Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Əsanın şəhadət verməsi

Təbii ki, bir İmam kimi, İmam Cavadın (ə) möcüzələri də çoxdur. Onlardan bir nüməni diqqətimizə çatdırırıq:
Abbasi hökumətinin alimlərindən biri Yəhya ibn Əksəm, deyir:
Bir gün Rəsulullahın (s) məzarını ziyarət etməyə getmişdim.  İmam Cavadı (ə) gördüm.  Onunla müxtəlif məsələlər barəsində münazirə etdim, (bütün münazirələrimə) cavab verdi. Ona dedim: Sizdən bir şey soruşmaq istədim, amma soruğudan xəcalət çəkirəm. İmam buyurdu: “Sualın soruşmadan, mən sənin sualına cavab verəcəyəm. Sən soruşmaq istəryirsən ki, imam kimdir?
Dedi: “And olsun Allaha ki, elədir.
Buyurdu: “Mənəm”.
Dedim: “Buna bir nişanə və dəliliniz var?”
O an, İmamın əlində olan əsa dilə gəlib dedi: “Həqiqətən də mənim mövlam , Allahın höccəti və zamanın İmamıdır.”

Nəzərinizs  

0 #2 irəli: Əsanın şəhadət verməsisibtayn.com/az 2011-10-29 17:13
Salam. Sayt haqqında düşüncələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik. Dedyiniz kimi, sizin hədisi eşidməməniz, o rəvayətin həqiqət olmadığına dəlalət etmir. Hədisin götürüldüyü kitab: Kafi, c. 1, s. 353. Şiə aləminin məşhur “kütubi-ərbəə” dən biri - “Kafi” kitabından tərcümə olunmuş hədisə “tikan” demək ən azı dindara yaramaz. Oxuduğunuz yazı, “möcüzə və kəramət” bölümündən tərcümə olunduğu üçün mütərcim onu “möcüzə” adlanrıb. Bir də ki, kəlmə və terminlər üzərində mübahisə etmək üçün çalışmırıq və o aydın məsələdir.
Halbuki İbarhim peyğəmbər (ə), hansı mərhələlərdən sonra imaməmətə çatmışdı! Əsanın “mənim Mövlam” deməsinə şübhə edən, onda bütün möcüzə kitablarına şübhə edə bilər. Belə ki, bütün mövcüdat və ya kainat, İmamın əmrinə tabedir. Bu tipli hədislər, şiə aləmində həddən ziyadədir.
0 #1 SalamAraz 2011-10-28 18:47
Salam düzünü desəm mən bu xəbəri eşitməmişdim. Hal hazirda bu rəvayəti nə inkar edə bilirəm nə də qəbul. Amma öz nahiyəmdən bi iki kiçik mulahizəm var. Biri budur ki, imam və imamzadələr və övliyalarda möcüzə deyil, kəramətdir. İkinci bir məsələ duzdur mənim bu rəvayəti eşitməyim sübut ola bilməz ki, bu rəvayət səhvdir amma siz də bu rəvayəti gətirməyinizə baxmayaraq sənədsiz sübutsuz gətirmisiz yaxşı olar ki, hədisi araşdırıb sənbədini gətirəsiz. Üçüncü məsələ də, budur ki,qeyd etmisiz: O an, İmamın əlində olan əsa dilə gəlib dedi: “Həqiqətən də mənim mövlam, Allahın höccəti və zamanın İmamıdır.” Axı əsa kimi özünə imam bilir kimi? burada qaranlıq məsələ var inşallah yenidən hədisi araşdırıb qeyd edərsiniz. Xahiş edirəm məni tutdugum səhvlərə görə pis başa düşməyin əslində niyyətim sizi diqqətli olmağa çağırmaqdır. Ümumilikdə saytın çox gözəldir. Necə deyəllər gülüstanda bir iki dənə tikan da ola bilər. Allah hamınızdan razı qalsın.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə