Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhli-beyt (ə) Əhli-beytin (ə) hörmətini saxlamayanların vay halına!

Əhli-beytin (ə) hörmətini saxlamayanların vay halına!


لا اله الا الله
Bir gün Əmirəl-möminin (ə) Ənsar və mühacirlərdən ibarət toplumun arasında Peyğəmbərin (s) belə bir buyuruğunu bəyan etdi:
“Allah buyurur: “Mən Rəhmanam və bunun kökü rəhmdir. Rəhmə yaxın olana yaxınam, rəhmdən uzaq olana uzağam.” Bu buyuruğa əsasən Allah-təala yalnız rəhmi ötürənlə rabitədə olacaq. Yaxınlarla əlaqəni kəsənlə Allah da əlaqəni kəsəcək. Bilirsinizmi rəhm nədir?” Oradakılar dedilər: “Rəhm dedikdə qohumlarımız nəzərdə tutulur.” Həzrət buyurdu: “Əgər qohumlarınız kafir olsa necə? Dedilər: “Əlbəttə ki, uyğun hökm bu qəbil qohumlara aid deyil. Sileyi-rəhm dedikdə Allah mömin qohumları nəzərdə tutur.” Həzrət buyurdu: “Mömin qohumlarla yaxınlığı vacib edən nədir? Bəlkə bunun səbəbi bir bətndən doğulmağınızdır?” Dedilər: “Bəli.” Həzrət buyurdu: “Ata-analarınız sizin üçün nə iş görüblər ki, onlarla yaxınlıq vacib olub?” Dedilər: “Özünüz buyurun.” Həzrət buyurdu: “Onlar sizə münasibətdə iki iş görüblər: Sizi qidalandırıblar və təhlükədən qoruyublar. Bu iki iş də bir o qədər davamlı deyil. Çünki onların qidalandırması da, qoruması da müvəqqətidir.” Sonra həzrət soruşdu ki, peyğəmbər sizin üçün nə edib? O sizi öz hidayəti ilə behişt nemətlərinə çatdırmayıbmı?! Məgər sizi əbədi əzabdan qurtaran o deyilmi?!” Hamı bir ağızdan dedi: “Bəli.” Həzrət buyurdu: “İndi mənim sualıma cavab verin: “Peyğəmbərin (s) haqqı böyükdür, yoxsa ata-ananın?” Dedilər: “Ya Əli! Peyğəmbərin vücud neməti bizim üçün daha böyükdür. Peyğəmbər heç vaxt ata-analarımızla müqayisə olunmaz.” Həzrət buyurdu: “Doğrudurmu ki, İslam Peyğəmbəri (s) sizi ata-anaya yaxşılığa çağırır, amma haqqı daha böyük olan şəxs haqqında bir söz demir? Nəticə budur ki, peyğəmbərin haqqı ata-ananın haqqından böyükdür. Onun rəhm haqqı da ata-ananın rəhm haqqından üstündür.” Həzrət sözünə belə davam edir: “Vay olsun o kəsin halına ki, Əhli-beytlə (ə) rabitəni kəsib. Vay olsun o kəsə ki, Əhli-beytin (ə) hörmətini gözləməyib!” Sonra həzrət xalqa üz tutub buyurdu: “Bilirsinizmi Peyğəmbər (s) ailəsinə ehtiram Peyğəmbərə (s) ehtiramdır, Peyğəmbərə (s) ehtiram isə Allaha ehtiramdır?!”


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Nəzərinizs  

+1 #2 Cavab:www.sibtayn.com/az 2012-06-11 15:26
Seyid kişinin qızı seyidəddir və səhmi-sadat (seyidə şamil olanlar) ona aid olur. Lakin onun övladları seyyid sayılmır. Seyidə ilə Seyid arasında fərq yoxdur.
+1 #1 irəli: Əhli-beytin (ə) hörmətini saxlamayanların vay halına!malik 2012-02-28 11:00
hər hansı bir seyidi qızından olan evladları seyid sayılırlarmı?bu nun bir dəlili əsası varmı? qiz nəsli ilə oğlan nəslinin seyidlikdə fərqi nədir? hansi daha üstün seyid hesab olunur?

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə