Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə sözü Təthir ayəsində “Əhli-beyt (ə)” ifadəsi

Təthir ayəsində “Əhli-beyt (ə)” ifadəsi

“Həqiqətən, Allah siz Əhli-beytdən (ə) (şiə və sünni rəvayətlərinə əsasən Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn) hər növ çirkinliyi uzaqlaşdırmaq, sizi layiqincə (günah və xətadan) pak etmək istəyir.”

Cahil və qəlbikor "alim"lər müsəlmanları doğru yoldan azdırmaq üçün heç bir ədəb gözləmədən həmin ifadəni şəxsi məqsədlərinə uyğun təfsir etmişlər. Bu ayədə kişi cinsinə aid əvəzlik işlədilmişdir. Müxaliflər isə “Əhli-beyt (ə)” ifadəsini həzrət Peyğəmbərin (s) zövcələri mənasında təfsir edirlər. Onların nəzərincə, “Əhli-beyt” nümunəsi yalnız peyğəmbərin zövcələridir!
Zeyd ibn Əli ibn Hüseyn buyurur: Bir qrup nadan elə güman edir ki, Allah bu ayədə peyğəmbərin zövcələrini nəzərdə tutmuşdur. Şübhəsiz ki, bu böyük yalandır və ona əl atanlar günaha düşür. Əgər Allah bu ayədə peyğəmbərin zövcələrini nəzərdə tutsaydı, hökmən qadın cinsinə aid “ənkunnə” təbirindən istifadə edərdi. Bundan öncəki və sonrakı ayələrdə peyğəmbər zövcələri haqqında danışılarkən yalnız qadın cinsində əvəzliklərdən istifadə olunmuşdur. Sünnə əhlinin hədis kitablarından olan “Səhihi-müslim”də də uyğun rəvayət nəql olunmuşdur. Bu, əslində Bəni-Üməyyə və Bəni Abbasi hakimlərinə xatir təhrifə əl atan alimnümalara cavabdır. Quran və rəvayətlərə zidd olaraq bir çox sünni kitablarında uyğun təbir peyğəmbərin zövcələri kimi açıqlanır.
Yezid ibn Həyyan Zeyd ibn Ərdəmdən belə rəvayət edir: Peyğəmbər «Səqəleyn» hədisini bəyan etdiyi vaxt ondan soruşduq ki, Əhli-beyt (ə) peyğəmbərin zövcələridirmi? Peyğəmbər (s) buyurdu: “And olsun Allaha ki, yox! Qadın ömrünün bir hissəsini əri ilə keçirir. Sonra ər onu boşayır və atasının, tayfasının yanına qayıdır. Peyğəmbər Əhli-beyti (ə) onun zürriyyəsidir və peyğəmbərdən sonra onlara sədəqə haramdır. Müxaliflər, Ayişə də daxil olmaqla peyğəmbərin zövcələri, səhabələr və alimlərdən bir qrupu yaxşı bilirdilər ki, Əhli-beyt (ə) dedikdə Əli, Fatimə, Həsən və Hüseyn, məsum imamlar nəzərdə tutulur. Amma şiəliyə qarşı inadkarlıq onları nəfsə itaətə və zalım əməvi, abbasi hakimlərinə tabeçiliyə sövq etdi.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə