Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Görəsən İmamımızı necə qarşılayacağıq?

Sanki cəhl və nadanlıq belə tezliklə bəşərdən əl çəkən deyil, zühura və Sur çalınanadək inkişaf edib bəşəriyyəti azğınlığa və puçluğa sürükləyəcək.

Yaranmış həşrədək belə olacaq,
Şor su şor, şirin su şirin qalacaq.

Təəccüblüsü budur ki, dünyanın yeganə xilaskarı üçün (bütün dünya əhli Ona fəda olsun və Allah, gəlişini yaxınlaşdırsın) atom bombası və hərbi silahlardan çox, insanların nadanlıq və cəhalətinin problem yaratdığını deyirlər!
Fəzl ibn Yəsar deyir: «İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim:
ان قائمنا اذا قام استقبل من جهل الناس اشد مما استقبله رسول الله (ص) من جهال الجاهیة
«Bizim Qaimimizin (ə.c) zühur etdikdə, axirəz-zaman camaatının cəhli üzündən görəcəyi (çətinliyi) , Rəsulallahın (s) (islamdan öncə) cahiliyyət dövrünün cahillərdən çəkidiyiklərindən daha çətin olacaq.»
İmamdan soruşdum: «Bu necə olur?!» Həzrət (ə) buyurdu: «Peyğəmbər (s) yonulmuş daş, qaya, çubuq və taxtaya pərəstiş edən camaatın arasına gəldi. Amma bizim Qaimimiz qiyam edəndə, camaatın hamısı onun üçün Allahın Kitabından dəlil gətirəcək, Quran ayələrini təfsir edib yozacaqlar.»
Baxın! Səhv başa düşmək, əyri anlamaq və cahillərin saf İslam dinini xoşagəlməz tərzdə öyrətmələri işi hara aparıb çıxarır. Məsum İmamın kənarında, Quran ayələrinə ehtiyaclı olduqları halda, öz anladıqlarını düzgün sayırlar!

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


Nəzərinizs  

+1 #1 TƏŞƏKKÜRTOĞRUL 2012-10-04 07:22
ALLAH MİN DƏFƏ RAZI OLSUN.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə