
Döndərdi, mənim göz yaşımı eylədi Ceyhun,
Urduqca deyirdi belə şəkkərşikən olmaz.

Çün gördü mühasini olub qanına qəltan,
Öz cahi-cəlalını qılıb xalqa nümayan,
Tən ilə deyirdi ki, oyan, şahi-şəhidan,
Bu rəngdə billah, əqiqi-Yəmən olmaz.

Hərçənd daşıb, Seyyidi-biçarə, günahın,
Təsir eləyib cümlə hamı xəlq üçün ahın,
Xof eyləmə, məhşər günü axırda pənahın
Bir kimsənə qeyr əz şəhi-gülgünkəfən olmaz

Seyid Əzim Şirvani

downloadina.com

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə