Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Məsumə (s.ə) Həzrət Məsumənin (ə.s) buyurduqlarından

Həzrət Məsumənin (ə.s) buyurduqlarından

"Bilin, hər kəs Ali-Muhəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur."

1. İmam Rizanın (ə) qızı Fatimə (ə) imam Musanın (ə) qızları Fatimə, Zeynəb və Umm-Gulsumdən (ə), onlar imam Sadiqin qızı Fatimədən (ə), o, imam Baqirin qızı Fatimədən (ə), o, imam Səccadın (ə) qızı Fatimədən (ə), o, imam Hüseynin (ə) qızları Fatimə və Səkinədən (ə), onlar Fatimeyi-Zəhranın (ə) qızı Umm-Gulsumdən (ə) və o da Fatimeyi Zəhradan (ə) belə nəql edir ki, həzrət Fatimə (ə) üzünü camaata tutub buyurdu: "Rəsulallahın (s) Qədir-Xum günü "Kimin mən mövlasıyamsa (rəhbəriyəmsə), Əli də (məndən sonra) onun mövlasıdır (rəhbəridir)" dediyini unutdunuzmu? Unutdunuzmu ki, Peyğəmbər buyurdu: Ya Əli, sənin mənə nisbətin (bağlılığın) Harunun Musaya nisbəti kimidir." (əl-Qədr, c.1, səh196)

2. Həzrət Fatimeyi Məsumə (ə) imam Sadiqin (ə) qızı Fatimədən, o imam Baqirin (ə) qızı Fatimədən, o, imam Səccadın (ə) qızı Fatimədən, o, imam Hüseynin (ə) qızı Fatimədən, o, Əmir əl-mömininin (ə) qızı Zeynəbdən və o da Fatimeyi-Zəhradan (ə) nəql edir: "Rəsulallah (ə) buyurdu: Bilin, hər kəs Ali-Muhəmmədin (s) məhəbbəti ilə ölsə, şəhid olmuşdur." (Əl-lulu-ul əs-səminə, səh217)


ahlibeyt.ge

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə