Çr.ax06252019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Tədarük

1 - iki dəfə qisas almağin qarşisinin alinmasi

Bir nəfər öz qardaşının qatilini tutub Ömərin yanına apardı. Ömər ona göstəriş verdi ki, qatili qətlə yetirsin. O, qatili o qədər döydü ki, öldüyünə yəqin etdi. Qatilin qəyyumları onu götürüb evinə apardılar. Axır nəfəslərində onu müalicə etdilər, bir müddətdən sonra vəziyyəti yaxşılaşdı. Qətlə yetirilənin qardaşı qatili gördükdə ona dedi: – Sən mənim qardaşımın qatilisən, səni mən öldürməliyəm!
Qatil fəryad edərək dedi: – Sən məni bir dəfə öldürmüsən, artıq mənim üzərimdə heç bir haqqın yoxdur!
Yenidən Ömərə müraciət etdilər. O, göstəriş verdi ki, qatili öldürsünlər. Lakin müraciət edənlər münaqişəni Əli (ə)-a dedilər və onun mühakimə yürütməsini istədilər. Həzrət Əli (ə) Ömərin yanına gedib buyurdu: – Onların barəsində verdiyin hökm düzgün deyildir!
Ömər dedi: – Bəs onların hökmü nədir?
Əli (ə): – Əvvəlcə qatil, ona verilən işkəncələrin qisasını qətlə yetirilən şəxsin qardaşından almalıdır. Məhz bundan sonra qətlə yetirilənin qardaşı onu öldürə bilər.
Qətlə yetirilənin qardaşı fikirləşdi ki, bu işə razılıq verərsə, öz canı xətərə düşə bilər. Buna görə də qatili öldürmək fikrindən keçdi.
İbni Şəhraşub bu rəvayəti özünün "Mənaqib" kitabında azacıq fərqlə nəql etmiş və onun axırında demişdir: "Bu zaman Ömər əllərini göyə qaldırıb dua edərək dedi: "Allaha həmd olsun, ey Əbəl Həsən! Siz rəhmət xanədanısınız. Əgər Əli olmasaydı, Ömər həlak olardı."
2 - qətldə ittiham olunan kişi
Xarabalıqda əlində qanlı bıçaq olan bir kişini gördülər. Onun yanında da bir nəfər öldürülmüş və öz qanına qəltan olmuşdu. Həmin kişini tutub Əli (ə)-ın yanına gətirdilər. O həzrət müttəhimə buyurdu: – Nə deyirsən?!
Müttəhim dedi: – Mən o kişini öldürmüşəm.
Əli (ə) onun iqrarına uyğun olaraq göstəriş verdi ki, ondan qisas alınsın. Bu zaman bir nəfər qaça-qaça gəlib dedi: – Ya Əli! O şəxsi mən öldürmüşəm!
Əli (ə) birinci kişiyə buyurdu: – Necə olur ki, özün öz əleyhinə iqrar edirsən?!
Müttəhim: – Çünki inkar etməyə qüdrətim yox idi. Bir neçə nəfər məni xarabalıqda qətlə yetirilənin başı üstündə görmüşdülər. Qorxdum ki, əgər iqrar etməsəm məni döyələr. Mən o xarabalığın yanında bir qoyun kəsmişdim. Əlimdə qanlı bıçaq qəzayi-hacət üçün xarabalığın içinə getdim. Birdən orada öz qanına qəltan olmuş bir adam gördüm. Onun başı üstünə getdim, heyrətlə ona baxdığım zaman bunlar içəri daxil olub məni tutdular.
Əli (ə) orada olanlara buyurdu: – Bunları oğlum Həsənin yanına aparın. Bu məsələnin hökmünü də ondan soruşun.
İmam Həsən (ə) onların cavabında buyurdu: – Əmirəl-mömininə deyin ki, bu şəxs bir müsəlmanı öldürməsinə baxmayaraq, başqa bir müsəlmanı ölümdən xilas etmişdir. Allah-Taala buyurur: "Hər kəs bir nəfəri diriltsə, sanki bütün insanları diriltmişdir." Bunla-rın hər ikisi azad olunmalı, öldürülən şəxsin diyəsi də beytül-maldan verilməlidir.
3 - cübran
Əli (ə)-a xəbər verdilər ki, Bişr ibni Ütarid pis və nalayiq sözlər danışır. İmam (ə) bir nəfərə göstəriş verdi ki, onu tutub gətirsin. O şəxs Bişri Bəni-Əsəd tayfasında tapdı, amma Nəim ibni Düccacə Bişri qaçırtdı. Əli (ə) göstəriş verdi, Nəimi tutub gətirdilər. O belə dedi: – Allaha and olsun, səninlə olmaq zillətə, səndən ayrılmaq isə küfrə səbəbdir!
İmam (ə) bunu eşidəndə buyurdu: – Səni bağış-ladım. (Çünki) Mütəal Allah buyurur: "Pislikləri, daha yaxşı olan şeylərlə dəf et!" Sənin dediyin "səninlə olmaq zillətdir" sözü mürtəkib olduğun bir günahdır, "səndən ayrılmaq küfrdür" sözün isə sənin əncam verdiyin bir həsənədir və o da həmin günahın əvəzini çıxır.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə