Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Pak sülalə Həzrət Məsumə (s.ə) Həzrət Fatimeyi-Mə`sumə (ə.s)

Həzrət Fatimeyi-Mə`sumə (ə.s)

Mübarək adı: Fatimə

Ləqəbləri: Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra
Atası: Yeddinci imam Musa ibn Cəfər (ə)
Anası: Nəcmə xatun (imam Rizanın (ə) anası)
Doğulduğu il: 173-cü hicri-qəməri ili
Doğulduğu ay: Zilqədə ayının biri
Doğulduğu yer: Mədinə şəhəri
Vəfat etdiyi il: 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında
Vəfat etdiyi ay: Rəbiüs-sani ayının 10-u və ya 12-si.
Vəfat etdiyi yer: Qum şəhəri.

Həzrət Məsumənin (ə.s) həyatına qısa bir baxış


201-ci hicri-qəməri ilində yəni imam Rizanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rizanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü. Savə şəhərinə çatanda bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər. O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Tədqiqatçı alim Cəfər Mürtəza Amilinin nəzərinə əsasən həzrət Məsumə (ə) da bir əhli-beyt düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu (ümumiyyətlə Abbasi hakimiyyəti imamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyurdu. Əvvəldə qeyd etdiyimiz kimi Qum əhli-beyt tərəfdarlarının pənahgahı idi və xanım da oraya getməyi məsləhət gördü). Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir." Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Qum şəhərinin böyükləri xanımın Quma gəlməsini eşitdikdə şad oldular və o Həzrətin görüşünə çıxdılar. Əşəri sülaləsinin böyüyü Musa ibn əl-Xəzrəc o alicənab qadının dəvəsinin yüyənindən tutub aparmağa başladı. Xanım camaatın gurultulu şad səs-küyü hərə daxil oldu və Musa ibn əl-Xəzrəcin evində onun üçün ayrılmış mənzilə yerləşdi. Xanım on yeddi gün vilayət və imamət şəhəri olan Qumda ibadətə və itaətə, Allah-Təala ilə minacata məşğul oldu. O Həzrət bərəkətli ömrünün son günlərini də böyük Yaradanın hüzurunda ibadətlə keçirtdi. Lakin Fatimə (ə) nəslindən olan belə fəzilətli bir xanımın şəhərə gəlməsindən sevinən ürəklər tezliklə qəm-qüssəyə qərq oldu və müqəddəs xanımın vəfatı əhli-beyt aşiqlərini hüznə, əzaya və matəmə qərq etdi. Xanımın belə tez və qəfil ölümü əvvəlcə qeyd etdiyimiz kimi Savə şəhərində bir düşmən qadının vasitəsi ilə zəhərlənməsi və təzyiqdən yaranmış narahatlıq nəticəsində idi və bu qəbul edilə biləcək səbəbdir. O Həzrət bir baxışdan həzrət Zeynəbə (ə) bənzəyirdi. Çünki Yəzid imam Hüseyni (ə) mənfi çöhrə kimi tanıtmaq istədikdə Həzrət Zeynəb (ə) öz əsirliyi, nitqi və Yəzidin nöqsanlarını söyləməklə onu ifşa etdi və həqiqəti xalqa çatdırdı. Həzrət Məsumə də (ə) ona bənzər bir iş gördü. Çünki Məmun imam Rizanı (ə) zorla Xorasana aparmış, lakin xalqın gözündə imama çox ehtiram göstərdiyini nümayiş etdirmişdi.

Həzrət Məsumə (ə) öz gəlişi ilə Məmunun imamı zorla apardığını ifşa etdi. Xanım vəfat etdi. Ona qüsl verib, kəfənə bürüdülər, lakin dəfn etmək istədikdə gördülər ki, xanımı dəfn etmək üçün ona məhrəm olan kimsə yoxdur. Çox götür-qoydan sonra Qadir adlı təqvalı və pak bir qocanı bu iş üçün məsləhət gördülər. Lakin nə Qadir, nə də başqa mömin və saleh müsəlmanlar bu əzəmətli xanımı dəfn etməyə layiq deyildilər. Çünki əhli-beytin (ə) Məsuməsini məsum imam dəfn etməli idi. Camaat həmin saleh qocanın gəlməsini gözləyirdi ki, birdən qumsallıqdan iki süvarinin onlara tərəf gəldiyini gördülər. Cənazəyə çatanda atdan düşüb, cənazəyə namaz qıldılar və Rəsulallahın (s) reyhanəsinin pak cismini əvvəlcədən hazırlanmış sərdabədə dəfn etdilər. Sonra isə heç kimlə bir kəlmə də kəsmədən atlarına minib getdilər və onları heç kəs tanımadı. Ayətullah Fazil Lənkəraninin fikrincə o iki nəfərin məsum imam olmaları heç də zəif fikrə oxşamır.

Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu. Beləliklə də, o böyük islam banisinin pak türbəsi əhli-beyt aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü. (Əlbəttə o xanımın Quma gəlməsini bir az fərqli şəkildə də nəql etmişlər. Belə ki, Qum böyükləri xanımın Xorasana yola düşdüyünü eşidib Savəyə getdilər ki, xanımı Quma dəvət etsinlər. Hadisənin sonrası eynidir.)

ahlibeyt.ge

Nəzərinizs  

+1 #1 RəsulGuest 2013-09-08 12:35
Salam saytın fəaliyyəti məni çox sevindirdi kimlər ki bu saytda zəhmət çəkir Allah Təala Əhlibeytə xatir onları əziz etsin. Ümumi sayt rəhbərliyinə də təşəkkür edirik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə