Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Kimlrəin adında "ələyhis-salam" deyilir?

Kimlrəin adında "ələyhis-salam" deyilir?

Məhəmməd  Peyğəmbərin (s) ailəsinə salavat  göndərmək  haqqında  elmi  dioloq

Birçoxlarımız  bilirik  ki,  sünni  qardaşlarımız  İmam  Əli (ələyhis səlam)-ın  adını söylədikdə  əleyhis  səlam (yəni ona salam olsun)  əvəzinə  bu sözləri  deyirlər:                            “kəriməllahu  vəchəhu; Allah  məqamını  uca  etsin” və ya  “rəziyəllahu ənhu; Allah  ondan  razı  olsun”.
Sünnilərin də  etiqadına  görə  İmam  Əli (əleyhis səlam) günah  etməmişdir  ki,  onun  adı  zikr  olunduqda  “rəziyəllahu  ənhu”  deyilsin. Əsl  həqiqətdə  “əleyhis səlam”  deyilməsi  daha  düzgündür.
Burda  sual  oluna  bilər:  Bəs nə üçün  onlar, İmam  Əli (əleyhis səlam) ın  adını deyildikdə “əleyhis səlam”  cümləsini  demirlər. Bu sualın  cavabını  bilmək  üçün  aşağıdakı  elmi  dioloqla  tanış  olaq.
Elmlər doktoru  Məhəmməd  Ticani  Səmavi,  Qahirədən  İraqa  səfəri  zamanı  İraqın  şiə     alimlərindən  olan  ustad  Munim  ilə  taniş  olur. Səfər  zamanı  alimlər  elmi  mübahisələr  edirlər. Doktor  Səmavi, ustad  Munimin  Bağdad da  qonağı  olduğu vaxt  ondan  soruşur:  Siz  şiələr  İmam  Əli (əleyhis səlam)ın  məqamını  yüksəldərək    Məhəmməd  peyğəmbərin  (səlləllahu əleyhi və alihis səlləm)   məqamı  ilə  eyni  səviyyədə  tutursunuz.   İmam  Əlinin  adını  söylədikdə  “kəriməllahu  vəchəhu” əvəzinə  “əleyhis  səlam”  ya  da  “əleyhis  səlatu  vəssəlam” deyirsiniz  əslində  isə  bu  tərzdə  salam  göndərmək  Peyğəmbərə (səlləllahu əleyhi və  alihi)  məxsusdur. Neceki  Alllah-Təala  Qurani  Kərimdə  buyurur: “Həqiqətən də  Allah  və  Onun  mələkləri  salam  göndərir  peyğəmbərə  ey  iman  gətirənlər  sizdə  salam  göndərin  və  təslim  olun  ona!”
Ustad  Munim: Bəli,  düz  buyurursuz!  Biz  İmam  Əli(əleyhis səlam)-ın və  digər  məsum  İmamların  adını  söylədikdə “əleyhis  səlam”  deyirik.  Amma   bu  belə  deyil ki,  biz  İmamları  İslam  peyğəmbəri  (səlləllahu  əleyhi  alihis səlləm)  ilə  eyni  səviyyədə  bilirik.
Doktor  Səmavi: Bəs  nə üçün  onlara  salavat  və  salam göndərirsiz?
Ustad  Munim: “indi  buyurduğun Quran  ayəsinə  əsasən  “Həqiqətəndə  Allah  və  onun  mələkləri  salam  göndərir  Peyğəmbərə”  məgər  bu  ayənin  təfsirini   oxumamısan?  Həm sünni  həm  də  şiə  alimləri  bu  ayənin  təfsirini  eyni  şəkildə nəql  ediblər:
Bu  ayə  nazil  olduqda  səhabələr  Peyğəmbərdən(s.ə.v.a.s)  soruşurlar:  “Ey  Allahın   Rəsulu  sənə  salam  və  salavat  göndərməyi   bildik  lakin   hansı  tərzdə  salavat  göndərməyi   bilmirik. 
Peyğəmbər  cavab  verir: Heç  bir  vaxt  mənə  yarımçıq  salavat  göndərməyin “Allahummə  səlli  əla  Muhəmməd” yarımçıq  salavatdır.  Mənə  belə  salavat  göndərin  “Alllahummə  səlli əla  Muhəmməd  və  ali  Muhəmməd”.  Bu,  kamil  salavatdır.
Bir  çox  rəvayətlərdə  salavatı  kamil  şəkildə  göndərmək, yəni salavtın  sonunda  “ali  Muhəmməd”  kəlməsini  demək  tövsiyə  olunub. Hətta bütün şiə  alimləri  və  sünni  alimlərindən  İmam  Şafei,  namazın ikinci  təşəhhüdündə  salavat  zikr  etməyi  vacib  bilirlər.
Maraqlı  budur  ki, Şafei  öz  şerində  belə yazır:
“Ey  Allah  Rəsulunun  Əhli-Beyti! Allah-Taala  Quranda sizi  sevməyi   vacib  buyurmuşdur.    
Sizin  məqamınızı  bilmək  üçün  bu  kifayət  edir  ki,  namazda  sizə  salavat  göndərməmək namazı   batil  edir.”     
Bu  sözlər  Doktor  Səmavinin  xoşuna  gəldi və  dedi: İndi   məndə  qəbul  edirəm  ki,  salavat  zikr  etdikdə,  Ali-Muhəmməddə  deyilməsi  düzgündür.
Amma  biz  Peyğəmbərə  salavat  göndərdikdə,  salavatı   onun  ailəsinə və  səhabələrinə də   aid    bilirik.
Ustad  Munim:  - Səhih  Buxarinin  kitabını  qəbul  edirsiniz?
Doktor  Səmavi: - Bəli  bu  kitab  sünni  alimləri  arasında  Qurandan  sonra  ən  səhih   və mötəbər   kitab  hesab  olunur.
Ustad  Munim  şəxsi  kitabxanasindan  Səhih  Buxarinin  kitabını  mənim  üçün   gətirib  açdı.  Oxuduqda   gördüm  bu  sözlər  yazılıb: Filan  şəxs  bizə  hədis  nəql  edir  Filan  şəxsdən,  o  da   Əli (əleyhis səlamdan).  Mən  “əleyhis  səlam”  cümləsini  gördükdə  çox  təəccüb  etdim  həqiqət  olduğuna  inanmadım.  Öz-özümə  dedim “olmuya  bu  kitab  Səhih  Buxariyə  aid  olmasın.”  Kitabı öz  əlimə  götürüb  yenidən  baxdım.  Onun kitabı olduğunu  gördükdə  inandım. “Sübhənallah”  deməkdən  başqa  çarəm  qalmadı.
Bu  kitab  Misirdə  çap  olunmuşdur. 

Çevirən: Emil Cəfər Bərməki
sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə