İmam Cavadın (ə) şəhadəti

Hicri təqvi ilə 220-ci il, zi-qə`də ayının şiələrin doqquzuncu rəhbəri həzrət Cavadül-Əimmə (ə) Mötəsim Abbasinin göstərişi ilə şəhadətə çatdı.

(E`lamüm-vəri: c.2 s. 306 –Kəfşfül-ğəmmə: c.2 s. 370)
İmam Rzanın (ə) şəhadətindən sonra Məmun, həzrət Cavadı (ə) Bağdada çağırdı. Özünü məkrli siyasəti ilə qızı Ümmül-Fəzli o həzrətlə evləndirdi.
Məmun, həmişə İmam Cavada (ə) əzab-əziyyətlər edirdi. O, uca atası kimi , Məmunun rəftarından narahat idi. Ona görə də Həcc məqsədi ilə Məkkəyə tərəf yola düşdü və sonra Mədinəyə getdi. Məmun cəhənnəmə vasil olunadək orada məskunlaşdı. Onun qardaşı Mötəsim xəlifəliyə çatdı. Mötəsim, İmam Cavada (ə) qarşı xüsusi həsəd bəsləyirdi. Ona görə də o həzrəti Ümmül-fəzl ilə birlikdə Bağdada çağırdı. Rəvayətə əsasən Ümmül-fəzl, əmisnin,başqa bir rəvayətə əsasən Cəfər ibn Məmunun təhriki ilə həzrət İmam Cavadı (ə) üzümə qoyulmuş zəhərlə zəhərlədi və o həzrət 25- yaşında şəhadətə çatdı.  İmamlar arasında heç biri o yaşda əməvi və abbasi hökuməti tərəfindən şəhadətə çatmamışdı.  (Biharül-ənvar:  c. 50. s. 17)
www.sibtayn.com/az