Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Görüş üçün paklıq

Göylərdə və yerdə Allahın nuru olan, bütün çirkinliklərdən uzaq, paklıq təcəssümü Əhli-beyt (ə) öz şiəsini imkan həddində pak və çirkinlikdən uzaq görmək istəyir.
Əhli-beyt (ə) batini çirkinliyi zülmət sayır. Onlar israr edirlər ki, insanlar onlara iqtida etməklə batini zülmətdən qurtulsunlar. Onlar paklığa o qədər məftundurlar ki, hətta zahirən çirkaba batanlarla görüşmək istəmirlər. Boynunda cənabət qüslü olan bir ərəb Mədinəyə daxil oldu. Düşündü ki, öncə imam Sadiqlə (ə) görüşsün, sonra qüsl versin. İmamın qapısını döydü. İmam qapının arxasından buyurdu: “Öncə pak ol, sonra buraya gəl.”
Paklarla görüşür təriqət əhli,
Saf göz yaşlarında yuyun əvvəli.

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə