Şn11162019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-qə`də Zi qə`də ayınn 23-cü günü

Zi qə`də ayınn 23-cü günü

Bəni-Qərizə hadisəsi
Hicri təqvimi ilə beşinci il,  zi-qə`də ayının iyirmi üçüncü günü  islamın əziz Peyğəmbərinin (s) başçılığı ilə bəni- qərizə hadisəsi baş verdi.  (Əl-mosuətul-kubra fi ğəzəvatin-Nəbiyyil-Ə`zəm (s)).  Hadisə belə baş verdi:
Yəhudi əqidəli bəni-qərizə tayfası, Mədinə müsəlmanlarıilə  müdafiə müqaviləsi bağlamışdı. Yəhudilərdən ibarət, müttəfiq istikbar cəbhəsi (cəbhətül-müttəhidi-istikbar), qüreyş müşrikləri və digər ərəb tayfaları ilə birlikdə Mədinə şəhərinə hücum etdilər. Bununla da,  həlledici döyüş  sayılan xəndək müharibəsinin baş verməsinə, kafirlərin cəbhəsinin güclənməsi və Mədinə müsəlmnalarının ruhiyyəsinin zəifləşməsinə səbəb oldular.  Ona görə də, Peyğəmbəri-Əkrəmin (s) başçılığı və həzrət Əlinin (ə) qəhrəmanlığı sayəsində müsəlmanlar, xəndək (əhzab) döyüşündə qələbə əldə etdikdən sonra, yubanmadan bəni-qərizə qalasına tərəf hərəkət etdilər. Onları 15 (digər bir rəvayətə görə 25) gün müddətindən mühasirədə saxladılar. Nəhayət onlar təslim olmaqdan başqa bir çarə görməyib Peyğəmbərin (s) səhabələrindən biri Səd ibn Məazın (hakimliyi) vasitəçiliyi ilə Allahın Rəsulu (s) ilə razılaşdılar. Səd ibn Məaz onların çox ciddi cəzalandırılmasını təklif etdi. O təklif, onların döyüşkən kişilərini öldürmək, qadın - uşaqlarını əsir tutmaq və mallarını müsəlmnalar arasında bölməkdən ibarət idi. Peyğəmbəri- əkrəm (s) təklifi qəbul etdi.  (Müntəhayül-əmal: 1-ci bab, 6-cı fəsl, s. 106).

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə