Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-qə`də Zi-qə`də ayının 17-ci günü

Zi-qə`də ayının 17-ci günü

Musa ibn Cəfərin (ə) Mədinədən İraqa sürgün olunması
Hicri təqvimi ilə 179-cu il, həzrət İmam Musa Kazım (ə) – yeddinci məsum rəhbər, zalım Harun Ər-Rəşidin göstərişi ilə Mədinədə həbsl olunub Bəsrəyə sürgün olundu. (Ruzşumare qəməri: s. 317)
O həzrət (ə), 179-cu il, zi-hiccə ayında Bəsrə şəhərinə varid oldu və zindana göndərildi. İmam, Bəsrə hakimi İsa ibn Cəfərin zindanında bir müddət qaldı. O, Haruna məktub yazıb istədi ki, İmamı başqa birinə tapşırsın.  Harun da İmamı Bağdada sürgün edib öz vəziri Fəzl ibn Rəbidən istədi ki, o həzrəti şəhadətə çatdırsın. Amma o, qəbul etmədi. Nəhayət İmam Kazım (ə),  Bağdadın qara çuxurlu zindanlarında yəhudi Sendi ibn Şahik vasitəsi ilə zəhərləndi. Beləliklə də son dərəcə qərib və məzlumcasına şəhadətə çatdı .

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə