Bz05192019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Zi-qə`də Zi -qə`də ayının 11-ci günü

Zi -qə`də ayının 11-ci günü

Saminül-höcəc , Əli ibn Musa Əl-Rzanın (ə) səadətli təvəllüd günü
Hicri təqvimi ilə 148-ci il, zi –qə`də ayının on birinci günü  Əli ibn Musə (ə), nurlu Mədinə şəhərində dünaya göz açdı. (E`lamül-vəri: c. 2, s. 40 – Feyzül-üllam: s. 90 – Biharül-ənvar: c. 49. s. 10)
Onun  uca atası həzrət Musa ibn Cəfər (ə), uca məqamlı anası isə Nəcmə (ə.s) idi.
Həzrət Nəcmə (ə.s) buyurub:  “Oğlum Əli ibn Musa Əl-Rzaya (ə) hamilə qalanda heç bir ağırlıq hiss etmədim. Yatan zaman təsbih və təhlil (la ilahə illəllah) səsini öz bətnimdən eşidirdim. Oyandıqda isə artıq bir şey eşitmirdim.  Dünyaya gədiyi zaman bir əlini yerə qoyub başını səmaya qaldırıb dodaqların tərpətdi, sanki danışırdı. Bu an, atası həzrət Musa ibn Cəfər daxil oldu və mənə buyurdu: “ Ey Nəcmə! Rəbbinin kəraməti sənə mübarək olsun!”  Körpəni ağ bir parçaya bükdüm, həzrət Musa ibn Cəfərə (ə) verdim. Sağ qulağına azan, sol qulağına iqamə oxudu. Sonra Fərat suyu istədi, onun kamını onunla götürdü sonra  onmu mənə verib buyurdu: “Allahın yer üzündə höccəti olan bu uşağı götür.” (Uyunul-əxbarül-Rza (ə) : c. 1,s. 20)
Müfəzzəl ibn Ömər deyir: “ İmam Kazımın (ə) mübarək hüzuruna dsaxil olub gördüm ki, həzrət kiçik hələ az yaşlı uşaq olan İmam Rzanı (ə.s) qucağına götürüb öpür, köksünə sıxır və xitab edirdi: “ Atam-anam fədan olsun! Nə qədər xoş  iyli və gözəlsən! Sənin başqalarına üstünlüyün aşkardır.”
İmama ərz etdim: Fədan olum! O uşağın məhəbbəti ürəyim elə düşdü ki, sizdən başqa heç bir kəsin ürəyi mənim kimi onun məhəbbəti ilə daşmır!”
İmam buyurdu: “ Ey Müfəzzəl! Bu uşağın mənim yanıma məqamı, mənim atamın yanında olan məqamım kimidir. Onlar paklıq və fəziləti bir-birlərindən götürən övladlar olublar.” (Ali-İmran surəsi, ayə:  34)    
Ərz etdim:  “ Bu uşaq sizdən sonra imamlıq və əmr sahibi vəzifəsinə öhdədar olacaq?!”
Buyurdu: “ Bəli! Onun tabe olan şəxs, inkişaf və hidayət yolunu tapar, ona itaət etməyən küfr yoluna gedər.” (Uyunul-əxbarül-Rza (ə) : c. 2,s. 40 – Biharül-ənvar: c. 49, s. 20) .

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə